“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Qəza törədən Hacı Məhərrəmin kürəkəni deyil – DİN açıqlama yaydı

Tarix 14.06.21, 13:04

Font ölçüsü : - / +
bitmap-img6


Daxili İşlər Nazirliyi (DİN) Novxanı-Sumqayıt yolunda “Range-Rover”in iştirakı ilə baş verən qəza ilə bağlı məlumat açıqlayıb.

DİN-in mətbat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Modern.az-a açıqlamasında deyib ki, hadisə gecə saat 1 radələrində Novxanı bağlar sahəsində qeydə alınıb:

“Abşeron rayon sakini Ələsgər Əliyevin idarə etdiyi “Range-Rover” markalı avtomobil və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobil toqquşub. Nəticədə “Daewoo Damas”ın sürücüsü və sərnişinləri paytaxt sakinləri - Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.

“Range-Rover”in sürücüsü Ələsgər Əliyev və avtomobilin sahibi, sərnişin Elşad Kərbalayev xəstəxanada tibbi yardım göstərildikdən sonra Binəqədi rayon Polis İdarəsinə aparılıblar”.

Polis rəisi hazırda rayon polis idarəsi tərəfindən araşdırmalar aparıldığını vurğulayıb.

Qeyd edək ki, “Range-Rover”in sahibi Elşad Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri, iş adamı Məhərrəm Ağayevin kürəkənidir.



Xəbərin oxunma sayı : 679




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap