Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

Türkiyədə daha bir xarici ölkənin nazirinin oğlu qəza törətdi: Ağır yaralı var - FOTO/VİDEO

Tarix 11.12.23, 15:38

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin İstanbul şəhərində Yəmənin keçmiş müdafiə nazirinin oğlu Musaid Husseyn avtomobili ilə qəza törədib.

İddialara görə, Musaid Husseynin idarə etdiyi avtomobil yolu keçmək istəyən iki nəfəri vurub.

Hadisə nəticəsində 71 yaşlı Pakize Özer adlı şəxs ağır yaralanıb.

Qəza anı ərazidə yerləşən iş yerlərindən birinin təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Təcili yardımla xəstəxanaya aparılan Pakize Özerin həyati təhlükəsinin davam etdiyi bildirilib. Nazirin oğlu Musaid Husseyn isə nəzarətə götürülüb.

Avtomobilin sərnişin oturacağında Yəmənin keçmiş müdafiə naziri Ahmed Musaid Husseynin də olduğu üzə çıxıb. Musaid Husseyn polis idarəsində aparılan prosedurlardan sonra məhkəməyə sövq edilib, daha sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Qəza ilə bağlı açıqlama verən Musaid Husseynin vəkili Kərim Bahadır Şeker onların Türkiyəyə müalicə üçün gəldiklərini deyib.

“Müvəkkilin günahsız olması ilə bağlı ekspertiza rəyi verilib. Ekspertiza rəyində günahın zərərçəkmişdə olduğu qeyd edilib. Həmçinin tibbi rəydə müştərinin 50 km/saat olan sürət həddini aşmadığı, spirtli içki, siqaret, narkotik və bu kimi maddələrdən istifadə etmədiyi göstərilib.

Ümid edirik ki, vətəndaşımız həyatını itirməz. Əgər həyatını itirərsə, ehtiyatsızlıqdan adam öldürmə müddəti tətbiq ediləcək. Müştərinin həbs qərarı ilə üzləşməyəcəyinə ümid edirik”, - deyə vəkil nəzərə çatdırıb.

Xatırladaq ki, 30 noyabr tarixində İstanbulun Fatih rayonunda Somali prezidentinin oğlu Mohamed Hassan Şeyx Mohamud avtomobili ilə motosiklet kuryeri Yunus Emre Göçeri vurub və kuryer 6 gün sonra xəstəxanada dünyasını dəyişib. Haqqında həbs qərarı çıxarılan Somali prezidentinin oğlu isə ölkədən qaçıb.





Xəbərin oxunma sayı : 838




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap