“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Biləcəridəki Dəmiryol Xəstəxanası sökülür - VİDEO

Tarix 18.11.26, 12:57

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən, uzun illər sakinlər arasında Dəmiryol Xəstəxanası kimi tanınan tibb müəssisəsinin ərazisində söküntü işləri aparılır. 

“ATV Xəbər”in məlumatına görə, tibb müəssisəsinin yerində yaşayış binasının inşa ediləcəyi ilə bağlı iddialar yayılıb. 

Bununla bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, Nazirlər Kabinetinin 2024-cü il 21 avqust tarixli qərarına uyğun olaraq Dəmir Yollarının tabeliyində fəaliyyət göstərən tibb müəssisələri və onlara məxsus əmlak artıq onların balansında deyil. 

Məlumata görə, Mərkəzi Dəmiryol Xəstəxanası başqa bir dövlət qurumunun balansına keçib. 

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib ki, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, Mərkəzi Dəmiryol Xəstəxanası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib:

“Sərəncama uyğun olaraq xəstəxananın ərazisində nazirliyin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə məxsus yeni infrastrukturun yaradılması nəzərdə tutulub”.  

Qurumdan o da bildirilib ki, müvafiq infrastrukturun yaradılması, eləcə də xidmətlərin təşkili ilə bağlı ictimaiyyətə mərhələli şəkildə məlumat təqdim ediləcək.

Ətraflı videomaterialda:





Xəbərin oxunma sayı : 169




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap