“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib? - TƏFƏRRÜAT

Tarix 31.07.25, 11:59

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün Rusiya Daxili İşlər Nazirliyinin (DİN) bazasında "Azərbaycan-Ural” ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin axtarışa verildiyi barədə məlumat dərc edilib.

Ənənəvi olaraq məlumat bazasında Şıxlinskinin hansı "cinayət" üzrə axtarışa verildiyi qeyd olunmayıb. Onun Cinayət Məcəlləsinin maddəsi üzrə axtarıldığı bildirilib.

Qeyd edək ki, bundan əvvəl Yekaterinburq məhkəməsində Şahin Şıxlinskinin oğlu Mutvəli Şıxlinski barəsində həbs qətimkan tədbiri seçilib. O, hakimiyyət nümayəndəsinə qarşı zorakılıq etməkdə ittiham olunur. 

M.Şıxlinskinin həbsinə səbəb iyulun 1-də "Bakı Plaza" yaxınlığında baş vermiş hadisə olub. O zaman Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları M.Şıxlinskinin idarə etdiyi avtomobildə hücum ediblər. M.Şıxlinski məhkəmədə bildirib ki, onun sağ tərəfində olan güc strukturu əməkdaşını görməyib və baş verənlərə görə təəssüf edir. Həmin hadisə zamanı avtomildə olan Şahin Şıxlinski saxlanılıb və daha sonra sərbəst buraxılıb.

Modern.az-ın məlumatına görə, Şahin Şıxlinskiyə qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi açılıb.

O, Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) və 105-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə) ilə axtarışa verilib. 

Məlumata görə, Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə işin başlanmasına səbəb iyulun əvvəlində "Bakı Plaza"nın yaxımnlığında baş vermiş insident olub. "Kommersant" nəşrinin Ural bölməsi qeyd edir ki, Rusiyanın hüquq mühafizə orqanları Şahin Şıxlinskinin də həmin hadisədə güya rolu olub. Qeyd edək ki, iyulun 30-da Sverdlovsk məhkəməsi Mutvəli Şıxlinskinin həbs-qətimkan tədbirinin yumşaldılması barədə şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını dəyişməz saxlayıb.

Bundan əlavə, nəşr qeyd edir ki, hüquq-mühafizə orqanları əməkdaşları Şahin Şıxlinskini 2001-2011-ci illərdə baş verdiyi iddia olinan "qətl hadisələri"ndə iştirak etdiyini düşünürlər. Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti sözügedən hadisələrə görə Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb.



Xəbərin oxunma sayı : 859




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap