“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Sürücülük vəsiqəsi ilə bağlı qaydaların dəyişməsi vacibdir? - Açıqlama

Tarix 15.04.25, 22:48

Font ölçüsü : - / +
bitmap-img6


Son dövrlərdə artan qəzalar bunu deməyə əsas verir ki, həqiqətən də sürücülərin öz sağlamlıqlarına göstərdikləri məsuliyyət azdır. Mütləqdir ki, həm öz təhlükəsizliyimiz, həm də avtomobilimizdə əyləşən kəslərin mühafizəsi üçün səhhətimizə daim diqqət ayıraq.

Bir çoxlarımıza bəlli olduğu kimi, nəqliyyat vasitələrini idarəetmə hüququ sağlamlıq cəhətdən sürücülüyə yararlı olan insanlara verilir. Nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısını Səhiyyə Nazirliyinin müvafiq təşkilatları müəyyən edir.

Bəs hansı xəstəliklər olduqda sürücülük vəsiqəsi verilmir?

AzFakt.com-un məlumatına görə, mövzu ilə bağlı Milli.Az-a təlimçi Tofiq Rəcəbov açıqlama verib:

"Vətəndaş nə qədər yaxşı sürücü olsa da onun sağlamlığı və psixologiyası da yerində olmalıdır. Vətəndaşın TƏBB-dən aldığı arayış bunun bariz nümunəsidir. Burda əsas, görmə eşitmə önəmlidir".

Baş Dövlət Yol Polis İradəsindən bildirildi ki, qanunvericiliyin tələbinə uyğun olaraq, şəxsin sağlamlığının sürücülüyə yararlı hesab edilməsinin əsasları habelə nəqliyyat vasitələrini idarə etməsinə maneə olan xəstəliklərin və fiziki pozuntuların siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir. Həmin xəstəliklər siyahısına hərəkət,qan-damar, tənəffüz, alkoloq ve psixotrop maddələrə aludəçilik, diabet, kəskin, böyrək çatışmamazlıqları aiddir.

Siyahıda yer alan bir sıra xəstəliklərdə var ki, həmin xəstəlikləri olan şəxslər üçün sürücülük vəsiqəsinin etibarlılıq müddəti şəxsin təqdim etdiyi tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddəti əhatə edir.

Ekspertlər qeyd edir ki, hər dəfə sürücülük vəsiqəsi yenilənəndə sağlamlıq haqqında arayış da təqdim edilsin. Birincisi ödənişli olmaqla, növbəti dəfə təqdim olunan arayışlar pulsuz olsun.



Xəbərin oxunma sayı : 808




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap