Rəqqasə Aygün bədənini belə titrətdi - VİDEO Roza Zərgərlinin qızı müğənniliyə başladı – VİDEO Vəfa Zeynallı qısa şortikdə diqqət çəkdi - FOTO Nigar Camal bədənini nümayiş etdirdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Oktyabr 2021

    Rəqqasə Aygün bədənini belə titrətdi - VİDEO

  • / Maqazin / — 22 Sentyabr 2021

    Roza Zərgərlinin qızı müğənniliyə başladı – VİDEO

  • / Maqazin / — 18 Sentyabr 2021

    Vəfa Zeynallı qısa şortikdə diqqət çəkdi - FOTO

  • / Maqazin / — 16 Sentyabr 2021

    Nigar Camal bədənini nümayiş etdirdi - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2021

    Aygün Kazımovanın qızı İlqarə alt paltarında - FOTO

  • / Maqazin / — 09 Sentyabr 2021

    Azərbaycanlı model bu cür soyunmağı sevir – FOTO

Tanınmış vəkil borcunu istəyir: “Yüz milyonun oğurlandığı ünvanı deyirəm, gedin AFFA-ya...“

Tarix 20.09.21, 14:58

Font ölçüsü : - / +
bitmap-img6


Tanınmış vəkil Aslan İsmayılov "Keşlə"ni borcunu verməməkdə ittiham edib. 

AzFakt.com xəbər verir ki, İsmayılov bu barədə şəxsi "Facebook” səhifəsində bildirib. O, klubun artıq iki ildir ki, "ASK Arena” stadionunun 5 min 800 manat olan icarə pulunu ödəmədiyini yazıb və "Keşlə"nin prezidenti Zaur Axundovla, AFFA-nın İcraçı vitse-prezidenti Elxan Məmmədova kəskin şəkildə narazılığını çatdırıb:
 
"Artıq iki ildir ki, "Keşlə” klubu "ASK Arena” stadionunun 5 min 800 manat icarə pulunu ödəmir. Buna görə də, stadion əməkdaşlarına əmək haqları və sosial müdafiə fonduna vergi ödəyə bilmir. Bu barədə mənə müraciət olunduqdan sonra dəfələrlə problemi ictimailəşdirmədən həll etmək istəmişəm. Buna görə ‘Keşlə” klubunun prezidenti Zaur Axundov adlı birisi ilə bir neçə danışmışam. Borcu etiraf edib, ödəyəcəyini bildirib. Bu kəs özünü SOCAR-ın prezidenti Rövnəq Abdullayevin adamı kimi təqdim etdiyindən, oranın məsul şəxslərinə müraciət etmişəm. Bu dəfə də həll olunmayanda Axundovun dostu, AFFA-nın baş katibi Elxan Məmmədova bir neçə dəfə zəng etmişəm. Bu "boss” telefonumu qaldırmayıb. Mesaj yazmışam və tanışları vasitəsiylə fəhlələrin əmək haqlarsız qaldığını bildirmişəm. Bu zənglər, yazışmalar, xahişlər təxminən üç aydır ki, davam edir və bu günə qədər heç bir nəticə yoxdur. Bu isə ölkədə tam dərəbəylikdən xəbər verir. Hərənin özü üçün bir "boss” olduğunu, heç kimi saymadıqlarından xəbər verir. İndi siz sıravi vətəndaşların bu "boss”lardan çəkdiklərini təsəvvür edin. Burdan ölkənin baş prokuroru Kamran Əliyevə müraciət edirəm. Siz gündə bir elan verib, bir neçə min oğurlandığını bildirib, korrupsiyaya qarşı mübarizə apardığınızı elan edirsiz. Mən sizə yüz milyonun oğurlandığı ünvanı deyirəm. Gedin, AFFA-da olan yeyintiləri araşdırın, yüz milyonu müəyyən edin və futbolumuzun bu rəzil durumda nədən olduğunu bilin. Bilirəm ki, baş prokuror mənim ərizələrimi araşdırmamağı tapşırıb. Zakir Qaralov belə, bir az fərqli göstəriş vermişdi ki, araşdırın, ancaq təmin etməyin. Mən isə inanıram ki, bir gün bir qanun adamı çıxıb yazdığım bütün ərizələri araşdıracaq və qanunsuzluq edənlərdən cavabını soruşacaqlar”.



Xəbərin oxunma sayı : 904

loading...

İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda