“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Prezident Monteneqronun Baş nazirini qəbul etdi - FOTOLAR

Tarix 24.11.26, 11:53

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyev bu gün Monteneqronun Baş naziri Miloyko Spayiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AzFakt.com xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanla Monteneqronun uzun illərdir dost və tərəfdaş olduğunu deyərək, ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlərin qurulduğunu qeyd edib.

Dövlət başçısı gələn il Monteneqro Prezidentinin ölkəmizə rəsmi səfər edəcəyini bildirib və vurğulayıb ki, bütün bunlar siyasi, iqtisadi, investisiya, həmçinin bir çox digər sahələrdə əlaqələrimizin inkişafında müsbət dinamikanın olduğunu və yaxşı nəticələrin əldə edildiyini göstərir.

Prezident İlham Əliyev Baş nazirin səfərinin uğurlu keçəcəyinə və ikitərəfli əməkdaşlığımızın gücləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Bakıda olmaqdan məmnunluğunu ifadə edən Baş nazir Miloyko Spayiç öz növbəsində iki ölkənin uzun müddətdir müxtəlif formatlarda dost və tərəfdaş olduğunu vurğulayıb. Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını deyən qonaq münasibətlərimizin yaxşı perspektivlərə malik olduğunu qeyd edib.

Miloyko Spayiç Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə edilmiş nailiyyətlər münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.

Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olduğunu deyib və vurğulayıb ki, ölkəmiz bölgədə davamlı sülhün, sabitliyin möhkəmləndirilməsi üçün səylərini bundan sonra da davam etdirəcək.

Baş nazir Azərbaycanın Monteneqroya böyük sərmayələr yatırdığını deyərək, bunun ölkə iqtisadiyyatına müsbət təsir göstərdiyini bildirib.

Görüşdə Azərbaycanın Monteneqroda həyata keçirdiyi investisiya layihələrinin gələcəkdə genişləndirilməsi üçün imkanların olduğu da qeyd edilib.

Miloyko Spayiç qarşılıqlı turist axınına toxunaraq bildirib ki, çoxsaylı azərbaycanlı turistlər Monteneqroda, Monteneqro turistləri isə Azərbaycanda özlərini rahat hiss edirlər.

Qonaq bütün bunlara görə dövlət başçısına minnətdarlığını ifadə edib.

Söhbət zamanı infrastruktur layihələri, enerji təchizatı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.





Xəbərin oxunma sayı : 454




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap