Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Prezident hərbi qulluqçularla bağlı fərman imzaladı - Bu hərbçilərə maliyyə dəstəyi göstəriləcək

Tarix 07.09.24, 17:58

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev “Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası”nı təsdiq edib.

Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb, eləcə də bəzi fərmanlarında dəyişiklik edib.

Məsələn, Prezidentin 1 may 2018-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də edilmiş dəyişikliklərə əsasən, Müdafiə Nazirliyi hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi üzrə Nazirlik aşağıdakı istifadə imkanlarına malikdir:

- maliyyə dəstəyi göstərilməsi üçün tələb olunan məlumatları almaq;

- maliyyə dəstəyi göstərilməsinə dair müvafiq qərar qəbul edildiyi gün bunu ipoteka krediti almaq istəyən şəxsə bildirmək;

- maliyyə dəstəyi göstərilməsi dayandırıldıqda, yaxud yenidən bərpa edildikdə İpoteka və Kredit Zəmanət Fonduna, eləcə də müvəkkil banka məlumat vermək;

- elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək.

Maliyyə Nazirliyi Müdafiə Nazirliyinin təklifləri əsasında təsdiq edilən Qaydada nəzərdə tutulmuş maliyyə dəstəyi üçün tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsində nəzərdə tutulmasını və Müdafiə Nazirliyinə ayrılmasını təmin etməli, Qaydada nəzərdə tutulmuş hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditinin maliyyələşdirilməsi məqsədilə İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün müvafiq illərdə dövlət büdcəsindən vəsait ayrılması ilə bağlı tədbirlər görməlidir. Fond isə fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Qeyd edək ki, “Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası" “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” ölkə Prezidentinin 14 dekabr 2023-cü il tarixli fərmanına əsasən hazırlanıb.

Qayda Universitetin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsində, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursunda, Bakı Hərbi Kollecində, Gəncə Hərbi Kollecində və Naxçıvan Hərbi Kollecində təhsil almış hərbi quluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsinə dair tələbləri və digər təşkilati məsələləri müəyyən edir.

Qaydada nəzərdə tutulan hərbi qulluqçulara güzəştli ipoteka kreditinin verilməsi proseduru və şərtləri dövlət başçısının 22 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” ilə müəyyən edilir. Qaydada istifadə olunan anlayışlar İpoteka kreditinin verilməsi Qaydasında müəyyən edilmiş mənaları ifadə edir. Onun müddəaları 2024–2025-ci tədris ilindən başlayaraq dövlətlərarası müqavilə əsasında xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən ölkə vətəndaşları olan hərbi qulluqçulara da şamil edilir.

2024–2025-ci tədris ilindən başlayaraq xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərilir. Maliyyə dəstəyi güzəştli ipoteka kreditinin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin bir hissəsi və aylıq annuitet ödənişlərinin bir hissəsi üzrə yalnız bir yaşayış sahəsinin satın alınması məqsədilə müddəti azı 15 il olan güzəştli ipoteka kreditləri üzrə göstərilir.

İlkin ödəniş İpoteka kreditinin verilməsi Qaydasına əsasən müəyyən edilmiş güzəştli ipoteka kreditinin maksimal məbləğinin 15 %-dən çox olmamaqla, güzəştli ipoteka kreditindən istifadə etməklə satın alınan yaşayış sahəsinin alqı-satqı müqaviləsi üzrə qiymətinin 15 %-i məbləğində verilir. Annuitet ödənişləri üzrə verilən maliyyə dəstəyi annuitet ödənişlərinin 50 %-i qədər olur. Güzəştli ipoteka krediti üzrə əsas borc məbləğinin bir hissəsi kredit müqaviləsində nəzərdə tutulmuş müddətdən əvvəl qaytarılarsa və yaxud borc restrukturizasiya edilərsə, annuitet ödənişləri üzrə maliyyə dəstəyi yenidən hesablanmış annuitet ödənişinin bu Qaydada nəzərdə tutulmuş həcmində müəyyən edilir.



Xəbərin oxunma sayı : 685




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap