“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Səndən zəhləm gedir, boşanacam” deyən arvadını bıçaqladı - MƏHKƏMƏ

Tarix 15.09.26, 12:37

Font ölçüsü : - / +
bitmap-img6


Gəncə Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Mir Nəsib Hətəmovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə araşdırması zamanı hadisənin təfərrüatları açıqlanıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, Mir Nəsib Hətəmov 2025-ci il tarixdə saat 17 radələrində Gəncə şəhərində yaşadığı fərdi yaşayış evinin qonaq otağında arvadı, zərərçəkmiş Bəsti Hətəmova (soyadı şərtidir) ilə mübahisə edib. Mübahisəyə səbəb qadının ərinə mütəmadi olaraq spirtli içki qəbul etməsinə irad bildirməsi olub. Təqsirləndirilən şəxs bunu bəhanə edərək evin mətbəxindən məişət təyinatlı mətbəx bıçağı götürüb. O, həmin bıçaqla arvadına ardıcıl olaraq iki dəfə zərbə endirib. Nəticədə Bəsti Hətəmovanın qarın nahiyəsinin sağ yan səthində və sağ qabırğaltı nahiyəsində deşilmiş-kəsilmiş yaralar yaranıb.

Hadisədən sonra Mir Nəsib Hətəmov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə istintaqı zamanı Mir Nəsib Hətəmov Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni həmin Məcəllənin 126.1-ci maddəsi ilə təqsirli bilib. O deyib ki, həyat yoldaşını qısqanclıq məqsədilə vurub.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü işdən çıxdıqdan sonra restorana gedərək yeyib-içib, daha sonra evə qayıdıb. Evdə Bəsti ilə mübahisə edib: “O, mübahisə zamanı mənə nalayiq ifadələr işlətdi və “Səndən zəhləm gedir, boşanacam” dedi”.

Mir Nəsib Hətəmov həyat yoldaşına bir neçə dəfə telefonunun şifrəsini dəyişdirməməsini bildirdiyini, lakin onun şifrəni tez-tez dəyişdirdiyini deyib. Həmçinin arvadı “TikTok” sosial şəbəkəsindən istifadə etməsini istəmədiyini, lakin onun bu tələbinə məhəl qoymadığını bildirib.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Bəsti Hətəmova ona qarşı nalayiq ifadələr işlədib və qadını qorxutmaq məqsədilə bıçaqdan istifadə edib: “Onu öldürmək niyyətim olmayıbdı”.

Mir Nəsib Hətəmov hadisə zamanı evdə onlardan başqa heç kimin olmadığını, həyat yoldaşına iki dəfə bıçaq zərbəsi vurduğunu söyləyib.

O, zərərçəkmiş şəxsi yaraladıqdan sonra bacısının evə gəldiyini və Bəstinin xəstəxanaya aparıldığını deyib.

Təqsirləndirilən şəxs hadisə zamanı spirtli içki qəbul etdiyini, buna görə də polis əməkdaşları tərəfindən necə saxlanıldığını xatırlamadığını bildirib.

Mir Nəsib Hətəmov törətdiyi əməldən peşman olduğunu, hazırda zərərçəkmiş şəxslə barışdıqlarını qeyd edib: “Barəmdə daha yüngül cəza təyin olunmasını xahiş edirəm”.

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Bəsti Hətəmova isə hadisə ilə bağlı fərqli ifadə verib. O bildirib ki, hadisə günü həyat yoldaşı Mir Nəsib işdən evə sərxoş vəziyyətdə gəlib: “Onun hər dəfə içkili vəziyyətdə evə gəlməsindən artıq təngə gəlmişdi və ondan boşanmaq istədiyimi bildirdim. Bundan sonra aramızda mübahisə yarandı”

Qadının ifadəsinə əsasən, Mir Nəsib mətbəxdən bıçaq götürərək onu boğazına dirəyib, lakin həmin vaxt ona xəsarət yetirməyib.

Daha sonra Mir Nəsib otağa uzanmağa gedib, zərərçəkmiş şəxs də öz yatağında uzanıb.

Bəstinin sözlərinə görə, bir müddət sonra Mir Nəsib qəflətən onun yanına gələrək bıçaqla iki dəfə zərbə endirib.

O, Mir Nəsibin bundan əvvəl heç vaxt onu bıçaqla vurmağa cəhd etmədiyini bildirib.

Zərərçəkmiş şəxs həmçinin aralarında xəyanətlə bağlı hər hansı söz-söhbət olmadığını deyib.

Məhkəmədə qadın həyat yoldaşından şikayətçi olmadığını və onunla barışdığını bildirib. Bəsti Mir Nəsibin cəzalandırılmasını istəmədiyini də qeyd edib.



Xəbərin oxunma sayı : 331




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap