Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

Nuranə niyə ödürülüb? - Hadisə yerindən (VİDEO)

Tarix 23.05.25, 13:03

Font ölçüsü : - / +
bitmap-img6


ARB TV-nin əməkdaşı Sabirabadda öldürülərək Kür çayına atılan 16 yaşlı Nuranənin qətlinin təfərrüatları barədə sujet hazırlayıb.

Seyidrəsul Nuranənin yaşadığı Şirvan şəhərinə gedərək onu Sabirabad rayonunun Kür çayının keçən hissəsinə aparıb. Onlar arasında mübahisə yaşanıb, nəticədə Seyidrəsul əvvəlcə Nuranəni boğub, sonra Kür çayına atıb. Meyit suya atıldığı yerdə ağaca ilişdiyindən elə həmin yerdə aşkarlanıb.

Qətli törətməkdə şübhəli bilinən Seyidrəsulun atası hadisənin başvermə səbəbini Nuranənin sosial şəbəkədə şəkil paylaşmasını ehtimal kimi səsləndirib:

"Hər ailədə söz söhbət olur, istəmirdi ki, həyat yoldaşının o vəziyyətdə şəkli olsun. Kişiyə xas olan hərəkətdir, olmaz, olmaz da. Qadın kişiyə məxsusdur. Kimsə nəyə görə "mayka"da görməlidir? Seyidrəsul ona telefon işlətməyə qadağa qoymuşdu".

Nuranənin anası isə deyilənləri təkzib edib: 

"Oğlanın anasıgil balamı yola vermirdi. Bir xəstə baldızı var, balamın üstünə şər atırdı. Qızım heç bir yerdə şəkil paylaşmayıb. Bir səhifə var idi, ər-arvad ikisi bir yerdə işlədirdilər. Dedim ki, Rəsul, telefonu işlətməyə icazə vermirsənsə, gətir mənə, satma. Rəsul qızımın birinci telefonunu da satmışdı".

Qeyd edək ki, Seyidrəsul Talıbzadə mayın 17-si  qeyri-rəsmi nikahda yaşadığı 16 yaşlı Nuranəni Kür sahilində qətlə yetirib. Sonra polisə gedərək əməlini etiraf edib və təslim olub.

Ətraflı reportajda: 




Xəbərin oxunma sayı : 193




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap