“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Qiymətləndiricilər AQP-nin 3 aylıq fəaliyyətini müzakirə etdilər - FOTOLAR

Tarix 26.04.25, 16:02

Font ölçüsü : - / +
bitmap-img6


125 qiymətləndirici olmaqla, 85 şirkət Palatanın reyestrinə qəbul edilib

Bu gün Azərbaycan Qiymətləndiricilər Palatasının 2025-ci il I rübün yekunları ilə bağlı yığıncağı keçirilib.

“Hyatt Regency” otelinin “Quba” zalında baş tutan tədbirdə AQP-nin yarandığı 3 ay ərzində həyata keçiridiyi işlər, əldə olunan nəticələr, gələcək fəaliyyət istiqamətləri müzakirə edilib.

AQP Rəyasət Heyətinin sədri Nüsrət İbrahimov çıxış edərək, təşkilatın 2025-ci ilin I rübü üzrə fəaliyyəti ilə bağlı hesabat verib və gələcək fəaliyyətlə bağlı strateji baxışlarını üzvlərin diqqətinə çatdırıb. Palata sədri bildirib ki, qiymətləndirmə sektorunun inkişafını təmin etmək hüquqi və nizamlayıcı bazanın formalaşdırılması, düzgün planlaşdırma və strateji yanaşmanın tətbiqi, qiymətləndiricilərin təlimi və sertifikasiyası, şəffaflıq və müstəqilliyin təmin edilməsi, qiymətləndirmə fəaliyyətində müasir texnologiyaların istifadəsi, monitorinq və nəzarət sisteminin həyata keçirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması, potensial sifarişçi və maraqlı tərəflərlə davamlı əlaqələrin yaradılması vacibdir.


Həmçinin AQP sədrinin müavinləri Günay İsmayılqızı, Ayan Qəmbərova, İntizam Komissiyasının sədri Nahid Həsənov çıxış edərək qiymətləndiricilərin reyestri və üzvlük prosesi, dövlət qurumları ilə keçirilmiş görüşlər, əldə olunan nəticələr və əməkdaşlıq imkanları, qəbul edilən əsas qərarlar, maliyyə hesabatı, beynəlxalq əməkdaşlıq və strateji tərəfdaşlıqlar, təlim və tədris fəaliyyəti, peşəkar inkişaf proqramlarının hazırlanması, qiymətləndiricilər arasında etik davranış və intizam qaydalarına riayət etmək və şəffaflığın gücləndirilməsi, Palataya daxil olmuş müraciətlər, həmçinin dempinqə qarşı mübarizə, qiymətləndirmə sahəsində ədalətli rəqabətin təminatı və digər məsələləri barədə məlumat veriblər. Bildirilib ki, hazırda 125 qiymətləndirici olmaqla, 85 şirkət Palatanın reyestrinə qəbul edilib və ölkə ərazisində qiymətləndirmə işləri yalnız bu qiymətləndiricilər tərəfindən aparıla bilər. Bununla bağlı bütün dövlət qurumlarına, müvafiq maliyyə təşkilatlarına rəsmi müraciətlər edilib.

Həmçinin tədbirdə qiymətləndiricilərin fəaliyyətinin vahid platforma üzərindən ifarə edilməsi məqsədilə yaradılan və istifadəyə verilən elektron portalın təqdimatı keçirilib.

Daha sonra Qiymətləndiricinin Etik Davranış Qaydaları, Qiymətləndirmə metodologiyaları, qiymətləndirmə faəliyyəti üzrə minimum xidmət haqları barədə sənəd müzakirə edilərək təsdiq edilib.

Həmçinin qiymətləndiriciləri maraqlandıran digər mövzular üzərində müzakirələr və fikir mübadiləsi aparılaraq Palatanın gələcək fəaliyyət planları ilə bağlı təkliflər verilib.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.





Xəbərin oxunma sayı : 634




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap