Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

17 manatlıq yağ 24 manat oldu - Kəskin BAHALAŞMA

Tarix 07.09.24, 13:53

Font ölçüsü : - / +
bitmap-img6


Mağazalarda kərə yağının qiyməti artıb.

AzFakt.com xəbər verir ki, bu barədə "musavat.com"-a Bakı sakinlərindən daxil olan məlumatda bildirilir.

“Hər zaman 17-18 manata aldığımız yağın axşam 24 manata satıldığını gördük. Mağazadan yağ almamış çıxdım”, - deyə Akif Əliyev adlı paytaxt sakini bildirib.

Kərə yağının qiymətinin artması nə ilə bağlıdır?

İqtisadçı Natiq Cəfərli bəzi məqamlara aydınlıq gətirib: “Kərə yağının qiymətinin artması ondan asılıdır ki, biz idxalçı ölkəyik. Demək olar ki, kərə yağı istehsal etmirik. Mağazalarda olan Azərbaycan markaları adı altında satılan kərə yağının da qablaşdırılması ölkədə baş verir. Bizim şirkətlər tonlarla yağı xaricdən alırlar, sonra 250 qramlıq, 1 kiloluq qablarda qablaşdırıb satışa çıxarırlar, guya yerli məhsul olur. Halbuki onun içindəki yerli məhsul deyil. Biz idxaldan asılıyıq, yerli məhsulumuz yoxdur. İkinci məsələ isə logistika bahalaşmasıdır. Dizel yanacağının qiyməti 25 faiz artdığına görə bütün məhsulların qiymətinə təsir edib. Məhsulların daşınması, ölkəyə gətirilməsi. Çünki soyuduculardan ibarət avtomobillərlə gətirilir, dizel yanacağı ilə həyata keçirilir. Depolardan yağın paylanması da dizel yanacağı ilə həyata keçirilir. Üçüncü məsələ, digər sahələrdə də qiymət artımı olursa, yağ gətirən şirkətlər də onlara baxıb qiyməti artırırlar”.

Ekspert əlavə edib ki, bu, süni qiymət artımı deyil: “Azərbaycanda rəqabətli mühit çox zəifdir. Sövdələşmiş qiymətlərlə bazara çıxan topdansatış şirkətlər var. Pərakəndə satış mağazaları onminlərlədir. Bizdə nədənsə Antiinhisar qurumu pərakəndə satış mağazalarında yoxlama aparır, bu, qeyri-qanunidir, orada inhisarçılıq elementləri ola bilməz. Topdansatış, iri şirkətləri isə heç kim yoxlamır. Onlara gözüm üstündə qaşım var deyən yoxdur. Qiymətlər orada formalaşır. O iri şirkətlər bazara diktə edə bilirlər”.



Xəbərin oxunma sayı : 751




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap