Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Putinin İrəvana səfəri üçün təminatlar istənilir - Peskovdan açıqlama

Tarix 12.02.24, 15:32

Font ölçüsü : - / +
bitmap-img6


“Moskva İrəvandan müəyyən təminatlar alarsa, Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər edə bilər”.

Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.

“Ermənistanın beynəlxalq statusa (Beynəlxalq Cinayət Məhkəməsi) qoşulması ilə bağlı yeni reallıq münasibətlərimizə mənfi təsir göstərməyə bilməz. Erməni tərəfdaşlardan müəyyən təminatlar almaq vacibdir. Bu məsələ ikitərəfli dialoq çərçivəsində həll edilməlidir ki, biz də buna köklənmişik”, - deyə Kreml nümayəndəsi bildirib.

Xatırladaq ki, 2023-cü il martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin müharibə zamanı “Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların qanunsuz olaraq Rusiyaya deportasiyası” ittihamı üzrə həbsinə order verib.

Ötən ilin noyabrında Ermənistan rəsmi olaraq Roma Statutunu ratifikasiya etdiyini təsdiq edən sənədləri təqdim edib və 2024-cü il fevralın 1-dən Beynəlxalq Cinayət Məhkəməsinin tamhüquqlu üzvü olub.

Ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan Beynəlxalq Cinayət Məhkəməsinin orderi ilə bağlı Putin də daxil olmaqla, bu və ya digər şəxsləri həbs etmək səlahiyyətinin olmadığını qeyd edib.

Daha əvvəl isə Rusiya Dövlət Duması bəyan edib ki, Putin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası ilə əlaqədar Ermənistana gedə bilməyəcək. (Gazeta.ru)



Xəbərin oxunma sayı : 571




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap