“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Putin köməkçisini yüksək vəzifəyə təyin etdi - Dyumin bu posta gətirildi

Tarix 29.05.24, 17:31

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Prezidenti Vladimir Putin köməkçisi və keçmiş mühafizəçisi Aleksey Dyumini Dövlət Şurasının katibi təyin edib.

Bu ilin əvvəlində, növbəti altı illik müddətə yenidən prezident seçildikdən sonra Putin Dyumini müdafiə sənayesinə cavabdeh köməkçisi vəzifəsinə gətirmişdi. O, bundan əvvəl, 2016-cı ildən Tula vilayətinin qubernatoru idi.

Dyumin karyerasına keçmiş prezident Boris Yeltsinin yanında rabitə idarəsində başlayıb. Lakin Prezident Putinə yaxın sayılır. Putinin 1999-cu ildə hökumət başçısı təyin edildiyi gündən bəri onun mühafizəçisi vəzifəsində çalışıb. Daha sonra faktiki onun adyutantının işini yerinə yetirib. Ukraynanın Krım bölgəsinin işğalından (2014) sonra o, Rusiya Qəhrəmanı adına layiq görülüb. General-polkovnikdir.

Dövlət Şurası, Rusiya qanunvericiliyinə görə, prezident yanında məsləhətçi orqan kimi bu ölkənin siyasətinin əsas istiqamətlərini müəyyən edir. Buraya hökumət başçısı, Dövlət Duması və Federasiya Şurasının sədrləri, Prezident Administrasiyasının rəhbəri, regionların, parlament partiyalarının rəhbərləri daxildir.

Qurum 2000-ci ildən mövcuddur. Ancaq 2020-ci ildə Putinin başlatdığı konstitusiya dəyişiklikləri çərçivəsində Konstitusiyanın ayrıca maddəsinə salınıb. Bəzi ekspertlər hesab edirdilər ki, Dövlət Şurası prezidentlik müddəti bitdikdən sonra Putin üçün məxsusi yer kimi hazırlana bilər. Lakin sonradan bəlli oldu ki, düzəlişlər onun yenidən yeni müddətə namizədliyini irəli sürməsinə imkan verəcək.

Dyumin Putinin köməkçisi təyin olunduqdan sonra Rusiyada bir çoxları yenidən onun varis olacağından bəhs etməyə başlayıb.



Xəbərin oxunma sayı : 994




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap