| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Təkcə neft deyil: Azərbaycandan daha nələr alırlar?
Tarix 24.11.26, 9:31 |
|
Azərbaycanın ixracından söz düşəndə çoxumuzun ağlına ilk növbədə neft və qaz gəlir. Bu, tamamilə başadüşüləndir: uzun illər ölkənin iqtisadi simasını məhz bu iki məhsul müəyyənləşdirib. Bəs Azərbaycan xaricə daha nələr satır? Təxmin edirsiniz? Almaniya və İtaliyaya fındıq, ABŞ və Yaponiyaya alüminium, Kanada və Argentinaya gübrə... Bu hələ tam siyahı deyil.
Son vaxtlar Azərbaycan parlamentində 2027-ci ilin dövlət büdcəsi layihəsi müzakirə olunub. Mətbuatda çoxsaylı statistik məlumatlar, müqayisələr və proqnozlar dərc edilib. Yüksək, vəzifəli rəsmilər iqtisadiyyatın vəziyyətindən və inkişaf perspektivlərindən danışıblar. Lakin bu rəqəmlərin çoxu ilk növbədə mütəxəssislər üçün anlaşılandır. Bəs onlar adi vətəndaş üçün nə ifadə edir? Ölkə neft və qazdan başqa nəyin hesabına pul qazanır? Nə istehsal edir, kimə satır və gələcəkdə hansı sahələrdən gəlir əldə edə bilər?
Biz qeyri-neft sektorunun bəzi göstəricilərini araşdırmaq və bu sahəyə konkret, bəzən isə olduqca gözlənilməz nümunələr əsasında nəzər salmaq qərarına gəldik. Məlum oldu ki, Azərbaycan dünya bazarına çoxumuzun təsəvvür etdiyindən xeyli geniş çeşiddə məhsul çıxarır.
Azərbaycan neft və qazdan əlavə, 700-ə yaxın adda məhsul ixrac edir. 2025-ci ildə qeyri-neft ixracının həcmi təxminən 3,6 milyard dollar təşkil edib. Təkcə tərəvəz, meyvə və çərəz satışından ölkə 856 milyon dollar qazanlb. Deməli, xaricə yalnız ixracımızın artıq adət etdiyimiz məhsullarından birinə çevrilmiş pomidor deyil, çox vaxt heç xatırlamadığımız başqa məhsullar da göndərilir.
Bu isə sadəcə maraqlı statistika deyil. Azərbaycanın 2027-ci il üzrə icmal büdcəsi layihəsində gəlirlərin 64,5 faizinin, yəni 30,7 milyard manatının qeyri-neft sektorunun payına düşəcəyi proqnozlaşdırılır. Neft-qaz sektorunun payının isə 35,5 faiz, yaxud 16,9 milyard manat olacağı gözlənilir.
Lakin burada anlayışları qarışdırmamaq vacibdir: büdcənin qeyri-neft gəlirləri təkcə ixracdan ibarət deyil. Buraya müəssisələrin, mağazaların, tikinti şirkətlərinin, restoranların və iqtisadiyyatın bir çox digər iştirakçılarının ödədiyi vergi və digər ödənişlər də daxildir. İxrac isə ölkənin məhz nə istehsal edə və xarici bazarlara nə təklif edə bildiyini göstərir. Gəlin, buna daha yaxından nəzər salaq.
Pomidordan mis konsentratına qədər
2025-ci ildə qeyri-neft ixracında ən böyük pay 326,2 milyon dollarlaqızılın üzərinə düşüb. İkinci yerdə 192,5 milyon dollarlapomidor, üçüncü yerdə isə təxminən 171 milyon dollarlıq ixrac gəliri ilə azot gübrəsi olan karbamid qərarlaşıb.
Pomidor məsələsi aydındır: bu məhsul qonşu ölkələrin, xüsusilə Rusiyanın bazarlarında yaxşı tanınır. Fındıqla bağlı vəziyyət isə bir qədər fərqlidir. Azərbaycan dünyanın mühüm fındıq tədarükçülərindən biridir və bu sahədə altıncı yeri tutur. Azərbaycan fındığını təkcə qonşu ölkələrdə deyil, Almaniya və İtaliyada da alırlar. Belə çıxır ki, fındığımız çoxumuzdan daha uzaq ölkələrə səyahət edir.
Bəs, niyə fındığı Almaniya və İtaliyaya göndərmək, sementi isə qonşu ölkələrə satmaq daha sərfəlidir? Məsələ məhsulun çəkisi ilə dəyəri arasındakı nisbətdədir. Bir ton təmizlənmiş fındığın qiyməti təxminən 8–10 min dollar ola bilər. Beş ton fındığın dəyəri isə artıq 50 min dollara çatır. Belə bir yükü dünyanın o biri başına göndərməyə dəyər.
Zəfəran isə tamam başqa mövzudur. Bu ədviyyatın bir kiloqramının qiyməti təxminən 700–800 dollar ola bilər. Deməli, cəmi 10 kiloqramlıq kiçik bir partiyanın dəyəri 7–8 min dollara çata bilər!
Müqayisə üçün deyək ki, bir ton sementin qiyməti bir ton fındığın qiymətindən on dəfələrlə aşağıdır. Buna görə də sementi okeanın o tayına daşımaq mənasızdır, fındıq və ya zəfəranı isə dünyanın istənilən yerinə göndərmək sərfəli ola bilər.
Məhz buna görə ixracın coğrafiyası təkcə məhsulu harada almaq istədiklərindən deyil, həm də alıcının yükün hər kiloqramına nə qədər pul ödəməyə hazır olmasından asılıdır.
Sənaye məhsullarının da öz ixrac coğrafiyası var. Azərbaycan alüminiumunu ABŞ və Yaponiyada, gübrələrini isə Kanada və Argentinada alırlar. Gürcüstana sement, gips və digər tikinti materialları göndərilir. Lakin ixracın özünün daxilində baş verən dəyişikliklər xüsusilə maraqlıdır.
2026-cı ildə adi alüminium külçələri ilə müqayisədə daha yüksək emal dərəcəsinə malik məhsul olan alüminium təbəqələrinin ixracına başlanılıb. Bu, mühüm addımdır: metal satmaq bir məsələdir, artıq sənayedə istifadə oluna bilən material satmaq isə tamam başqa.
Daha bir diqqətəlayiq nümunə mis konsentratıdır. 2026-cı ilin ilk altı ayında bu məhsulun ixracı 136 milyon dollar təşkil edib. Bu, 2025-ci ilin bütün göstəricisindən 11 dəfə çoxdur. İlin yekununda da bu artım dinamikası təsdiqlənsə, söhbət artıq sadəcə ixrac cədvəlində yeni bir sətirdən deyil, nəzərəçarpacaq dəyişiklikdən gedəcək.
Xammalı satmaq, yoxsa emal edərək daha çox qazanmaq?
Burada əsas iqtisadi məsələyə gəlib çıxırıq. Hansı daha sərfəlidir: fındığı kisələrlə satmaq, yoxsa onu təmizləyib, qovurub, üyüdərək fındıq pastasına çevirmək? Pambığı satmaq, yoxsa ondan iplik, parça, hətta geyim hazırlamaq?
İkinci halda avadanlıq, mütəxəssislər, enerji, qablaşdırma və investisiya tələb olunur. Lakin bunun nəticəsində əlavə dəyər yaranır və qazancın daha böyük hissəsini ölkədə saxlamaq imkanı meydana çıxır.
Pambıq sahəsində bu proses artıq gedir: 2025-ci ildə Azərbaycandan pambıq ipliyinin ixracı təxminən 20 faiz artıb. Alüminiumdan hazırlanan məhsullara da maraq artır. Bu, xammal satışından tamamilə imtina etmək lazım olduğu anlamına gəlmir. Sadəcə, ölkə emalın nə qədər çox mərhələsini özü həyata keçirirsə, qazanc imkanları da bir o qədər artır.
Əlbəttə, hər məhsulu nəyin bahasına olursa-olsun ölkə daxilində istehsal etməyə çalışmaq düzgün deyil. Bunun üçün satış bazarları, rəqabət qabiliyyətli, maya dəyəri və alıcını qane edən keyfiyyət lazımdır. Lakin məntiq aydındır: təkcə yetişdirilən və ya hasil edilən məhsulları deyil, həmin xammaldan hazırlanan yeni məhsulları da satmaq daha sərfəlidir.
Gələcəkdə nə sata bilərik?
Növbəti mərhələ artıq yataqların və əkin sahələrinin deyil, bilik və texnologiyaların əsas rol oynadığı məhsul və xidmətlərdir.
Buna nümunələrdən biri əczaçılıq sənayesidir. Ölkədə dərman istehsalı üzrə müasir müəssisələr açılır. Hökməlidə yerləşən “Scandens Pharmaceutical Industries” zavodunun illik istehsal gücü təxminən 800 milyon tablet və kapsul təşkil edir. 2026-cı ilin oktyabrında Pirallahı Sənaye Parkında daha bir iri əczaçılıq zavodu fəaliyyətə başlayıb. Hələlik belə müəssisələr ilk növbədə daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına kömək edir. Lakin məhsullar beynəlxalq standartlara uyğun olarsa, xaricdə də öz alıcılarını tapa bilər.
İT xidmətlərinin ixracı isə daha maraqlı istiqamətdir. Proqram təminatı, tətbiqlər, avtomatlaşdırma sistemləri, kibertəhlükəsizlik və süni intellektə əsaslanan həlləri burada yaradıb, internetin və sifarişçinin olduğu istənilən ölkəyə satmaq mümkündür. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin qiymətləndirməsinə görə, hazırda İT xidmətlərinin ixracı təxminən 100 milyon dollar təşkil edir. Dövlətin hədəfi bu göstəricini bir milyard dollara çatdırmaqdır.
Bu, iddialı hədəfdir və məlum olduğu kimi, bəyanatla nəticə arasında görüləsi xeyli iş var. Lakin belə ixracın üstünlüyü göz qabağındadır: məhsulu konteynerə yükləməyə, liman axtarmağa və daşınma xərclərini ödəməyə ehtiyac yoxdur. Bunun üçün mütəxəssislər, ideyalar və kiminsə pul ödəməyə hazır olduğu məhsul lazımdır. Üstəlik, mütləq yeni bir qlobal neyron şəbəkə yaratmaq da tələb olunmur. Banklar, logistika, kənd təsərrüfatı və ya sənaye üçün proqramlar hazırlamaq, biznesin pul ödəməyə hazır olduğu konkret problemləri həll etmək olar.
Kosmik sənayedə də imkanlar var. Azərbaycanın rabitə peykləri və “Azercosmos” agentliyi mövcuddur. Təkcə peyk rabitəsi və məlumatların ötürülməsi xidmətlərini deyil, peyk görüntülərinin emalı nəticəsində əldə olunan məlumatları da satmaq mümkündür. Məsələn, əkin sahələrinin, su ehtiyatlarının, tikinti obyektlərinin və nəqliyyat marşrutlarının vəziyyəti barədə məlumatları. Bəzən kosmosdan çəkilmiş şəklin özündən daha qiymətli olan həmin şəkildə nələrin baş verdiyinə dair cavabdır.
Nəhayət, günəş və külək energetikası da zamanla daha bir ixrac istiqamətinə çevrilə bilər. Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya yaşıl elektrik enerjisinin ötürülməsi layihələri müzakirə olunur. Doğrudur, bu, hələlik bu, hazır gəlir mənbəyi deyil, gələcək perspektivdir. Bunun üçün investisiyalar, elektrik ötürücü xətlər və alıcılarla razılaşmalar lazımdır.
Malik olduqlarımızdan yarada bildiklərimizə doğru
Şərti olaraq iqtisadiyyatın üç pilləsi var. Birincisi, hasil etdiyimiz və ya yetişdirdiyimiz məhsulları satmaqdır. İkincisi, xammalı emal edərək hazır məhsul istehsal etməkdir. Üçüncüsü isə fiziki yük daşımadan xaricə satıla bilən texnologiyalar, proqram təminatı və xidmətlər yaratmaqdır.
Azərbaycan artıq hər üç pillədə təmsil olunur, hərçənd imkanlar və fəaliyyət miqyası hələlik bir-birindən xeyli fərqlənir. Hansısa yeni sahəni prioritet elan etməyin ixracın dərhal artmasına kifayət edəcəyini düşünmək yanlış olardı. Bunun üçün müəssisələr, investisiyalar, ixtisaslı kadrlar, keyfiyyət standartları və ən əsası, alıcılar lazımdır.
Buna görə də 2027-ci ildə büdcə gəlirlərinin təxminən üçdə ikisinin qeyri-neft sektorunun payına düşəcəyi barədə proqnoz özlüyündə neftdən asılılığın aradan qalxdığı anlamına gəlmir. Lakin bu, ölkə iqtisadiyyatının neft buruqlarından kənarda nə qədər geniş imkanlara malik olduğunu göstərir.
Neft və qaz hələ uzun müddət Azərbaycan üçün mühüm əhəmiyyət daşıyacaq. Ancaq ölkənin özünün istehsal, emal və satışını həyata keçirə bildiyi məhsul və xidmətlərin çeşidi nə qədər geniş olarsa, onun rifahı neftin bir barelinin qiymətindəki növbəti bahalaşma və ya ucuzlaşmadan bir o qədər az asılı olar.
Görünür, bundan sonra pomidora, fındığa və alüminium təbəqələrə başqa gözlə baxmağa dəyər. Çünki onların arxasında sadəcə ixrac rəqəmləri deyil, bir gün xaricdə “Bu, Azərbaycanda istehsal olunub” sözlərini eşitmək imkanı dayanır.
pressklub.az
Xəbərin oxunma sayı : 433
İqtisadiyyat
Xəbərlər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO
-
Aqşin Mirzəyev monopoliya yaradıb - Cənub Yük Terminalında özbaşınalıq
-
Türkiyədə sabiq nazir ev dustaqlığına buraxıldı - 2,2 milyardlıq fond qalmaqalı
-
“Yoxlasan babası lütün biri olub...“ - Deputatdan rüşvətə fərqli baxış
-
Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdi - TƏFƏRRÜAT
-
Bu il tikinti materialları nə qədər bahalaşıb? - Yeni qiymətlər
-
Zaur Mikayılovun oğlu özünə yeni biznes qurdu - Hər satışdan komisiya alır
-
Hakim məhkum ataya güzəşt etdi - Uşaqlarını məktəbə aparacaq
-
Azərbaycanda maaş artımının ən çox və ən az olduğu rayonlar - 4 rayonda azalma olub
-
“Dövlət müəssisəsi dostlar klubu deyil” - Deputatdan qohumbazlığa etiraz
-
Paşinyan media qurumlarını məhkəməyə verib - 4 milyon tələb edir
-
Moskvada 590 min dollarlıq saxta pul əməliyyatı: Azərbaycanda 7 il həbs cəzası aldı (VİDEO)
-
Övladınıza “TikTok”da nəzarət edə biləcəksiniz - Valideynlərin nəzərinə!
-
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb - FOTOLAR
-
İranın 7 şərti yerinə yetirilmədən ABŞ ilə danışıqlar başlamayacağıq - Qalibaf
-
Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı
-
Azərbaycanda dövlət fondları hesabına verilən kreditlərin biznes kreditlərində payı azalıb - Zakir Nuriyev
-
Mobil internetin sürətinə görə ölkələrin yeni reytinqi açıqlanıb - SİYAHI
-
“Vesta Construction” MMC rəhbərindən 172 nəfərə qarşı dələduzluq - Məhkəməsi başlayır
-
Prezident Monteneqronun Baş nazirini qəbul etdi - FOTOLAR
-
Qızın görüntülərini yayıb cinsi azlıq olduğunu dedilər - Keçmiş rəhbərindən şübhələnir
-
ABŞ hərbçilərinin müşayiət etdiyi üç neft tankeri Hörmüzdə minaya düşüb - SEPAH
-
Milli Məclisin iclası başlayıb - Gündəlikdə 10 məsələ var
-
BDU-da 9 fakültənin dekanı dəyişir - Yeni namizədlər axtarılır
-
Makler qaçıb gizləndiyindən evindən də oldu, pulundan da... - VİDEO
-
İran dünyanın dörd aparıcı gücündən biridir - Qalibaf
-
Azərbaycanın ən gənc deputatı - 30 yaşı var (FOTO)
-
Bakıda yeni işıqforlar bu qaydada çalışacaq - FOTOLAR
-
Təkcə neft deyil: Azərbaycandan daha nələr alırlar?
-
Yaxın Şərq yeni eskalasiyaya tab gətirməyəcək - Qətər baş naziri
-
Azərbaycanda Xəzərin suyu duzsuzlaşdırılacaq - ADB zavod tikintisinə 140 milyon ayırdı
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
“Ukrayna ilə bağlı yeni razılaşma üzərində işləyirik“ - Melaniya Tramp
-
Zakir Fərəcov Adil Xudadatovun “qələmini qırıb“? - “Kamaz“ ləqəbli bələdiyyə sədrinin DOSYESİ
-
NATO-nun baş katibi Cənubi və Şimali Koreyanı səhv saldı - Zaldakılar güldü
-
Saxta pulu həqiqi puldan necə ayırmaq mümkündür? - VİDEO
-
Vətəndaşın pulunu KİM qaytaracaq? - İcbari tibbi sığortada YENİLİK
-
Azərbaycanlılar 10 ayda geyimə bu qədər xərcləyiblər - RƏQƏMLƏR
-
Sol ayağı kəsilən vətəndaşın əlillik pensiyası niyə kəsilib? - VİDEO
-
Keçmiş məmur 29 milyon dollar rüşvət aldı - Edam olunacaq
-
Bakıda “Green Park” hotelin yerləşdiyi bina satışa çıxarıldı - QİYMƏT
-
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə - Fotolar
-
İnterpol iki azərbaycanlı qadını axtarır - Nədə ttiham olunurlar?
-
Qonaq getdiyi evdən qızıl oğurladı - Lombarda qoyub pul götürdü
-
Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı - Xəbərdarlıq
-
Huanq “Nvidia”ya qayıtdı - intim macəralar onu durdurmadı
-
Bazarlarda gizli satılan balıq - Qiyməti və ovlanması ilə bağlı açıqlama
-
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... – “By Fateh Gənclik” bağlandı
-
“Nar Oyun Mərkəzi”ndə oyna, smartfon qazan
-
Maaşda Bakını üstələyən rayon və şəhər - SİYAHI
-
Binəqədi-Novxanı şosesində müəmmalı tikinti: İcazə varmı?..
-
Azərbaycanlılar üçün Həcc ziyarəti ildən-ilə bahalaşır - 10 ildə 3825 manat artım
-
Həbsdən çıxdı, 9 ay sonra yenidən oğurluq etdi - Bu dəfə 3 il azadlıqdan məhrum edildi
-
Bakı və rayonlarda sabah külək güclənəcək - Xəbərdarlıq
-
Azərbaycan hotellərində kişilər niyə ölür? - ARAŞDIRMA
-
Ev oyunlarında ən çox hansı klublar tamaşaçı cəlb edir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Azərişıq” və “Azərenerji”nin fəaliyyəti araşdırılacaq - Komissiya yaradılıb
-
Ermənistanın zəmanəti İrana kifayət etmir - Tehrandan növbəti TRİP xəbərdarlığı
-
Bakıda film kimi qalmaqal: Evə baxıcı kimi girib milyonluq mirası mənimsədi
-
“TVM İnşaat“ın vergi borcu 13,6 milyonu ötdü - Dövlət komitəsi və nazirliklə iki şübhəli müqavilə
-
Prezident Sərəncam imzaladı - Bu hərbçilər ehtiyata buraxılacaqlar
-
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT!
-
Elçin Babayev işdən çıxarılma xəbərini Astanada alıb - DETALLAR
-
Şokolad qutularında 50 min dollar, alt paltarında xərçəng dərmanları gətirdi - Cəzası qüvvədə qaldı
-
Pərakəndə ticarət dövriyyəsinin 60 faizi Bakının payına düşüb - Siyahı
-
Bu yolda cərimələnə bilərsiniz - Nişanlar dəyişdirilib - VİDEO
-
Azərbaycanda rəqəmsal fırıldaqçılıq kəskin artıb: 3 ayda nə qədər vəsait ələ keçirilib?
-
İsraildə koalisiya danışıqları davam edir - Yəşar və Likud yenidən görüşəcək
-
Əli Kərimlinin məhkəməsinə Ramiz Mehdiyev çağırıldı - Ailəsi ilə birgə
-
Azərbaycan ilə İtaliya arasında sənəd imzalanacaq - Nazir detalları açıqladı
-
“İcra nümayəndəsinin bacısı “Flora Baku”nu sökdürməklə hədələyir” - Video
-
Əlilliyin qiymətləndirilməsində yeni qayda: Bu tələb ləğv edildi
-
Siqaret çəkən oğluna görə arvadını döydü - 1 il qadağa qoyuldu
-
Prezident İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi - FOTO
-
Xankəndidən qənimətləri çıxarmaq istəyən hansı məmur olub? - Yük maşınları postda saxlanıldı
-
Azərbaycanda məktəb məzunlarının universitetə qəbul xəritəsi - İlk və sonuncu yerlər
-
Paşinyandan sensasiyalı bəyanat: “Yeni Konstitusiya qəbul olunmasa, istefa verib gedəcəyəm“
-
Ələtdə hava limanının tikintisi nə vaxt başa çatacaq? - Tarix açıqlandı
-
Ağdaş Dövlət Humanitar Kollecində korrupsiya: Qiymətlər pulla dəyişdirilib?
-
Sərxoş halda maşın sürüb arvadının ölümünə səbəb oldu - Təfərrüat
-
"Vesta Construction" MTK-nın sahibi həbs edildi - 1 milyonluq dələduzluq
-
Türkiyədə tarixin ən uzun COP-u başa çatdı - Razılıq əldə olunmadı
-
Bakıda yaşayış binalarının yaxınlığında yerləşən göl qurumağa başlayıb - Video
-
Ad gününü qeyd edib evinə qayıdan tanınmış aparıcı qəzaya düşdü - Dünyasını dəyişdi
-
“KXDR hegemonluq və ya ekspansiya iddiasında deyil“ - Kim Çen In
-
Bakıda bina tikintisi azalıb, mənzillər bahalaşıb - VİDEO
-
Azərbaycan–Vyetnam münasibətləri inkişaf edəcək
-
Azərbaycan xarici siyasətində ənənəvi dostluq münasibətlərinin qorunması ilə yanaşı...
-
Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir
-
Paytaxtın bu ərazisində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
“Azərbaycan ABŞ ilə əlaqələrin inkişafında maraqlıdır“ - İlham Əliyev
-
Vasif Talıbovun Dubayda 73 milyonluq villası üzə çıxdı - FOTO
-
Təbii artımın ən yüksək və ən aşağı olduğu rayonlar - Siyahı
-
Prezident ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul etdi - Fotolar
-
Qızıl, bank, yoxsa daşınmaz əmlak: Pulu harada saxlamaq daha sərfəlidir? (VİDEO)
-
“Avroviziya“ təmsilçilərimiz Bakıda görüşdü - FOTOLAR
-
Premyer Liqa: “Kəpəz“ evdə “Qarabağ“la heç-heçə edib
-
“Diplomatiya pəncərəsi hələ də açıqdır” - Rəsmi Tehran
-
Azərbaycan və Vyetnam arasında əməkdaşlıq daha da genişlənəcəkdir
-
Nikah və boşanmaların ən çox olduğu rayonlar - SİYAHI
-
Taxta çıxanda qardaşını tituldan məhrum edə bilər - Kral ailəsində qalmaqal
-
Dünyanın ən yaraşıqlı futbolçuları – İlk onluqda kimlər var?
-
Magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir - Dumana görə
-
Selçuk Bayraktaroğlu Somalinin hərbi obyektlərində olub - VİDEO
-
15 yaşlı oğlan bacısını “TikTok“a görə bıçaqlayıb - Təfərrüat
-
“Nə müharibə, nə də sülh“ vəziyyətindən çıxmalıyıq“ - Pezeşkian
-
Azərbaycana 910 min ədəd tibbi maska idxal olunub - 2,3 qəpiyə
-
Türkiyədən Aİ-yə sərt tələblər - Xüsusi işçi qrup yaradıldı
-
Xocəsəndə təhlükəli vəziyyət: 10 min voltluq kabellər su içində - Fotolar
-
Slovakiya Aİ-nin Ukrayna üçün kreditinə qoşulmayacaq - Robert Fitso
-
“ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb“ - Qalibaf
-
Kombi işləyən evdə də dəm qazı öldürə bilər - ŞOK XƏBƏRDARLIQ
-
Məcnun Məmmədov Culfada vətəndaşları qəbul edəcək - Bu tarxidə
-
Azərbaycanın hansı rayonlarında nə qədər əməkhaqqı verilir? - Tam siyahı
-
“İranın hücumu zamanı iki nəfər xəsarət alıb“ - Bəhreyn DİN
-
Bu şəxslərin elektrik xərclərinin yarısını dövlət ödəyəcək - Açıqlama
-
Azərbaycanda ən çox tələbəsi olan ölkələr - Rəqəmlər
-
İranda 33 nəfər saxta spirtli içkidən zəhərlənib - Onlardan üçü ölüb
TOP 10
ARXİV






