Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Azərbaycan pomidor ixracından 139 milyon dollar gəlir əldə edib - Əsas bazar Rusiyadır

Tarix 20.08.24, 15:18

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın pomidor ixracından gəlirləri kəskin artıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan 139,5 milyon dollar dəyərində 117 min ton pomidor ixrac olunub. Pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15,3 milyon dollar (12,3%), miqdar ifadəsində 5065 ton (4,5%) artıb.

Azərbaycan pomidor ixracından 139 milyon dollar gəlir əldə edib


Azərbaycan pomidorunun ixrac qiyməti bahalaşıb

İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan pomidoru əsasən Rusiya və Belarusa ixrac edir:
"Məhsulumuz rahat şəkildə Rusiya və Belarus bazarlarına çıxır. Azərbaycan pomidorunun ixrac qiyməti bahalaşıb. Həm ixrac qiymətində bahalaşma, həm də ixrac miqdarının artması gəlirlərin yüksəlməsinə səbəb olub. Xaricdə pomidorun bahalaşması, ixrac qiymətinin artması sahibkarlarımızı ixraca təşviq edir. Bu zaman sahibkar maraqlı olur ki, böyük miqdarda məhsul ixrac etsin".

Ekspertin sözlərinə görə, ixrac artdıqca yerli bazarda pomidor baha olacaq. İxrac daxili bazarda qiymətləri artıran faktordur. Lakin hazırda daxili bazarda pomidorun baha olmasına açıq sahələrdə yetişdirilən pomidorun məhsuldarlığı da təsir göstərir.
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, ixracın artması bazarın tələbidir. Rusiya bazarında Azərbaycan pomidoruna tələb artıb. Bu məsələni bazar tənzimləyir.

1 ton pomidorun orta ixrac qiyməti nə qədər artıb?

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın 1 ton pomidorunun orta ixrac qiyməti 1193 dollar (2028 manat) olub. Keçən ilin eyni dövründə isə 1 ton pomidorun orta ixrac qiyməti 1109 dollar (1885 manat) təşkil edib. Beləliklə, illik müqayisədə bu il 1 ton pomidorun orta ixrac qiyməti 84 dollar (142,8 manat) artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin 6 ayında Azərbaycanın cəmi pomidor ixracının 98,6%-i Rusiyanın payına düşüb. Komitə bu istiqamətdə 7 aylıq məlumatları hələlik açıqlamayıb.
Xatırladaq ki, Azərbaycan keçən il 162 milyon dollar dəyərində 140 min ton pomidor ixrac edib. Keçən il Azərbaycan pomidoru əsasən Rusiyaya göndərilib. Belə ki, ötən il Azərbaycanın pomidor ixracının 97,8 faizi Rusiya bazarının payına düşüb.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi Rusiyaya ixrac üçün yalnız Rusiyanın müvafiq qurumu tərəfindən icazə verilmiş müəssisələrin məhsullarına laborator müayinələrdən sonra fitosanitar sertifikatlar verir. Beynəlxalq ticarət qaydalarına, həmçinin idxalçı ölkənin idxal tələblərinə əsasən yalnız zərərvericilərdən azad təsərrüfatlardan məhsulun ixracı mümkündür. Yalnız beynəlxalq standartlara uyğun məhsul istehsal edən, həmçinin zərərvericilərə qarşı lazımi səviyyədə tədbirlər həyata keçirən təsərrüfatlarda istehsal olunmuş məhsullar ixrac oluna bilər.



Xəbərin oxunma sayı : 1423




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap