Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Paşinyan Azərbaycanla sərhəddəki “məxfi işlərdən” danışdı - “Bəlkə Əliyev kəşfiyyata pul xərcləməsin...“

Tarix 03.05.21, 15:39

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün parlamentdə deputatların Azərbaycanla sərhəddə baş verənlər barədə sualları ilə üzləşib. Və bərk hirslənib.

Belə ki, parlamentin müstəqil deputatı Taqui Tovmasyan Azərbaycanla sərhədin Sünik (Zəngəzur) və Qeqarkunik vilayətləri istiqamətindən keçən hissəsində sərhəd postlarının zəruri avadanlıqlarla təchiz olunmadığını, səngərlər, tranşeylər qazılmadığını deyib.

Paşinyan isə əsəbləşərək deyib ki, sərhədlər etibarlı şəkildə qurulur, amma bütün bu işlər “məxfi şəkildə” həyata keçirilir. 

“Bəlkə Əliyev kəşfiyyata pul xərcləməsin, ona hər şeyi biz çatdıraq? Bir az da keçsə koordinatları da göstərməyə başlayacaqlar: baxın, burada yaxşı səngərlər var, amma orada səngərlər yoxdur, əlverişli dəhliz var...Ümumiyyətlə, biz başa düşürük ki, nə edirik?”,-o, əsəbi halda bildirib.

Tovmasyan ona cavab verərək deyib ki, sərhəddə tərəflərin mövqeləri bir-birlərindən cəmi bir neçə metr aralıda yerləşir. 

Və səngərlərin, tranşeylərin vəziyyəti, hətta forması qarşı tərəfdən adi gözlə də görünür.

Paşinyan isə etiraz edib: “Əgər sərhəd adi gözlə görünürsə deməli pis sərhəddir”.

Onun sözlərinə görə, sərhədi möhkəmləndirmək üçün görülən işlər məxfidir. 

“Elə işlər var ki, açıqlanmır, nə sizlərə görünür, nə rəqibə”,-o deyib.



Xəbərin oxunma sayı : 910




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap