“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Sabiq deputat Aslan Cəfərovla biznesmen atası niyə hədəfə tuş gəldi? – Təfsilat

Tarix 24.01.22, 16:14

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi sabiq deputat, biznesmen Aslan Cəfərova məxsus uşaq qidaları idxal edən “Diplomat-I” firmasını məhkəməyə verib. Tia.az xəbər verir ki, firmanın 44 min manat vergidən yayındığı üzə çıxıb. Hazırda işə Bakı Kommersiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə baxılır.

Aslan Cəfərov müxtəlif illərdə İqtisadi İnkişaf Nazirliyində və İstehsal Bazarına Nəzarət Dövlət Xidmətində işləyib.

2008-2010-cu illərdə “Diplomat-I” firmasının kommersiya direktoru olan Cəfərov 77 saylı Astara seçki dairəsindən Milli Məclisin IV çağırış deputatı seçilib. Hazırda firmanın qanuni təmsilçisi sabiq deputatın atası Məmmədhüseyn Cəfərovdur. Firmanın ən məşhur brendi “Hipp” qidalarıdır.
“Diplomat-I” firması Avstriya və Almaniyadan Azərbaycana uşaq qidalarını gətirməklə məşğuldur. Bu qidaların arasında ən məşhuru “Hipp” qidalarıdır. “Diplomat-I” firması “HiPP Avstriya ” şirkətinin Azərbaycandakı rəsmi nümayəndisidir.

Onu da bildirək ki, sabiq deputation atası Cəfərov Məmmədhüseyn Abutalıb oğlu 1942-ci ildə anadan olub. Bir neçə il əvvəl Məmmədhüseyn Cəfərovun adı Nizami küçəsində (“Torqovıy”) yerləşən mənzilinə oğruların girməsilə gündəmə gəlib.

Məmmədhüseyn Cəfərov “Diplomat-I” Firmasından başqa 2013-cü ildə dövlət qeydiyyatına alınan “Bakı Logistika Mərkəzi” MMC-nin də rəhbəridir. 2017-ci ildə “Paşa Bank” ASC kredit borclarını ödəmədiyi üçün “Bakı Logistika Mərkəzi” MMC, “Diplomat-I” firması, Cəfərov Məmmədhüseyn Abutalıb oğlu və Cəfərova Vüsalə Vahidovnaya qarşı məhkkəmə iddiası qaldırıb.



Xəbərin oxunma sayı : 520




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap