Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

Qızıl bazarında əl yandıran qiymətlər nə zaman enəcək? - ARAŞDIRMA

Tarix 20.02.24, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Azərbaycanda qızıl bazarındakı qiymətlərdə xeyli artım müşahidə olunur. 

Oxu.Az xəbər verir ki, satıcıların sözlərinə görə, bazarda ən baha qızıl ərəb qızılı hesab olunur. Ondan sonra isə türk və rus qızılları gəlir.

Qiymətlərin artması məsələsinə gəlincə, ekspertlər bunu dünya bazarında qızılın qiymətinin artması ilə əsaslandırırlar.

İqtisadçı ekspert Pərviz Heydərov Oxu.Az-a açıqlamasında bunu dünya maliyyə bazarlarındakı vəziyyətin qeyri-müəyyən olması ilə əlaqələndirib.

Ekspert qeyd edib ki, “Qızılın qiymətinin qalxması, dünya maliyyə bazarındakı vəziyyətlə bağlıdır. Son illər ərzində, xüsusən də ötən ildən başlayaraq dünyanın maliyyə bazarlarında vəziyyət qeyri-müəyyəndir. Ona görə də, inverstorlar öz vəsaitlərini qiymətli metallara yatırmağa daha çox üstünlük verirlər. Bu da qızılın qiymətinin artması ilə nəticələnib.

“Bəs bu bahalaşma nə qədər davam edəcək?” - sualına gəlincə, Pərviz Heydərov qeyd edib ki, bu hal keçici xarakter daşıyır:

“Belə hallar periodik olaraq müşahidə edilməkdədir və indiki vəziyyətdə müvəqqəti xarakter daşıyır. Dünya maliyyə bazarlarında “sabun köpüyü” yoxa çıxdıqdan sonra, bir çox şeylər aydınlaşacaq, bundan sonra qiymətli materialların və qızılın qiyməti sabitləşməyə başlayacaq”.

Qeyd edək ki, daşınmaz əmlak bazarından sonra ikinci ən gəlirli sahə qızıl-zinət əşyalarının alqı-satqısı hesab olunur. Daşınmaz əmlaka yatırım etmək imkanında olmayan vətəndaşlar vəsaitlərini qızıla yatırım etməklə saxlamağa çalışırlar.




Xəbərin oxunma sayı : 1018




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap