“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Prezidentin mükafatlandırdığı gənclərlə siz də tanış olun! - FOTOLAR

Tarix 01.02.24, 20:22

Font ölçüsü : - / +
bitmap-img6


Məlum olduğu kimi, Prezident İlham Əliyev 2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

AzFakt.com qafqazinfo-ya istinadən xəbər verir ki, mükafata layiq görülən gənclər haqqında "Azərbaycan Universitetləri" səhifəsində məlumat paylaşılıb.

Belə ki, bu gənclərdən biri Rəvanə Ağamirovadır. Anadangəlmə görmə məhdudiyyəti ilə I dərəcə gözdən əlilliyi olan Rəvanə Ağamirova musiqi istiqaməti üzrə qabiliyyətini daim təkmilləşdirir. Onun "Ay Laçın" ifası təqdirəlayiqdir.

Bakı Dövlət Universitetinin məzunu olan Ulucay Akif isə hazırda Kulis.az saytının baş redaktoru və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.



Prezident mükafatçılarından olan Ayxan Allahverdiyev Azərbaycan Texniki Universitetinin məzunudur və  hazırda "Gənc Könüllülər" İctimai Birliyinin sədridir. Vətən müharibəsində iştirak edən A. Allahverdiyev Füzuli, Cəbrayıl və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.



Daha bir mükafatçı isə Pərviz Mirələmlidir. O, ADA Universitetinin bakalavr məzunu, BDU-nun magistr tələbəsidir. Hazırda Azərbaycan Tələbə Gənclər Təşkiltları İttifaqının sədri kimi fəaliyyət göstərir.



Qafqaz Universitetinin (hazırkı Bakı Mühəndislik Universiteti - red.) məzunu olan Tarıyel Ağazadə isə "Kapital Bank"ın innovasiya proqramının əməkdaşı, həmçinin "Tedroid" texnoloji mediasının təsisçisidir.





Xəbərin oxunma sayı : 487




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap