![]() |
|














Rəsulzadənin Gürcüstandakı qohumları - Azərbaycanla qırılmayan bağlar (ARAŞDIRMA)
Tarix 28.05.21, 15:00 |
|

Gülnarə Rəsulzadə-Kvançaxadze Mirzə Davud qızı - Gürcüstanda yaşamış və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məhəmməd Əmin Rəsulzadənin nəslindən olan mərhum həkim və alim. Amma indiyədək Azərbaycan mətbuatında bu qadın haqqında demək olar ki, heç nə yazılmayıb.
"Report”un Gürcüstan müxbiri G.Rəsulzadə-Kvançaxadzenin həyat və fəaliyyəti ilə bağlı araşdırma aparıb.
Araşdırmada G.Rəsulzadənin sağlığında rus dilində nəşr etdirdiyi "Hər şey dəyişir, lakin itmir” adlı kitabdan istifadə edilib. Eyni zamanda onun qızı - tanınmış həkim-endokrinoloq, professor Rusudan Kvançaxadzedən müsahibə alınıb.
Bu ilin yanvarında Gülnarə xanımın vəfatından 5 il ötüb. Noyabr ayında isə onun anadan olmasının 90-cı ildönümü tamam olacaq. Onun xatirəsinə ehtiramla bu yazının qələmə alınmasında məqsəd Azərbaycan ictimaiyyətini Rəsulzadə soyadının ləyaqətli daşıyıcısı ilə yaxından tanış etməkdir.

Bu sətirlərin müəllifinin 2012-ci ildə həmsöhbət olduğu G.Rəsulzadə xatırlayırdı ki, atası Mirzə Davud Rəsulzadənin M.Ə.Rəsulzadənin əmisi oğlu olduğunu ona Gəncədə olarkən adını xatırlamadağı bir tarixçi deyib. Gülnarə xanım atasının nəsil şəcərəsini tərtib edə bilmir və ömrünün sonuna qədər atasının qohumlarını tapmaq ümidini itirmirdi. M.D.Rəsulzadənin AXC qurucusu ilə dəqiq qohumluq əlaqəsi müəyyən edilməyib və sübutlarla təsdiqlənməyib. Lakin həm eyni soyad, həm də M.Ə.Rəsulzadəyə üz cizgiləri ilə müəyyən bənzərliyi M.D.Rəsulzadənin bu görkəmli dövlət və ictimai xadimin yaxın qohumu olması ehtimalını gücləndirir. Gülnarə xanım hesab edirdi ki, atası və M.Ə.Rəsulzadə siyasi baxışları arasında çox ciddi fərqə görə bir-biriləri ilə münasibət saxlamırdılar.
Mirzə Davud Rəsulzadə kim olub?
Mirzə Davud Rəsulzadə 1900-cü ildə Gəncədə zəngin və əsil-nəcabətli Məsum bəy Rəsulzadənin ailəsində anadan olub. Məsum bəy çox savadlı olub, Məkkədə dini seminariyanı bitirib, ərəb dilini mükəmməl bilib. M.D.Rəsulzadə Gəncədə rus gimnaziyasında təhsil alıb. Təhsilini başa vurandan sonra o, Tiflisə köçüb və mühəndis olmaq məqsədilə hidromexanika fakültəsinə daxil olur. O, həmçinin Kommunist Partiyasının üzvlüyünə də qəbul edilib.
M.D.Rəsulzadə əmək fəaliyyətinə də Tiflisdə başlayıb. Onun ilk iş yeri su idarəsi olub, daha sonra ictimai fəaliyyətə başlayıb. Öncə onu Azərbaycanın Gürcüstandakı nümayəndəliyində katib, daha sonra isə Azərbaycan SSR-nin Batumidəki konsulu vəzifəsinə təyin ediblər. Növbəti illərdə isə o, Azərbaycan SSR-nin Tbilisidə səlahiyyətli nümayəndəsinin müavini kimi çalışıb. M.D.Rəsulzadə Gürcüstanda Azərbaycan dilində nəşr olunan "Sovet Gürcüstanı”, hazırkı "Gürcüstan” qəzetinin sələfi olan "Kommunist” qəzetinin təsisçisi və redaktoru olub. Tbilisidə Azərbaycan teatr kollektivinin yaradılmasında, latın qrafikalı Azərbaycan əlifbasının tərtib olunmasında da xidmətləri ilə seçilib.

Elə həmin dövrdə M.D.Rəsulzadə gələcək həyat yoldaşı Yevgeniya Semyonova ilə tanış olub. O, rus ordusunun zabiti Aleksandr Semyonovun qızı idi. 1921-ci ildə M.D.Rəsulzadə Türkiyəyə Azərbaycan nümayəndəliyinin katibi vəzifəsinə təyinat alıb. Ankaraya yola düşməzdən əvvəl o, Y.Semyomova ilə evlənib.
1922-ci ildə Türkiyədəki missiyasını başa vurandan sonra Tiflisə qayıdan Mirzə Davud Ümumittifaq Birliyinin katibi və "Yeni fikir” qəzetinin redaksiya kollegiyasının üzvü, daha sonra "Sovet Gürcüstanı” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib. M.D.Rəsulzadə 1931-ci ildə Kommunist Partiyasının Naxçıvan əyalət komitəsinin katibi vəzifəsinə təsdiqlənib. Həmin ilin sonunda geri çağırılıb və Zaqafqaziya Kommunist Universitetinin Partiya quruculuğu kafedrasının rəhbəri və tədris hissəsinin prorektoru təyin olunub. 1933-cü ildə İqtisadiyyat İnstitutunun direktor müavini və "Zaqafqaziyanın sosialist təsərrüfatı” jurnalının redaksiya kollegiyasnın üzvü kimi çalışıb. Lakin qısa bir zamanda Azərbaycan Kommunist Partiyasının (AKP) Mərkəzi Komitəsinin xahişi əsasında iş üçün Bakıya göndərilib. O, 1933-1934-cü illərdə AKP-nin Salyan rayon komitəsinin məsul katibi vəzifəsinə təyin olunub. Daha sonra İncəsənət məsələləri üzrə Komitəsinə rəhbərlik edib və "Azərbaycan incəsənəti” jurnalının baş redaktoru olub.
10 illik övlad həsrəti – Gülnarə
Mirzə Davud və Yevgeniyanın uzun illər övladı olmayıb. Onların yeganə övladları evliliklərindən 10 il sonra – 1931-ci ildə dünyaya gəlib. M.D.Rəsulzadənin çoxillik arzusu həyata keçib – qızı doğulub. O, qızına Gülnarə adını qoyub. Gülnarə Rəsulzadə bu ada görə ömrü boyu atasına minnətdar olub. Gülnarə xanım adının "nar çiçəyi” mənasını daşıdığını bilir və bu barədə bilməyənləri də məlumatlandırırdı. Onun sözlərinə görə, Qafqazda adətən nəslin davamçısı kimi oğul övladı arzu edirlər, amma Mirzə Davudun arzusu qız atası olmaq idi.

Repressiya qurbanı və bəraət
M.D.Rəsulzadə 1936-1937-ci illərdə keçmiş Azərbaycan Pedaqoji İnstitutu, hazırkı Azərbaycan Dövlət Pedaqoji Universitetinin direktoru vəzifəsində çalışıb. O, 1937-ci ildə Xalq Komissarları Şurası (Sovnarkom) rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edib və bu vəzifəyə təsdiqlənməsini gözləyirdi. Yoldaşı Yevgeniya xanım bunu biləndə yaxın rəfiqəsinə "bu vəzifə Davudu məhv edəcək” demişdi. Belə də oldu. Mirzə Davud həmin ilin dekabrın 22-də gecə saat 2-də Bakıda yaşadığı evdə həbs olunub və 37 yaşında 8 il müddətinə Maqadansk vilayətinə yazışmaq hüququ ilə sürgün olunub.
Bundan sonra Yevgeniya Semyonova və qızı Gülnarə üçün çox çətin dövr başlayır. Yevgeniya xanım həbs olunacağı və qızının hər iki valideynsiz qalmasından çox qorxurdu. O, yoldaşı ilə həbs olunandan sonra yalnız bir dəfə görüşə bilib.
Gülnarə xanımın xatirələrindən: "Axşamlar anam sobanın qarşısında oturub hansısa kağızları yandırırdı. Xeyli sonra öyrəndim ki, bunlar atamın məktubları və fotoşəkilləri imiş. Anamın onları nə üçün məhv etdiyini başa düşə bilmirdim”.
Xoşbəxtlikdən M.D.Rəsulzadənin ailəsinə toxunulmur. Ailə başçısız qalan Rəsulzadələr ağır həyat sürürlər. Yevgeniya xanım qızının kasıblıq hiss etməməsi üçün çox işləyirdi və bütün əziyyətlərə qatlaşırdı. Anası məktəb yaşlı qızından Rəsulzadə soyadını onun soyadına – Semyonovaya dəyişməsini xahiş edir. O, özü öz soyadına artıq keçmişdi. Lakin Gülnarə inadla bundan imtina edir, çünki özünün də dediyi kimi Rəsulzadə onu atası ilə bağlayan yeganə bağ idi. Məktəbi qızıl medalla bitirən Gülnarə Rəsulzadə II Moskva İnstitutunun tibb fakültəsinə daxil olur. 6 yaşından atasız qalan Gülnarə V kursda təhsil alanda atası bəraət alır. O, dissertasiyasını atasının xatirəsinə həsr edərək onun vətəni Azərbaycanda müdafiə edir. M.D.Rəsulzadə sevimli qızını böyümüş və müstəqil görə bilmir və bu, Gülnarə xanımı ömrü boyu incidir.

2000-ci ildə nəşr olunan "Gürcüstanın müasir həkimləri” adlı bioqrafik ensiklopediyadan: "Gülnarə Rəsulzadə-Kvançaxadze 1957-ci ildə Tbilisi Dövlət Tibb İnstitutunun Müalicə fakültəsini bitirib. 1958-1961-ci illərdə Moskva vilayətinin Kaşira şəhərində həkim-terapevt işləyib. 1961-1972-ci illərdə Əməyin Gigiyenası və Peşə Xəstəlikləri İnstitutunun kiçik elmi işçisi olub, 1972-ci ildən laboratoriyaya rəhbərlik edib. Əməyin gigiyenası, fiziologiya və istehsalat mühiti mövzularında 42 elmi işin müəllifidir. Onun rəhbərliyi altında tütün və ipəyin istehsalı üzrə metodik tövsiyələr hazırlanıb. Tibb elmləri doktorudur. 1919-1921-ci illərdə Azərbaycanın Gürcüstanda konsulu, Tbilisidə Azərbaycan teatrı və azərbaycandilli qəzetin təsisçilərindən olmuş Mirzə Davud Rəsulzadənin qızıdır. 1967-ci ildə "Əmək veteranı” adına layiq görülüb. 1982-ci ildə Gürcüstanın Səhiyyə Nazirliyinin fəxri fərmanı, 1985-ci ildə "Sağlamlıq dostu” medalı ilə təltif olunub”.
M.D.Rəsulzadənin repressiyaya məruz qalmasından sonra Gülnarə və anası Azərbaycanla əlaqə saxlamaqdan qorxurdular. Bir neçə ildən sonra Gülnarə xanım Bakıya səfər edir və özünün qeyd etdiyi kimi damarlarında Azərbaycan qanının axdığını hiss edir. Azərbaycan dilini bilməməsi onda hər zaman böyük təəssüf hissi doğururdu. O, bunu acı taleyi ucbatından mənsub olduğu Azərbaycan milləti ilə əlaqələrinin kəsilməsi ilə izah edirdi. Özünün qeyd etdiyi kimi bilməli olduğu dildə oxuya və danışa bilməsə də, ev kitabxanasında Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatına aid rus dilində çoxsaylı kitablar xüsusi yer tuturdu. Gülnarə xanım özünü Gürcüstan cəmiyyətində təsdiqləsə də, əmin idi ki, Azərbaycanda, öz doğma xalqı arasında daha çox və böyük uğurlara nail ola bilərdi. Onun fikrincə, Bakıda, öz xalqı içində özünü daha əmin hiss edərdi.
Gülnarə xanımın həyat yoldaşı həkim Givi Kvançaxadze olub. O, Tbilisi Dövlət Tibb İnstitutunun Ümumi gigiyena kafedrasına rəhbərlik edib, 1989-cu ildən isə Gürcüstanın Tibb Elmləri Akademiyasının akademiki olub. G.Kvançaxadze həyat yoldaşından qabaq dünyasını dəyişib.

Gülnarə xanım atasının xatirəsini ömrünün sonuna qədər yaşadır. O, kitabında yazır: "Atamın harada və necə dəfn olunduğu məlum deyil. Onun məzarını ziyarət edib ağlaya, ona olan sevgi və sədaqətimi, onun faciəvi taleyinə görə kədərimi ifadə edə bilmirəm”.
G.Rəsulzadənin QULAQ düşərgəsi idarəsindən əldə etdiyi arayışda qeyd olunur ki, atası 1943-cü ilin iyunun 22-də ürək iflicindən vəfat edib. Bir neçə ildən sonra M.D.Rəsulzadə ilə sürgündə olan və sağ-salamat geri dönən naməlum şəxs Gülnarə Rəsulzadəgilə gəlir və deyir ki, sürgündə olanların çoxu cərimə batalyonlarına göndərilirdi və Mirzə Davudun da onların arasında olması ehtimal edilir.
G.Rəsulzadə 1956-cı il 22 oktyabr tarixli digər arayışı da uzun illər saxlayır. Sənəddə bildirilir ki, M.D.Rəsulzadənin məhkəmə işinə ölümündən sonra 1956-cı ilin oktyabrın 3-də baxılıb. Qərara əsasən, ona qarşı 1939-cu il 9 iyul tarixli məhkəmə qərarı cinayət tərkibinin olmaması səbəbindən ləğv olunur. 1959-cu il 30 noyabr tarixli arayışda isə onun partiyaya münasibətdə də bəraət aldığı bildirilir.
Əcdadların harayı, Azərbaycanın xalq yazıçısı ilə yazışmalar
1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi alovlandırılanda G.Rəsulzadə televiziya vasitəsilə Azərbaycanın xalq yazıçısı, ictimai xadim Mirzə İbrahimovun çıxışını dinləyir. O, azərbaycanlı olaraq yazıçının çıxışına biganə qalmayaraq Bakıya, Azərbaycan Yazıçılar Birliyinə M.İbrahimovun adına məktub yazır. Gülnarə xanım məktubunda gərgin vəziyyətlə bağlı narahatlığını və təəssüfünü bildirmişdi. M.İbrahimov Gülnarə xanıma cavab məktubu ünvanlayır. Yazıçı onun narahatlıqlarını əcdadalarının harayı adlandırır. Bir neçə il M.İbrahimov və Gülnarə xanım arasında yazışmalar davam edir. M.İbrahimov poçt vasitəsilə Gülnarə xanıma Azərbaycan çayı və rus dilində nəşr olunan "Pərvanə” romanını da göndərir. Gülnarə xanım xalq yazıçısının məktubunu, çay qutularını belə xüsusi qayğı ilə qoruyub saxlayırdı.
Gəncədə ata evinin tapılması
2009-сu ildə qızı ilə birgə Bakıya səfəri zamanı Gülnarə xanım atasının doğulduğu evə baş çəkir. Həmin evdə uzun illərdir yaşayışın olduğu məlum olur. Gülnarə xanım evlə bağlı Azərbaycanın Ədliyyə Nazirliyində də olur. Dövlət idarəsində ona bildirilir ki, o, evin yeganə vərəsəsidir və sakinlər evdə özbaşına məskunalşıblarsa, onların köçürülməsinə nail olmaq mümkündür. Məskunlaşmanı dövlət həyata keçiribsə, bu halda məhkəməyə müraciət tələb olunacaqdı. Gülnarə xanım Tbilisidə evinin, bağının olduğunu əsas gətirib, ata mülkünə heç bir iddia qaldırmır.

"Əcdadlarınızı unutmayın”
"Hər şey dəyişir, lakin itmir” kitabın son abzasını G.Rəsulzadə bu cümlələrlə bitirir: "Yazdıqlarım ürəyimin, qan və əcdadlarımın harayıdır, hər şey səmimi və gerçəkdir.... Yaşadığım həyat və həyati fəlsəfə məni inandırdı ki, dünyada baş verən bütün yaxşılıqlar xeyirxahlıq, dərrakə və sevgi sayəsində baş verir. Buna görə də bütün yaxınlarıma bunu unutmamağı arzu edirəm. Bir-birinizi sevin, yaxşılıq etmək üçün gücünüzü əsirgəməyin, əcdadlarınızı unutmayın və inanın ki, hər şey dəyişsə də, heç nə izsiz itmir”.
Mirzə Davudun adı nəticəsində yaşayır. Gülnarə xanımın oğlu Merab öz oğluna babasının şərəfinə David adı qoyub. Gülnarə xanım atasından qalan iki yadigar əşyanı xüsusi nəvazişlə əzizləyib saxlayırdı. Onlardan biri - gümüş tütünqabını o, uzun illərdən sonra yaxın dostuna həddiyə edib. Digər əşya isə xalçadır. Bu hədiyyəni atası Gülnarə gəzməyə başlayanda alıb. O, övladlarına vəfatından sonra həmin xalçanı qoruyub saxlamağı vəsiyyət edib.
Gülnarə xanımın həyata keçirilən arzusu, ana yolunun davamı
Gülnarə Rəsulzadə gürcü və Azərbaycan xalqları arasındakı dostluqla həmişə fəxr edib və iki dövlət arasında əlaqələrin daha da yaxınlaşdırılması məqsədilə fond yaratmağı arzulayırdı. Lakin ömrünün sonuna qədər bu istəyini həyata keçirə bilmir. Onun qızı anasının vəfatından sonra – 2016-cı ildə Gülnarə Rəsulzadə adına Gürcüstan-Azərbaycan Dostluq Fondunu təsis edərək həm anasının əziz xatirəsini əbədiləşdirir, həm də onun arzusunu reallaşdırır. Təşkilatın loqosunda əks olunan nar çiçəyinin digər rəmzi mənası ondan ibarətdir ki, Rusudan xanım layiqli və vəfalı övlad kimi anasının arzusunu solmağa qoymayaraq gerçəkləşdirməyə nail olub. O, babası Mirzə Davudun da xatirəsini əbədiləşdirib – bağ evinin bağçasında onun adına bulaq yaradıb. R.Kvançaxadze həmçinin anasının müəllifi olduğu "Hər şey dəyişir, lakin itmir” adlı kitabını fond barədə əlavələrlə yenidən nəşr etdirib.

Fondun əsas məqsədləri mədəni, tibb, humanitar və elm sahələrində iki ölkə arasında əlaqələrin inkişafı və möhkəmləndirilməsi, gənc alimlərin araşdırma fəaliyyətlərinin koordinasiyası və stimullaşdırılması, tədris müəssisələri arasında əməkdaşlığın qurulmasıdır.
Rusudan xanım Gürcüstan-Azərbaycan dostluğunun möhkəmləndirilməsi sahəsində rəhbərlik etdiyi təşkilatın kiçik də olsa, töhfə verməsi üçün əlindən gələni əsirgəmir. Fondun təşəbbüsü ilə Tbilisidə yaşayan azərbaycanlılara humanitar yardım edilib, azərbaycanlıların yaşadıqları bölgələrdə xroniki xəstəliklərin qarşısının alınması məqsədilə təmənnasız tibbi müayinələr və bir sıra digər xeyriyyə aksiyaları həyata keçirilib. Rusudan xanım fəal ictimai xadimdir. Özünün dediyi kimi, bu sahədə həm babası, həm də anasına oxşayıb. O, Gürcüstanda Azərbaycanla bağlı təşkil olunan bütün tədbirlərin fəal iştirakçısı və arzuolunan qonağıdır.
R.Kvançaxadze söhbət zamanı üç istəyini dilə gətirir. O, babası M.D.Rəsulzadənin anadan olduğu Gəncəyə yenidən səfər etməyi arzulayır. Vaxtilə anası ilə birgə bu şəhərə baş çəksə də, səfər çox qısamüddətli olub. İkinci arzusu ana babasının qohumlarını tapmaq və onlarla əlaqə yaratmaqdır. Üçüncü istəyi isə M.Ə.Rəsulzadənin Ankaradakı məzarını ziyarət etməkdir.
Gülnarə Rəsulzadə adına Gürcüstan-Azərbaycan Dostluq Fondu bu gün də iki xalq arasında mədəni və dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində yeni təşəbbüslər və layihələr hazırlayır. Rusudan xanım anasının missiyasını böyük həvəs və əzmlə davam etdirir. Əminliklə demək olar ki, babasının vətəni ilə əlaqələri kəsməmək, daha da gücləndirmək və tarixi köklərlə bağlılığı qoruyub saxlamaq Gülnarə xanımın qızına vəsiyyətlərindən biri olub.









Xəbərin oxunma sayı : 889
Maraqlı
Xəbərlər
-
Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir
-
Koronavirusun təhlükəli ştamı yayılıb
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
TOP 10
ARXİV