Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Putin müharibəni danışıqlarla dayandırmağın yollarını axtarmır - Almaniya Kansleri

Tarix 24.03.23, 20:31

Font ölçüsü : - / +
bitmap-img6


Vladimir Putinin və Rusiya rəhbərliyinin guya sülh danışıqları aparmaq istəyi ilə bağlı xəbərlərin reallıqla heç bir əlaqəsi yoxdur.

APA xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Aİ liderlərinin Brüsseldə keçirilən sammitindən sonra mətbuat konfransında deyib.

Kansler bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibəni dinc danışıqlar yolu ilə dayandırmağın yollarını axtarmır.

Jurnalistin Rusiya Prezidentinin sülh danışıqları ilə bağlı maraqlanmasına dair sualını cavablandıran Olaf Şolts: "Yox, bu, dünyada sağçı şəbəkələr tərəfindən yayılan, lakin reallıqla heç bir əlaqəsi olmayan saxta xəbərdir”, - deyə cavab verib.

Eyni zamanda Şolts əlavə edib ki, lazım gələrsə, əvvəllər olduğu kimi Putinlə danışmağa davam edəcək.

"Bu müharibənin necə bitəcəyi tam aydındır: Rusiya qoşunlarını çıxarmalıdır. Bu, Ukraynada ədalətli sülhün bərqərar olması və Rusiyanın imperiya məqsədlərinə çatmasının qarşısını almağın əsasına çevriləcək”.

Kansler qeyd edib ki, Aİ dövlətlərinin liderləri prezident Vladimir Zelenskini Aİ-nin Ukrayna ilə lazım olduğu müddətcə həmrəy olacaqlarına və dəstək verəcəklərinə əmin ediblər.

Şoltsun sözlərinə görə, Ukraynanın ehtiyacı olan sursatın davamlı şəkildə və kifayət qədər təchizatının təmin edilməsi məsələsi Aİ sammitində intensiv şəkildə müzakirə olunub.



Xəbərin oxunma sayı : 754




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap