Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

Məhsulların qiymətində enmə olacaq? - Deputat açıqladı

Tarix 11.07.24, 18:51

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda rəqabətin inkişafı və inhisarçı fəaliyyətin qarşısının alınması üçün 2024-2026-cı illər üzrə Milli Fəaliyyət Planı hazırlanıb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Bakıda keçirilən I Milli Rəqabət Forumunda bildirib ki, Plan təsdiqləndikdən sonra rəqabətlə bağlı qanunvericiliyinin mənimsənilməsi, bu məsələnin mədəniyyət formasına keçməsi üçün vacib alətə çevriləcək: “Milli Fəaliyyət Planına əsasən tətbiq ediləcək mexanizmlər çoxdur. Bu planda nəinki rəqabət orqanının, bütün dövlət qurumlarının üzərinə rəqabətin təşviqi və inhisarçılığın qarşısının alınması ilə bağlı konkret vaxtlar üzrə öhdəliklər qoyulacaq".

Millət vəkili Vüqar Bayramov açıqlayıb ki, Milli Fəaliyyət Planının hazırlanması mühüm əhəmiyyət kəsb edir: 

AzFakt

“Rəqabət Məcəlləsinin qüvvəyə minməsi və Milli Fəaliyyət Planının hazırlanması iqtisadiyyatda rəqabətin daha yaxından dəstəklənməsi, o cümlədən sahibkarlıq üçün yeni imkanların açılması baxımından vacibdir. Məcəllənin qüvvəyə minməsi növbəti dövrlərdə qiymətlərin optimallaşdırılmasına şərait yaradacaq. Çünki rəqabətin artması daha çox məhsulun və xidmətin təklif edilməsi və onların qiymətlərinin optimallaşdırılmasına təkan verir. Sahibkarlar dövlət dəstəyindən daha yaxından faydalana biləcəklər. Ölkədə iqtisadiyyatın liberallaşdırılması ilə bağlı görülən işlər daha da genişlənir. Bu odan xəbər verir ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar bir tərəfdən liberal iqtisadiyyatın dərinləşməsinə, digər tərəfdən sahibkarlar üçün yeni fürsətlərin yaradılmasına, eyni zamanda istehlakçılar üçün qiymətlərin optimallaşdırılması və bəzi məhsullarda qiymətlərin enməsinə gətirib çıxara bilər”.



Xəbərin oxunma sayı : 1102




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap