Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

​Bakıxanovda obyekt tikintisində işçilərin təhlükəsizlik qaydalarına əməl edilmir? - FOTOLAR

Tarix 09.09.24, 8:15

Font ölçüsü : - / +
bitmap-img6


Möcüzə dad - Şirniyyat evinin sahibi işlətiyi işçilərin həyatını təhlükəyə atır

Azərbaycanda iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsizlik qaydalarına əməl edilməsi, işçilərin sağlamlığının qorunması, əməkdaşların qayğısına qalınması artıq qanunla tənzimlənir. Sirr deyil ki, bəzi işəgötürənlər sahibkarlığı ağalıq etmək kimi başa düşərək, öz obyektlərində çalışanların əməyinə qul əməyi kimi baxır, işçilərin əmək hüquqları ilə hesablaşmır, əməkdaşların təhlükəsizliyinin, sağlamlığının qorunmasının təmin edilməsi barədə ümumiyyətlə düşünmürlər. İlk növbədə işə götürən tərəfin borcudur ki, tikinti aparılan obyektdə işçinin təhlükəsizliyini təmin etsin.Qanunla tikinti sahəsində işləyən işçilər işçilər xüsusi geyim forması, iş ayaq geyimi, görəcəyi işlə bağlı təhlükəsizlik kəməri, eynək, əlcəklə təmin edilməlidir. Onların bu vasitələrdən istifadə etməsinə isə nəzarət olmalıdır. Həmçinin işçinin həyat təhlükəsizliyini təmin etmək üçün onu əmək müqaviləsi ilə işə cəlb etmək daha məqsədəuyğundur. Ancaq təssüflə deyə bilərik ki, bir çox sahibkarlar obyetlərində işlətdiyi işçilərin təhlükəsizliyini zərrə qədərdə düşünmürlər.
 
AzFakt.com xəbər verir ki, işçilərin təhlükəsizliyini nəzərə almayan sahibkarlardan biri də Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Möcüzə dad - Şirniyyat evinin rəhbərliyidir. Belə ki, Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti, 41 ünvanında yerləşən Möcüzə dad - Şirniyyat evinin yuxarı mərtəbəsinin artırılması üçün həyata keçirilən tikintidə  işçilərin təhlükəsizliyi və sağlamlığının qorunması təmin edilmir. Ərazidə yaşayan sakinlərin saytımıza göndərdiyi fotolarda açıq aydın görünür ki, Möcüzə dad - Şirniyyat evinin yuxarı mərtəbəsinin artırılması zamanı işçilər heç bir təhlükəsizlik qaydalarına əməl etməyərək, normativ qaydalarını pozurlar. 

Bundan başqa Möcüzə dad - Şirniyyat evində aparılan tikintiyə görə ərazidəki səkilər zəbt edilib və tez-tez vətəndaşların hərəkətinə manelər yaradılır.

Açıklama yok.

Məlumata görə işçilərin təhlükəsizliyinin qorunması normativlərinə əməl etməyən  Möcüzə dad - Şirniyyat evinin sahibi Hacı Rasim adlı şəxsdir. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.




Xəbərin oxunma sayı : 1909




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap