“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Prezident və birinci xanımın Ərdoğanın andiçmə mərasimindən – Fotoları

Tarix 04.06.23, 12:49

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimi keçirilib.

AzFakt.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan mərasimdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı, digər dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini salamlayıblar.
Mərasimdə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün, şəhidlərin və fevralın 6-da baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Türkiyə Respublikasının Dövlət Himni – “İstiqlal Marşı” səsləndirilib.
Rəcəb Tayyib Ərdoğan çıxış edərək yenidən Prezident vəzifəsinə seçilməsi üçün ona etimad göstərən seçicilərə minnətdarlığını bildirib”.
Prezident Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlaması mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevə, digər dövlət, hökumət başçılarına və qonaqlara bir daha minnətdarlığını bildirib.
Sonra “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib.
Daha sonra Rəcəb Tayyib Ərdoğanın adından mərasim iştirakçılarının şərəfinə şam yeməyi verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da tədbirdə iştirak ediblər.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin mayın 28-də keçirilmiş ikinci turunda 52,18 faiz səs toplayaraq qalib gəlib.





















Xəbərin oxunma sayı : 547




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap