![]() |
|














Tikinti sektorunu “vuran“ səbəb: Qiymətlər yenə də yüksələcək?
Tarix 06.06.25, 18:50 |
|

Azərbaycanda tikinti materiallarının istehsalı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk rübündə bu sahədə 279,8 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azdır.
Hesabat dövründə təbii asfaltın istehsalı 41,3 faiz, gips məmulatlarının istehsalı 29,2 faiz, beton istehsalı 12,8 faiz, tikinti şüşəsinin istehsalı 8,9 faiz, sement istehsalı isə 4 faiz azalıb. Maraqlıdır ki, bu eniş işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti işlərinin getdiyi bir vaxta təsadüf edir. Bu isə sual doğurur: geniş tikinti ehtiyacları fonunda yerli istehsal niyə geriləyir?
"İstehsalçılar azalıb"
Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının tam hüquqlu üzvü İlham Behrudinin sözlərinə görə, əvvəlki illərə nisbətən tikinti aparan hüquqi şəxslərin sayı bir neçə dəfə azalıb: "Sözügedən inşaat materiallarının istehsalının azalmasının bir neçə səbəbləri var. Ən başlıca səbəbi odur ki, inşaat materiallarını istehlak edən təşkilatlar, müəssisələr, fərdlər ölkəmizdə azalıb. Bunun əsas səbəblərindən biri 2024-cü ildə yeni binaların inşaatının başlanılmasına icazələrin sərtləşdirilməsindən irəli gəlir. Hazırda Azərbaycanda yeni binaların tikintisi çox azalıb və ya tamamilə dayandırılıb. Fərdi tikintilərdə də azalma var. Fərdi tikintilərin sürətləndirilməsi üçün vətəndaşlara köməklik məqsədilə kreditlər ayrılmalıdır".
"Quruculuq işləri yay aylarında intensivləşir"
Əmlak eksperti Ramil Qasımzadənin sözlərinə görə, bu statistika qış aylarını əhatə edir. Qış aylarında bütün istehsal müəssisələrində azalma müşahidə edilir: "Çünki qış dövründə anbarlarda, ehtiyat məhsul olur. İstehsal müəssisələri də bazara əlavə məhsul çıxarmırlar. Yəni bu, mövsümlə əlaqəli azalmalardır".
R.Qasımzadənin sözlərinə görə, havaların qeyri-stabil keçməsi də rəqəmlərə öz təsirini göstərir: "Bu məhsullara tələbat aprel, may aylarından etibarən artır. Bu zaman yerli istehsalın həcmi də yavaş-yavaş yüksəlir. Amma qış mövsümü tikinti dövrü deyil. Əksinə, tikintilərin, xüsusən də fərdi yaşayış evlərinin inşası azalır. Çünki statistikada adıçəkilən məhsulların quruması zaman alır. Bu da iqtisadi cəhətdən tikinti üçün səmərəli deyil. Onları soyuq havalarda istifadə etmək qeyri-mümkündür. Amma havalar isinəndən sentyabr, oktyabr aylarına qədər tikinti mövsümü olur. Yay aylarında adıçəkilən məhsullar təbii quruma yolu ilə qurudulur. Bu dövrlərdə istehsal da artır".
Ekspert bildirir ki, yay aylarında tikintinin intensivləşməsi ən çox beton və dəmir məmulatlarına tələbatı yüksəldir. Həmin məhsullar yol ötürücülərinin tikintisində istifadə edilir. İnfrastruktur layihələri də öncədən bağlanılan müqavilələr əsasında həyata keçirilir.
Yerli məhsullar bahalaşıb
R.Qasımzadənin sözlərinə görə, istehsalın azalması qiymətlərdə dəyişikliklərə səbəb olub: "Bəzi məhsulların qiymətində artımlar mövcuddur. Buna misal olaraq sementi göstərə bilərik. Lakin qiymət artımları gözlənilirdi. Xüsusilə də yerli istehsal edilən məhsullarda qiymət artımları daha çox müşahidə olunur. Xaricdən gələn məhsulların isə bəzilərində qiymət artımı var idi. Sement və dəmir məmulatlarda da həmçinin. Qiymətlərin artan tempdə gedəcəyi proqnozlaşdırılır".
R.Qasımzadə bahalaşmanın səbəblərindən də danışdı: "Qiymətlərin artmasının müxtəlif səbəbləri var. Həm xammal qiymətləri yüksəlib, həm də əməkhaqları, sosial ödənişlər artıb. Bu kimi səbəblərlə şirkətlərin xərci artır. Onlar da məhsulun üzərinə əlavə dəyər qoymalı olurlar".
"Ciddi tamamlanma prosesi həyata keçirilirdi"
İqtisadçı Xalid Kərimli də düşünür ki, qışın sərt keçməsi tələbata təsir edib: "Tikinti materiallarının istehsalının azalmasının əsas səbəbi iqtisadi aktivliklə bağlıdır. Burada digər xərc artıran məqamlar da var. Amma əsas səbəb tələbatdır. Bu ilin qış mövsümü bir az daha sərt keçdi. Təbii ki, bu da tikinti materialları bazarına təsirsiz ötüşmədi. Tikinti materiallarının istehsalında hava amili də böyük rol oynayır".
Ekspertin sözlərinə görə, iqtisadi səbəbləri də qeyd etməliyik: "Keçən il beynəlxalq tədbirlərlə əlaqədar ciddi tamamlanma prosesi həyata keçirilirdi. Yol tikintisi və sair sürətləndirilmişdi. Çalışılırdı ki, tikinti işləri tez bir zamanda yekunlaşsın. Həmçinin keçən il Qarabağ və Şərqi Zəngəzurun bərpasına vəsait bu ilə nisbətən daha çox nəzərdə tutulmuşdu. Əvvəl dörd milyard vəsait ayrılsa da, ilin ortalarında bir milyard manat da əlavə olundu. Keçən il tikinti məsələləri daha intensiv idi. Bu səbəbdən də istehsal keçən il daha çox idi".
X.Kərimlinin fikrincə, tikinti materialları istehsalı azalıbsa, tələbat da azdır. Bu zaman tikinti materialları bazarında qiymətlər aşağı düşür. Amma bizdə əksinə, qiymətlər artan tempdə görünür: "Bunun da səbəbi dizel yanacağının qiymətinin artmasındadır. Kommunal qiymətlər, minimum əməkhaqqının artımı kimi məsələlər də tikinti materiallarının xərcinin artmasına təsir göstərən amillərdir. Bu da bazardakı qiymətlərdə əks olunur"./"Kaspi" qəzeti
Xəbərin oxunma sayı : 223
Sosial
Xəbərlər
-
Depressiya və narahatlıq yaradır – Gec yatanların nəzərinə!
-
Rusiya yeni döyüş əməliyyatlarına hazırlaşır - Zelenski
-
Zərurət yaranarsa, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək - Tramp
-
Norveç millisi İtaliyanı darmadağın edib - DÇ-2026
-
Trampdan Putinə təcili zəng - Ukraynanın hücumları ABŞ-nin Kiyevə dəstəyini sual altına salır
-
Paşinyan ilk dəfə Azərbaycan xalqını təbrik etdi - Qurban bayramı münasibətilə
-
Erməni yeniyetmələr Ermənistana təhvil verildi - KİV
-
Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon ayrıldı
-
Qazi bakalla qohumunun başını niyə yarıb? - Barışıblar
-
Boradigahi Cahandar Bayoğlunu məhkəməyə verdi - Bu sözlərə görə
-
“Ağlını itirmiş adamla danışmaq istəmirəm“ - Tramp
-
Telefonun enerjisini 100% doldurmaq zərərlidir - Necə olmalıdır?
-
Bakıda bəzi ərazilərdə torpaq sahəsinin qiyməti kəskin ARTACAQ
-
Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata
-
Tikinti sektorunu “vuran“ səbəb: Qiymətlər yenə də yüksələcək?
-
Bu ixtisaslara qəbul olmaq asandır - SİYAHI
-
Kürü istehsalında rekord artım: Hamı dada biləcək?
-
“Ermənistan Rusiya ilə fəal əməkdaşlığa hazırdır“ - Simonyan
-
“Ançelottinin “Real”dan getməyinə görə xoşbəxtəm” - Qvardiola
-
Tovuzda dəhşətli ailə dramı: oğul anasını öldürdü, bacısıını isə...
-
“Kreml Tramp və Mask arasında mübahisəyə qarışmaq fikrində deyil“ - Peskov
-
Paşinyan II Qaregindən əl çəkmir - Subaylıq andını pozmasına görə
-
“Şahbuz“un qarşısında kütləvi dava: Xəsarət alanlar və həbs olunan var
-
Ukraynanın zərbələri özünümüdafiədir, Rusiyanın hücumları isə terror aktıdır - Sibirqa
-
Bu meyvə qaraciyərin dərmanı imiş – MÖCÜZƏ
-
“Mən olmasaydım Tramp seçkilərdə qalib gələ bilməzdi“ - Tramp
-
Bank kartlarından 8 min manatdan çox pul oğurlandı - RƏSMİ
-
“Hizbullah” tərksilah olunana qədər Livana zərbələr endiriləcək“ - Kats
-
Uşaqlarının gözü önündə analarını öldürdü - Şəkidə
-
300 bal toplayan 9-cuların - Fotoları
-
Ermənistanın Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşüb - MTX
-
Şuşada bayram namazı qılındı - FOTOLAR
-
Azərbaycanda 7 bal gücündə zəlzələ ehtimalı var? - AÇIQLAMA
-
Heyvan kəsimi ilə bağlı xoşagəlməz hal olarsa - Bu nömrəyə zəng edin
-
İsrail İrana nüvə sazişi müzakirə olunduğu müddətdə hücum etməyəcək - Axios
-
Şamaxı və Xızıda zəlzələ - 4 bala qədər hiss olundu
-
“Qaragenlə görüşməyi özümə yaraşdırmıram“ - Allahşükür Paşazadə
-
Neft sektoruna investisiyalar kəskin azalacaq - Beynəlxalq Agentlik
-
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib - FOTO
-
Trampla qarşıdurma Maska 34 milyard dollara başa gəlib - Bloomberg
-
Azərbaycanda bayram namazı qılındı - FOTOLAR
-
İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib - FOTO
-
Azərbaycanda Qurban bayramı qeyd edilir
-
“Kişi ciddi, qadın boşboğaz olmalıdır“ - Pərvin Abıyeva
-
“ABŞ və Çin tezliklə ticarət razılaşmasını müzakirə edəcək“ - Tramp
-
Əmək bazarında mühüm dəyişiklik: Yeni model tətbiq olunacaq
-
Bu dəfə maksimum balı onlar topladı - SİYAHI
-
Atanın qətlini gizlətmək üçün bu planı qurublar - Ana və digər oğlu da həbs edildi
-
Közərmə lampalarını satanları hansı cərimə gözləyir? - VİDEO
-
Yasamalda zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır - VİDEO
-
Aprel döyüşlərində aldığı tapşırıqları açıqladı - Məhkəmə
-
Polis keçmiş məhkumu saxladı: 2 kiloqrama yaxın heroin aşkarlandı
-
22 yaşlı çinli qız Bakıda 4 aya 400 avtomobil satdı - VİDEO
-
Ağdamda müəllim bıçaqlandı - Şübhəli hərbçidir
-
Bu sualda abituriyentlər haqlı imiş - DİM açıqlama yaydı
-
“Starlink” Azərbaycanda qeydiyyata alındı - RƏSMİ
-
Çoxuşaqlı ailələrdəki uşaqların dörddə birindən çoxu bu rayonda yaşayır - Tam siyahı
-
Azərbaycan gömrüyündən narkotiki belə keçirmək istədilər - Fotolar
-
Lisey və gimnaziyalara qəbul imtahanının vaxtı açıqlandı - TARİXLƏR
-
“Oleq Bakinski“yə və Ukraynada nazir müavini olmuş şəxsə cəza istənilib -Məhkəmə
-
Aprelin 27-də keçirilən buraxılış imtahanının NƏTİCƏLƏRİ
-
Sabahdan Bakıda leysan olacaq - XƏBƏRDARLIQ
-
Bakıda çörək maşını ilə narkotik paylayan şəxs tutulub - VİDEO
-
Qurbanlıqların müəyyən olunmuş yerlərdən kənarda kəsiminə icazə verilməyəcək - Xəbərdarlıq
-
Fərid Əhmədov Gədəbəydə vətəndaşları qəbul edib - FOTO
-
Bu nazirliyin əməkdaşları rüşvət almaqda ittiham olunur - MƏHKƏMƏ
-
“Gəncə Memorial Hospital“da yoxlama: 6000 manat cərimə yazıldı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank beş günlük məzənnəni açıqladı
-
Bakı-Ağstafa-Bakı sürətli qatarı Qazax stansiyasına qədər gedəcək - Bu tarixdən
-
Samir Nuriyev bu komitəyə rəhbərlik edəcək - Sərəncam
-
Həbsdə olan MTK rəhbərindən “Atlant“ın sahibinə: 30 il qulun olmuşam
-
Mərkəzi Bank yeni binanın pulunu bir ilə çıxarıb - 835 milyon manat...
-
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içdi - FOTO
-
Nazirlik rəqs edən həkimlə bağlı araşdırmaya başladı - RƏSMİ
-
“Şərurlu İsfəndiyar“ hakim qarşısında: 40-a yaxın məhkəmə işi var
-
ABŞ Suriyadakı 5 bazasını bağlayıb - 14 nöqtədən 7-si boşaldılıb
-
Hüquqşünas köməkçisinin sevgilisini döydü - Burnunu sındırdı
-
Lerikdə itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub - BİRGƏ MƏLUMAT
-
Bu məhsulların idxalına qadağa qoyuldu - Sahibkarların nəzərinə!
-
Zorakılığa məruz qalan 74 yaşlı qadın öldü - Saxlanılan var
-
ABŞ-nin ən varlı qadınları açıqlandı - SİYAHI
-
Prezident Azərbaycan xalqını təbrik etdi
-
Əli Əsədov Emoməli Rəhmonla görüşdü - Fotolar
-
Azərbaycanda psixoloji problemi olanların sayı sürətlə artır - Son 6 ilin göstəriciləri
-
Seymur Məmmədov Zakir Fərəcovu yenə hədəfə gətirdi - Sumqayıt Bulvarında qalmaqal
-
“Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!” - Şeyx Əbdül Mahmudbəyov
-
Adil Əliyev ittihamlara cavab verdi - “Nə üçün belə böhtan atdığını bilmirəm...”
-
Saatlıq əməkhaqqı sisteminin tətbiqi ilə bağlı daha bir AÇIQLAMA
-
Naxçıvanda 47 yaşlı qadın öldürülüb - Şübhəli şəxs oğludur
-
“MayoMed“ klinikasında qalmaqal: Fəaliyyəti qadağan edilmiş cərrah pasiyent qəbul edir? (VİDEO)
-
Sabirabadda bir ailənin 4 üzvünün yanaraq öldüyü dəhşətli hadisənin təfərrüatı - VİDEO
-
40 yaşlı Ronaldonun qolu Portuqaliyanı finala çıxardı - VİDEO
-
Vəzifədə olarkən ölən məmurlar - Virus, dəm qazı, qəza...
-
Bakıda vəzifəli şəxslərin adından rüşvət alan sahibkar kimdir? - TƏFƏRRÜAT
-
Azərbaycanda dəhşətli qəza - Dörd nəfər öldü
-
“Məni Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar“ - Araz Musayevdən şok açıqlama
-
Yeni layihə belə Bakının mərkəzindəki tıxac problemini həll etmədi - VİDEO
-
Bu gün instaqramda kimlər nələr paylaşıb? - FOTOLAR
-
Pasiyentin sinəsini paylaşıb, rəqs edən HƏKİM: “17 illik təcrübəm var“
-
“Zelenskinin təklifi rədd etməsi böyük səhvdir” - Lavrov
-
Can Azərbaycanda yüksək texnologiyalar inkişaf etdiririk - Selçuk Bayraktar
-
“Yalvara-yalvara maaş alırıq” - “Pakdad” restoranlar şəbəkəsindən şikayət
-
Dünyanın ən bahalı kitabı - 52 milyon manatlıq əlyazmada nə var idi?
-
Bu yaşda Leyli-Məcnun olar? - Xalq artisti ittihamlara cavab verdi
-
İlham Əliyev Məsud Pezeşkianla telefonda danışdı - Nələr müzakirə edilib?
-
Qüsurlu mal satdılar, məhkəməyə verib pulunu aldılar - “Kontakt Home” absurdu
-
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub - SİYAHI
-
ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub - 1 saat 15 dəqiqə
-
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi: Qohumları onu təhdid edir?
-
Son bir ildə Azərbaycanda 64 orta məktəb bağlanıb - Rayonlar üzrə siyahı
-
Həkim Günel Qəmbərova nazirliyi heçə saydı, video paylaşdı - Xəbərdarlıq olunmuşdu
-
“Bakı ilə itkin düşmüş şəxslərin birgə axtarışı üzrə ilkin razılıq var“ - Armen Abazyan
-
“Kiyev rejiminin sülhə ehtiyacı yoxdur” - Putin
-
Türkiyə və İran prezientləri telefonda danışıb - Müzakirə
-
“Qumar kralı”nın həbsi uzandı - Şikayəti rədd edildi
-
13 azərbaycanlı Suriyadan ölkəmizə gətirilib - Təfərrüat
-
“Bayram günlərində hərbi hissələrə gəlməyin” - MN-dən əhaliyə çağırış
-
Sabahdan bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
-
“Pula görə evli kişinin yanında olmusan” - Vəfa ilə tiktokerin məhkəməsi oldu
-
DTX əməliyyat keçirdi - Bu şəxslər ölkədən ÇIXARILDI
TOP 10
ARXİV