Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Rəsmi Pekindən sensasiyalı iddia: “COVID-19 Çinə dondurulmuş ərzaqda kənardan gətirilib“

Tarix 16.07.21, 20:19

Font ölçüsü : - / +
bitmap-img6


"Çin hökuməti COVID-19 virusunun Uhan şəhərinə laboratoriyadan sızıntı nəticəsində yox, dondurulmuş ərzaqda kənardan gətirilməsi ehtimalının geniş tədqiq olunmasının vacib olduğu qənaətindədir".

TASS xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lician bildirib.

“Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatı və Baş direktor Tedros Adhanom Gebreyesus tərəfindən koronavirusun mənşəyinə dair tədqiqatların ikinci mərhələsinin hazırlanmasını öyrənib. Bu sənədin layihəsini araşdırırıq. Bu məsələyə dair mövqeyimiz dəyişməzdir, bütün tərəflər alimlərin rəyinə hörmət etməli və koronavirusun mənşəyi məsələsini siyasiləşdirməməlidir”, - o deyib.

XİN rəsmisi hesab edir ki, məhz dondurulmuş məhsullarla bağlı mülahizə tədqiqatın ikinci mərhələsində başlıca yer tutmalıdır.

Qeyd edək ki, ötən gün ÜST-in Baş direktoru Tedros Adhanom Gebreyesus SARS-Cov-2 virusunun mənşəyinə dair tədqiqatların ikinci mərhələsinə hazırlaşdıqlarını və bununla bağlı Çin hökumətindən şəffaf yanaşma gözlədiklərini bildirib. Təşkilat rəhbəri bu ilin fevral ayında Çinə göndərdikləri missiyanın müəyyən çətinliklərlə üzləşdiyini, o cümlədən pandemiyanın başlanğıcına dair məlumatlar ala bilmədiklərini dilə gətirib. Bu mənada koronavirusun Uhan Virusologiya İnstitutunun laboratoriyasında “fövqəladə hal” üzündən yayılmağa başlaması istisna edilməyib/Report.



Xəbərin oxunma sayı : 847




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap