Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Sosial Tədqiqatlar Mərkəzi: Azərbaycan Ərdoğanı seçir

Tarix 28.04.23, 13:04

Font ölçüsü : - / +
bitmap-img6


Sosial Tədqiqatlar Mərkəzinin 27 aprel məlumatına görə, qurumun rəy sorğusuna qatılan Azərbaycan əhlinin 90,4 faizi Türkiyədəki prezident seçkisində indiki dövlət başçısı Rəcəb Teyyub Ərdoğanın qalib gəlməsini istəyir.

Prezident seçkisi mayın 14-də, parlament seçkisi ilə birgə keçiriləcək.

2019-cu ildə prezident İlham Əliyevin fərmanı ilə yaradılan Sosial Tədqiqatlar Mərkəzinə Zahid Oruc rəhbərlik edir. Zahid Oruc 2001-ci ildən Milli Məclisin deputatıdır.

1954-cü il fevralın 26-sı İstanbulda doğulan Rəcəb Teyyub Ərdoğan Mərmərə Universitetinin iqtisadiyyat və ticarət fakültəsini bitirib.

Siyasətlə 1976-cı ildən məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub.

1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub.

1999-cu ildə həbsdə yatıb.

2001-ci ildə yaradılmış Ədalət və İnkişaf Partiyasına liderlik edən Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən baş nazir olub, 2014-cü ildə prezident seçilib. 2017-ci ildə Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub, 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident postuna mandat alaraq həm də hökumət başçısı səlahiyyətlərinə yiyələnib.

14 may 2023-cü ilin seçkisində Rəcəb Teyyub Ərdoğan Xalq ittifaqında birləşən Ədalət və İnkişaf, Milliyyətçi Hərəkat, Böyük Birlik, Yenidən Rifah partiyalarının namizədidir. Demokratik Sol Partiya və Hür Dava Partiyası da ona dəstək verir.

Prezidentliyə daha üç iddiaçı var: Məhərrəm İncə – lideri olduğu Məmləkət Partiyasının namizədi; millət vəkili, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu – Millət ittifaqının namizədi; müstəqil siyasətçi Sinan Oğan – Ata ittifaqının namizədi.

İlk turda prezident seçilmək üçün etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura (28 may) çıxır.



Xəbərin oxunma sayı : 490




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap