Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Avtomobillərin texniki baxışı zamanı qanunsuz hallar üzə çıxdı - Video

Tarix 06.09.24, 19:40

Font ölçüsü : - / +
bitmap-img6


Avtonəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı bir sıra hüquqazidd hallar aşkarlanıb.

AzFakt.com Baş DYP İdarəsinə istinadən xəbər verir ki, Müayinə mərkəzində görülən tədbirlər nəticəsində dövlət qeydiyyat nişanları standartın tələblərinə uyğun gəlməyən, şassi  və mühərrik  nömrələri qeydiyyat məlumatları ilə uyğunsuzluq təşkil edən, habelə üzərində çoxsayda ödənilməmiş inzibati cərimələr olan avtobus və yük avtomobilləri müəyyən edilib. Həmin nəqliyyat vasitələri müvafiq yoxlama aparılması üçün saxlanılıb və cavabdeh şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.

İdarə sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək onları qanunla üzərilərinə düşən öhdəlikləri  vaxtında yerinə yetirməyə, nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, eləcə də qeydiyyat məlumatlarında uyğunsuzluğa səbəb olan əməllərdən çəkinməyə çağırıb.





Xəbərin oxunma sayı : 823




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap