Röya dərin yarıqlı geyimi ilə göz qamaşdırdı - FOTO Aygün Kazımovadan cazibədar paylaşım - FOTO Dilarə Kazımovadan ehtiraslı rəqs - VİDEO Aysel Əlizadə yaxtada istirahətindən görüntülər paylaşdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 22 May 2022

    Röya dərin yarıqlı geyimi ilə göz qamaşdırdı - FOTO

  • / Maqazin / — 16 May 2022

    Aygün Kazımovadan cazibədar paylaşım - FOTO

  • / Maqazin / — 14 May 2022

    Dilarə Kazımovadan ehtiraslı rəqs - VİDEO

  • / Maqazin / — 06 May 2022

    Aysel Əlizadə yaxtada istirahətindən görüntülər paylaşdı - VİDEO

  • / Maqazin / — 29 Aprel 2022

    Səmra alt paltarında paylaşım etdi - FOTO

  • / Maqazin / — 26 Aprel 2022

    Damla qırmızı şortikdə poz verdi - FOTO

Televiziya kanalları HD yayıma keçir, bunun üçün insanlar nə etməlidir? - MTRŞ sədrindən açıqlama

Tarix 27.01.22, 21:17

Font ölçüsü : - / +
bitmap-img6


Sabahdan etibarən, “Azerspace-1” peykindən yayımlanan Azərbaycan televiziya kanalları HD (High Definition – yüksək dəqiqlikli) formatda yayıma keçəcək.

Bu, Milli Televiziya və Radio Şurası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, nazirliyin tabeliyində olan “Azərkosmos”, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin birgə razılığına əsasən yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilir.

Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov HD formatına keçidin təfərrüatlarını açıqlayıb.

İ.Səttarov bildirib ki, hazırda Azərbaycanda yerüstü yayım dövlət tərəfindən dəstəklənir və Azərbaycanın bütün əhalisi yerüstü yayım ilə əhatə olunur.

“Azərbaycan kanalları ölkə ərazisində yerüstü yayım ilə pulsuz yayımlanır, insanlar da sadə antena ilə bu kanallara baxa bilər, yəni bu, dövlət tərəfindən təmin olunur. Peyk yayımı vasitəsilə televiziyaların izlənməsi isə tamaşaçıların könüllü seçimidir. Yəni, hər kəsin yerüstü yayıma baxmaq imkanı peyk yayımında HD formatına keçiddən sonra da olacaqdır”, - deyə İ.Səttarov vurğulayıb.

O qeyd edib ki, ölkəmizdə ailə təsərrüfatlarının az faizində peyk tunerləri HD formatını dəstəkləməyə bilər.

“Bu faiz çox aşağı olacaq. Ancaq kimlərin ki, peyk tunerləri HD formatını dəstəkləməyəcək, onlar yenə də yerüstü yayımla təmin ediləcəklər və televiziya kanallarına yerüstü yayım vasitəsilə baxa biləcəklər. Yəni insanlar fikirləşməsinlər ki, HD formatına keçiddən sonra onlar televiziyasız qalacaqlar”, - deyə qeyd edib.

MTRŞ sədri vurğulayıb ki, yanvarın 28-də HD formatına keçiddən sonra əhali öz tunerlərini yenidən tənzimləməlidir. Bununla bağlı noyabr ayından əhali maarifləndirilir.

HD formatına keçidin səbəbindən danışan İ.Səttarov vurğulayıb ki, hazırda Azərbaycanda peykdən HD formatında yayımlanan cəmi dörd televiziya kanalı var.

“Qalan kanallar peykdə ancaq SD formatında yayımlanırlar. Eyni zamanda, əhalimiz tərəfindən kifayət qədər izlənilən qonşu ölkələrin telekanallarının böyük əksəriyyəti artıq HD yayımı aparmaqdadılar. Həmin kanallar ilə müqayisədə bizim telekanallar təsvirin keyfiyyətində uduzur. Bu addım yerli televiziyaların xarici telekanalla rəqabət aparmağında müəyyən dərəcədə kömək edəcək və ən əsası, Azərbaycan vətəndaşlarını daha keyfiyyətli təsvirlə təmin edəcək”, - deyə MTRŞ sədri vurğulayıb.



Xəbərin oxunma sayı : 628

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap