“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Yunanıstandan təhlükəli hərbi plan - Türkiyə hərəkətə keçdi

Tarix 28.08.26, 9:17

Font ölçüsü : - / +
bitmap-img6


Yunanıstanın Rodos adasında pilotsuz uçuş aparatları (PUA) üçün hərbi baza yerləşdirmək planı Ankara ilə Afina arasında yeni gərginliyə səbəb olub.

AzFakt.com xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk Ankaranın bu addımı Rodosun demilitarizasiya edilmiş statusunun pozulması kimi qiymətləndirdiyini bildirib.

Aktürk qeyd edib ki, Yunanıstanın Rodosda PUA bazası yerləşdirmək istiqamətində atacağı addımlar iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərə bilər.

Türkiyə tərəfinin mövqeyinə görə, Afinanın bu planı Egey dənizində mövcud həssaslığı daha da artıracaq. Zeki Aktürk Yunanıstanın belə addımlarının mehriban qonşuluq münasibətlərinə, eləcə də bölgədə sülh və sabitliyə zərər vuracağını vurğulayıb.

Ankara uzun müddətdir Egey dənizindəki demilitarizasiya statusuna malik adaların hərbiləşdirilməsinə etiraz edir.



Xəbərin oxunma sayı : 280




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap