“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Türkiyədəki inflyasiya Azərbaycana təsir edəcək? - VİDEO

Tarix 06.09.23, 21:09

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə ilin birinci yarısında azalan inflyasiya yenidən artmaqdadır.

Belə ki, yanvarda illik inflyasiya 58 faizə yaxın olsa da, iyunda bu göstərici 38 faiz səviyyəsinə enmişdi. İyul ayında isə yenidən 48 faizə yaxınlaşan inflyasiya avqustda 59 faizə çatıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycana gətirilən məhsulların 14 faizi Türkiyənin payına düşüb. Bu baxımdan yüksək inflyasiyanın Azərbaycanda qiymətlərə necə təsir edəcəyi böyük maraq doğurur.

İqtisadçı Eldəniz Əmirov deyir ki, milli valyutanın dəyər itirməsi və inflyasiya arasında sıx əlaqələr olduğundan Türkiyədə lirənin ucuzlaşması Türkiyədə, Azərbaycanda manatın ucuzlaşması isə Azərbaycanda olan inflyasiyaya birbaşa təsir göstərir:
“Sadəcə olaraq Azərbaycanda manatın məzənnə stabilliyinin inzibati qaydada qorunması bilavasitə makroiqtisadi sabitliyin qorunmasına xidmət edir. Ona görə də Türkiyədə olan inflyasiya səviyyəsinin Azərbaycanda olan inflyasiyaya birbaşa təsirləri çox aşağı səviyyədədir”.

Qeyd edək ki, Azərbaycanda 2023-cü ilin yanvar-iyul aylarında orta illik inflyasiya 12,2 faiz olsa da, ilin sonunda bu göstəricinin 10,4 faizə enəcəyi proqnozlaşdırılıb.

Ətraflı Baku TV-nin süjetində:





Xəbərin oxunma sayı : 1012




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap