“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Xaricə çıxarılan pulların bir hissəsi necə geri qaytarılır? - Əməliyyata “Musto” və oğlu rəhbərlik edir

Tarix 28.08.26, 10:49

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstana çıxarılan pullar kriptovlayutaya yatırılaraq Azərbaycan bankına köçürülür və ölkəmizdə nəğdləşdirilir. 

Ötən həftə Azərbaycandan gizli yollarla Gürcüstana hər ay külli miqdarda pul daşıyan dəstə barədə oxuculara məlumat vermişdik. 

AzFakt.com saytı olaraq həmin məlumatda qeyd etmişdik ki, ökədən pul çıxaran dəstə üzvüləri Qazax rayon Birinci Şıxlı kənd sakinləri oğlu Mustafayev Mustafa Abuzər oğlu (Ləqəbi Musto), Süleymanov Aqil Kamandar oğlu, Abdullayev Nicat Elşən oğlu, Şəmmədov Şəmməd Tahir oğlu və Bayram adlı şəxslərdi.

Açıklama yok.
Mustafayev Mustafa  (Ləqəbi Musto)

Saytımıza verilən məlumatda adı çəkilən şəxslərin və dəstənin digər üzvülərinin mütəmadi olaraq ay ərzində Bakı şəhərindən Şəmkir rayonuna öz şəxsi avtomobillərində bir neçə milyon dollara yaxın vəsait apararaq, tır və avtomobillərə yükləyərək ölkədən gizli şəkildə Gürcüstan Respubilkasına keçirdiklərini bildirmişdik. 

Məlumatda pulların Bakı şəhəri Yasamal rayonunda yerləşən “Meyxoş” şərab evi və Nəsimi rayonu Həsən Əliyev küçəsində yerləşən digər şərab evinə yığıldığı və bu obyektlərdən gizli çıxarılaraq Şəmkir rayonuna aparıldığı qeyd edilir.

Daşıyıcı rolunu oynayan Mustafayev Mustafa Abuzər oğlu (Ləqəbi Musto), Süleymanov Aqil Kamandar oğlu, Abdullayev Nicat Elşən oğlu, Şəmmədov Şəmməd Tahir oğlu, Bayram və dəstənin digər üzvülərinin ölkədən çıxartdıqları pullara görə yaxşı qazanc əldə etdiklərini qeyd etmişdik.

AzFakt.com-a daxil olan digər ilginc məlumatda isə bildirilir ki, yuxarıda adlarını sadaladığımız dəstə tərəfindən ölkədən çıxarılan pullar daha sonra xarici ölkələrdən Azərbaycan banklarına köçürülür və nəğdləşdirilir. 

Belə ki, Gürcüstana çıxarılan pullar kriptovlayutaya yatırılır və müxtəlif Avropa ölkələrindən Azərbaycan bankına köçürülərək manata çevrilir və çıxarılır. 

Məlumata görə hazırda Gürcüstana çıxarılan pulların kriptovlayuta vasitəsilə ölkəmizə köçürülərək çıxarılmasına Mustafa Mustafayevin oğlu (Ləqəbi Musto) Amid Mustafayev və dəstəsi məşğul olur. Amid Mustafayev əlaqələri vasitəsilə müxtəlif şəxslər tapir və onların adına xarci ölkələrdən 100-150 min manat arası pulların köçürülməsini təşkil edir. Adına 100-150 min pul köçürülən şəxsə isə 100-200 manat arası “zəhmət haqqı” verilir. 

Mənbəmiz qeyd edir ki, Amid Mustafayev ay ərzində 10-dan çox şəxsin adına 100-150 min manat arası pul çıxardır. Amid Mustafayevin adına pul çıxartdığı sonuncu şəxslərin adları Abdıyev Şamxal Füzuli oğlu, Məmmədov Tacəddin Taleh oğlu və soyadını dəqiqləşdirmədiyimiz İlqar adlı şəxsdir.

Saytımıza banklardan pul çıxarılma əməliyyatlarında iştirak digər şəxslərin adlarıda mövcuddur. Bu şəxslər barədə dəqiqləşdirmə apardıqdan sonra kimliklərini oxucularımıza təqdim edəcəyik.

Onuda qeyd edək ki, xaricdən göndərilən və Bakıda banklardan pul çıxarılmasında iştirak edən Şamxal Abdıyev Yasamal rayonunda fəaliyyət göstərən “Meyxoş” şərab evinin işçisidir. “Meyxoş” şərab evinin sahibi Qərib Mustafayev isə Mustafa Mustafayevin (Musto) qardaşıdır.
  
Açıklama yok.

Digər bir ilginc məlumat isə 23 iyul 2026-ci il tarixində paytaxtın Nəsimi rayonu ərazisində baş vermis 200 min manatlıq soyğunçuluq hadisəsidir. Törədilmiş soyğunçuluq hadisəsinin üstü polis əməkdaşları tərəfindən açılıb və cinayət əməlini törədən  şəxslər, əvvəllər məhkum olunmuş Elxan Alxanov, Əşrəf Alxanlı, Musa Məmiyev və Bəxtiyar Xudiyev saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, zərərçəkmiş şəxslə birlikdə bankların birindən pul çıxarmağa gələn Bəxtiyar Xudiyev sonradan onun üzərində külli miqdarda pul olduğunu digər dəstə üzvlərinə xəbər verib. Bundan sonra onlar zərərçəkmişə yaxınlaşaraq içərisində 200 min manat olan çantanı ələ keçirib hadisə yerindən uzaqlaşıblar.


Mənbəmiz bildirir ki, 200 min manatı oğurlayan Bəxtiyar Xudiyev Amid Mustafayevin adamı imiş və bankdan çıxarılan həmin vəsaitdə xaricdən köçürülbümüş. Bildirilir ki, Bəxtiyar Xuduyev və digər məhkum dostlarının adına bir neçə dəfə pullar köçürülüb və çıxarılıb. 

Əldə etdiyimiz məlumatda qeyd edilir ki, Mustafa Mustafayevin (Musto) dəstəsinin Gürcüstana gizli yollarla çıxartdıqları pulların böyük hissəsinin bəzi iş adamlarına məxsusdur. 

Mustafa Mustafayevə yaxın olan iş adamlarından birinin Elman Abdıyev adlı şəxs olduğu bildirilir.

Bu barədə araşdırmamız davam edir.

Bizi izləməkdə davam edin…

AzFakt.com



Xəbərin oxunma sayı : 1279




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap