“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Rusiya bütün Donbası ələ keçirənədək dayanmayacaq - Peskov

Tarix 05.10.26, 11:36

Font ölçüsü : - / +
bitmap-img6

 
Rusiya Ukraynaya zərbələri öz maraqlarına nail olmağın yeganə yolu hesab edir və bütün Donbası ələ keçirənədək dayanmaq niyyətində deyil.

Bunu Kreml sözçüsü Dmitri Peskov Rusiya mediasına müsahibəsində bildirib.
Peskov iddia edib ki, Vladimir Putin sülh istəyir. Lakin o, bundan dərhal sonra Kremlin müharibəni davam etdirmək niyyətində olduğunu açıqlayıb.

"Putin nə dedi? Biz sülh istəyirik və bizim üçün ona dinc vasitələrlə nail olmaq daha yaxşıdır, lakin hələlik bu mümkün deyil. Biz döyüşəcəyik və bütün gücümüzlə döyüşəcəyik", deyə Peskov bildirib.

Bununla yanaşı, Kremlin sözçüsü Rusiyaya dağıdıcı zərbə endirmək planlarını bəsləyənlərin bunun əvəzini ağır ödəyəcəyi ilə hədələyib.

Peskov Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri məsələsinə də toxunub. O, Rusiyanın bütün Donbas ərazisini işğal etmək planlarının olduğunu və “ərazinin hətta 0,01 faizi uğrunda belə” döyüşməyə hazır olduğunu bildirib.

"İstər yarım faiz olsun, istər yüzdə birin biri. Bu, Rusiya Federasiyasıdır. Burada müzakirə ediləsi heç nə yoxdur", deyə Peskov bildirib.

Bundan əvvəl Rusiyada Ukrayna rəhbərliyinin hərəkətlərinə cavab olaraq Kiyev və digər Ukrayna bölgələrinə zərbələrin gücləndiriləcəyi vəd edilmişdi. Oktyabrın 4-də səhər saatlarında Rusiya qüvvələri Kiyevdə Şimal körpüsünə hücum edərək yol örtüyünə və istilik magistralına ciddi ziyan vurub. Həmçinin Rusiya qüvvələri Dnepr şəhərində telekommunikasiya şirkətinə hücum edib və nəticədə genişmiqyaslı yanğın baş verib.

Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məlumatına görə, Rusiya artıq qış ərəfəsində Ukraynanın enerji infrastrukturuna zərbələr kampaniyasına başlayıb və bunu əvvəlki illərdən daha tez edib.

Analitiklərin fikrincə, Ukraynanın 2026-cı ildə döyüş meydanında əldə etdiyi uğurlar Vladimir Putini qələbəyə nail olmaq üçün ilkin strategiyasına yenidən baxmağa vadar etmiş ola bilər. Rusiya quru qoşunlarının irəliləməsinə əsaslanmaq əvəzinə, qış aylarında uzaqmənzilli zərbələr kampaniyası vasitəsilə Ukraynanı kapitulyasiyaya məcbur etməyə diqqəti yönəldir.



Xəbərin oxunma sayı : 559




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap