Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

İntiqam Məmmədov sahibkarların qanuni ticarət fəaliyyətini ələ keçirmək istəyir? - AÇIQLAMA

Tarix 07.09.24, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədova qarşı bir sıra iddialar irəli sürülüb. Belə ki, iddialara görə, İntiqam Məmmədovun 20 yanvar metrostansiyası keçidindəki qanuni ticarət fəaliyyətini ələ keçirmək istəyib. Onlarla sahibkarın İntiqam Məmmədovu onların fəaliyyətinə müdaxilə etdiyini deyilir. Hətta, bununla bağlı sahibkarlar tərəfindən ölkə Prezidenti İlham Əliyevə və iqtisadiyyat naziri Mikayıl Cabbarova da müraciət ünvanlanıb.

Məsələ ilə bağlı Demokrat.az-ın suallarını cavablandıran Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov səsləndirilən iddiaları təkzib edib. 

O bildirib ki, COP29-la bağlı şəhərin bütün istiqamətlərində  təmizlik işləri aparılır:

“Metronun giriş və çıxışında hansısa işlər aparılırsa, onun bizə heç bir aidiyyatı yoxdur. Mənim ora ilə nə işim var ki? Kim nə iddia yayıbsa, araşdırılsın, amma bizim ora heç bir aidiyyatımız yoxdur. 

Ələ keçirmək istəyimlə bağlı suallarınıza gəldikdə isə cavab vermək istəmirəm. O ərazinin bizə heç bir aidiyyatı yoxdur. Qoyun orada Bakı Metropoliteni və digər müvafiq qurumlar iş aparsın”.

Xatırldaq ki, İntiqam Məmmədov son zamanlar Bayılda tikilən qanunsuz şadlıq sarayının sahibi kimi qalmaqalla yadda qalıb.



Xəbərin oxunma sayı : 787




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap