![]() |
|














Vardanyan “Nemezis-2”nin təşkilində ittiham olunur - MƏHKƏMƏ
Tarix 13.02.25, 20:59 |
|

Fevralın 13-də Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün vəkillər ilə təmin olunub.
Məhkəmə iclasında zərərçəkmiş şəxslər, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmişin nümayəndəsi qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.
İclasın əvvəlində Ruben Vardanyan və onun hüquqlarını müdafiə edən vəkil Avraam Berman konfidensial görüş üçün şərait yaradılmasını məhkəmədən xahiş edib.
Məhkəmə vəsatəti təmin edib və konfidensial görüş üçün fasilə elan olunub.
Fasilədən sonra Ruben Vardanyan ona dövlət tərəfindən təyin olunan müdafiəçi Azər Məhərrəmovdan imtina etdiyini və hüquqlarının müdafiəsinin müqavilə üzrə vəkili Avraam Berman tərəfindən davam etdiriləcəyini bildirib.
İttiham tərəfi və zərərçəkmiş şəxsin nümayəndəsi vəsatətə etiraz etməyib.
Məhkəmə yerində müşavirə edərək vəsatəti təmin edib.
Sonra iclas dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən ittiham aktının nəticəvi hissəsinin elan olunması ilə davam edib.
Budəfəki məhkəmə iclasında ittiham aktının Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində Azərbaycan Ordusunun müdafiə arsenalına, Azərbaycan Respublikasının ekologiyasına və təbiətə vurulmuş ziyan, Azərbaycanın işğal altında olan suveren ərazilərinin minalanmasına dair epizodlar, Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar, habelə öldürülmüş və öldürülməsinə cəhd olunmuş mülki şəxs və hərbi qulluqçuların sayı elan edilib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli Ermənistan tərəfindən aparılan təcavüzkar müharibənin gedişində iştirak edən cinayətkar təşkilat tərəfindən Azərbaycan Ordusunun müdafiə arsenalına, Azərbaycanın ekologiyasına və təbiətə vurulmuş ziyanı, habelə öldürülmüş və öldürülməsinə cəhd göstərilmiş mülki şəxs və hərbi qulluqçuların sayını elan edib.
Bildirilib ki, 1980-ci illərin sonlarından 2023-cü il sentyabrın 20-dək Azərbaycanın işğal olunmuş ərazilərində ağacları, kolları və digər yaşıllıqları məhv etməklə, su mənbələrini, su hövzələrini və su anbarlarını çirkləndirməklə, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqları dağıtmaqla Azərbaycan Respublikasının ekologiyasına və təbiətə ümumilikdə 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub.
1988-2024-cü illər ərzində ümumilikdə 3053 nəfəri mülki, 15 min 298 nəfəri hərbi qulluqçu, 17 min 607 nəfəri kişi, 744 nəfəri qadın, onlardan 401 nəfəri uşaq olmaqla, cəmi 18 min 351 şəxs qəsdən öldürülüb, ümumilikdə 3710 nəfəri mülki, 51 min 467 nəfəri hərbi qulluqçu, 54 min 103 nəfəri kişi, 1074 nəfəri qadın, onlardan 457 nəfəri uşaq olmaqla, cəmi 55 min 177 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
Azərbaycan Respublikasına qarşı aparılmış təcavüzkar müharibə dövründə Azərbaycan Ordusunun müdafiə arsenalına 908 milyon manatdan artıq məbləğdə qəsdən maddi ziyan vurulmaqla hərbi əmlakları məhv edilib, yararsız hala salınıb və ələ keçirilib.
Daha sonra Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov təqsirləndirilən şəxs Ruben Vardanyana irəli sürülmüş konkret ittihamları elan edib.
O cümlədən bildirilib ki, ittiham aktına əsasən Ruben Vardanyan 2022-ci ilin sentyabrında Azərbaycan Respublikasının dövlət sərhədini dövlətin nəzarət-buraxılış məntəqələrindən kənar Ermənistan Respublikasının ərazisindən Laçın rayonu istiqamətində qanunsuz keçərək Azərbaycan ərazisinə daxil olub, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə məskunlaşıb.
O, özünə və müxtəlif xarici ölkələrin vətəndaşlarına aid pul vəsaitlərini həmtəsisçisi olduğu "humanitar məqsədli” pərdəsi altında fəaliyyət göstərən "Avrora” fondu, "Biz - dağlarımızıq” təşkilatı və sair yardım aksiyaları adı altında toplayaraq həmin vəsaitlər hesabına Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları maddi cəhətdən təmin, əsgəri ləvazimatla təchiz edib, hərbi silah və texnikanı qanunsuz əldə edərək Azərbaycana qanunsuz gətirməklə əvvəlcədən xüsusi təşkil etdiyi hərbi anbarlarda saxlayıb.
Bundan başqa, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan "yerli özünümüdafiə dəstələri” adlandırdığı, habelə əsasən peşəkar hərbçilərdən ibarət digər silahlı dəstə və qrupların üzvlərinə aylıq muzd ayıraraq verib. Həmçinin "VoMa” adlı terror təşkilatının yaradıcısı Vartanov Vladimir (Vova) Levanoviçlə sövdələşərək həmin təşkilatın təlimatçıları tərəfindən Azərbaycan vətəndaşlarına qarşı terrorçuluq əməllərinin törədilməsi məqsədilə təlimlərin keçirilməsinin təşkil edilməsi üçün pul vəsaitlərini verib.
Habelə Azərbaycanın işğal altında olan suveren ərazilərində mülki və hərbi obyektlərə qarşı istifadə edilməsi üçün idarəolunan zenit raketlərinin və komplekslərinin, hədəflərin aşkarlanması stansiyalarının, akkumulyator və radioötürücü blokların, digər qurğuların kütləvi istehsalının qurulması, bununla əlaqədar birgə müəssisənin yaradılması məqsədilə Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən "AKVA” şirkətinin məsul şəxsləri ilə danışıqlar aparmaqla sövdələşib. Həmçinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz silahlı birləşmələr tərəfindən istifadəsi nəzərdə tutulan helikopter tipli pilotsuz uçuş aparatlarının (PUA) alınması və onları istehsal edəcək zavodun inşa edilməsinə, habelə radioelektron mübarizə sisteminin alınaraq qanunsuz silahlı birləşmələrə çatdırılmasına dair danışıqlar apararaq müvafiq tapşırıqlar verib.
Eyni zamanda, Ruben Vardanyan şəxsən tərtib etdiyi fəaliyyət planında Azərbaycanın xarici ölkələrdə olan diplomatik korpusunun nümayəndələri, xidməti vəzifələrini və ictimai borcunu yerinə yetirən vətəndaşlarına qarşı terrorçuluq törədilməsi üçün "Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsünü irəli sürüb.
İttihamın elan olunmasını davam etdirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev, həmçinin dövlət ittihamçıları Fuad Musayev, Vüsal Abdullayev və Təranə Məmmədova Ermənistan dövləti tərəfindən işğal edilmiş Azərbaycanın suveren ərazilərinin minalanması və bu yolla hərbi təcavüzün davam etdirilməsi faktlarını səsləndirib. Xüsusilə vurğulanıb ki, işğal olunmuş ərazilərdə basdırılan minaların bir hissəsi Ermənistanda istehsal olunub.
İttiham aktının həcminin böyük olması nəzərə alınaraq, elan edilməsinin növbəti prosesdə davam etdiriləcəyi bildirilib.
Məhkəmənin növbəti iclası fevralın 17-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.


Xəbərin oxunma sayı : 769
Hadisə
Xəbərlər
-
Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR
-
Ançelotti Braziliya millisində - “O, futbol tarixinin ən böyük məşqçisidir...“
-
“50 min cərimə müəyyən edilib, icra etmirlər“ - Nərimanov RİH-lə bağlı şikayət
-
ABŞ PKK-nın ləğvini alqışlayıb - “Bu, sivilizasiya üçün qələbədir“
-
Bu məkanda qiymət 5 dəfə artdı – Şikayətlər dayanmır...
-
“Qazananlar şəhid ailələri və kürd qardaşlarımdır” - Ərdoğan
-
Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO
-
Sabah Bakının bu ərazilərində qaz olmayacaq - Xəbərdarlıq
-
Bakıda səs yazısı yayılan qalmaqallı direktor işdən çıxarıldı - RƏSMİ
-
“JEK“lər ləğv olunur: əvəzində bu qurum işləyəcək
-
Prezident yeni qanunu təsdiq etdi - Sosial xidmətlərə nələr əlavə olunub?
-
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib - Film kimi cinayət
-
Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək - Bu dəfə 5 gün
-
Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq - FOTO
-
“Qadını suya atıb dondurmuşdular” - Başlıbeldə yaşananlar
-
Bankların pul “qoparmaq” oyunu - komissiya xidmətləri niyə bahalaşıb?
-
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? - FAKTLAR
-
3 manata satılan kabablar - Hansı ətdən hazırlanır?
-
“Hindistan və Pakistan hərbi liderləri atəşkəs danışıqları aparırlar” - KİV
-
İlham Əliyev Ərdoğanı təbrik etdi - PKK-nın özünü ləğv etməsinə görə
-
Tərtərdə dəhşətli qətl: kişi arvadını və əlaqədə olduğu ustanı öldürdü - TƏFƏRRÜAT
-
“Kür çayında səviyyənin artması subasmaya səbəb ola bilər“ - Coğrafiya İnstitutu
-
İcra başçısı özünə həsr olunan sənədli film çəkdirib? - VİDEO
-
Şəmkirin qaranlıq kəndlərində dolaşan “kabuslar“ - MƏHKƏMƏ
-
Azərbaycan və Somali arasında Memorandum imzalandı - Fotolar
-
Bəzi ərazilərdə leysan olacaq, dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib - FOTOLAR
-
Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə öldü - Masallıda faciə
-
Almaniyadan Rusiyaya sərt xəbərdarlıq: Atəşkəs olmazsa, sanksiyalar başlayır
-
Şirvanda 13 hektar ərazinin zəbt edilməsi böyüyür - Başçı çətin durumda
-
Bu Komissiyanın tərkibi dəyişdi - SİYAHI
-
“Qarabağ” gəlirlərini açıqladı - 34 milyon
-
Prezident onu yenidən rektor təyin etdi - Sərəncam
-
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO
-
ABŞ vətəndaşlığı olan İsrailli girov nə vaxt azad ediləcək? - HƏMAS açıqladı
-
“Şərurlu İsfəndiyar” axtarışa verilə bilər - Sabah məhkəməsidir
-
Kurban Berdıyev Qurban Qurbanovun baş məşqçisi olacaq - FOTO
-
“Türkiyə terrordan uzaq bir mühitin təsisi üçün bütün potensialı ilə çalışacaq“ - Fəxrəddin Altun
-
Mahayət Nəbiyevin qardaşı ölkədən nə qədər valyuta çıxarıb? - Məhkəməsi olacaq
-
Bakıda xəncər və bita ilə silahlanan gənclər, havaya açılan atəş - Kütləvi davanın təfərrüatı
-
Pekin və Vaşinqtondan böyük razılaşma: Gömrük rüsumları 100%-dən çox endirilir
-
28 May münasibətilə əfv fərmanı gözlənilir - 700-dən çox müraciət
-
Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
-
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır - Hərracda nə baş verir?
-
Özündən 24 yaş böyük sevgilisini narahat etdi - Həbs olundu
-
Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər
-
Zaxarovadan şok iddia - Avropa liderləri narkotik istifadə edir? + VİDEO
-
“Yaşayış olan binamızda söküntü işləri gedir” - VİDEO
-
Nazir rəisi cəzalandırdı - Yerinə Əhmədovu təyin etdi
-
Rusyaya gedənlərə yeni maneə - 72 saat əvvəl bunu almalıdırar + VİDEO
-
Gecələr Bakını bir-birinə vuran motosikletçilərə - 15 sutka verildi
-
Fuad Nəcəfli Bəxtiyar Əsgərovu özünə müşavir təyin edir? - İDDİA
-
İcra başçısının 721 minlik planı... - Agentlik qarşısını aldı
-
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - TƏFƏRRÜAT
-
Ötən həftə 16 azyaşlı xilas olunub - VİDEO
-
PKK özünü ləğv etdi - Qondarma təşkilat bəyanat yaydı
-
Vətəndaşların bank kartlarından pul oğurlanıb - Xəbərdarlıq
-
Tanınmış bloqerlərin reklam etdikləri şirkətə etibar etdilər, aldandılar - VİDEO
-
DTX-dən xüsusi əməliyyat - Çox sayda terrorçu xaricdə ələ keçirilərək Azərbaycana gətirilib
-
Külək Ağcabədidə mağarı uçurdu, toy yarıda qaldı - VİDEO
-
Azərbaycanda illik ödənişi 9 min manat olan ixtisaslar var - VİDEO
-
Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
-
İstanbul danışıqları sülh razılaşmasının mümkün olub-olmadığını göstərəcək - Tramp
-
PKK terror təşkilatı ləğv olunur - Silahların təhvil verilməsi üçün komitə yaradılacaq
-
Ali məktəblərə keçid balları arta bilər - VİDEO
-
Əsli Lerikdəndir, amma ABŞ polisidir - Fotolar
-
“Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm” - Zelenski
-
“Bəzi məsələlərdə ABŞ ilə anlaşma əldə olunub“ - Abbas Əraqçi
-
“El-Klasiko“da fantastik oyun: 7 qol vuruldu
-
Prezidenti kövrəldən uşaqlar... - VİDEO
-
Nəfəs maşını insanların üzərinə sürdü, dava düşdü - VİDEO
-
Azərbaycanda toy etmək bəy və gəlin üçün 31- 64 min manata başa gəlir - Xərclərin siyahısı
-
“Tramp Avropanın Ukrayna ilə bağlı planını dəstəkləyir“ - Politico
-
FHN əhaliyə müraciət etdi - Hava ilə bağlı
-
“ABŞ-la danışıqlar çətin, lakin faydalı oldu“ - İran XİN
-
Otellərdə bir gecəlik qiymət - Şuşada 165, Laçında isə 63 manat olub
-
Türkiyə və Azərbaycan hərbçiləri Naxçıvanda təlimdə - Fotolar
-
İmtahan nəticələri nə vaxt elan olunacaq? - DİM-dən açıqlama
-
Dünya klublarının yeni reytinq cədvəli açıqlanıb - “Qarabağ” 10 pillə irəlilədi
-
Macarıstan Ukrayna ilə azlıqlar üzrə danışıqları təxirə saldı - Kiyev narahatdır
-
Britaniya kəşfiyyatında ilk - Rəhbər qadın olacaq
-
Ərdoğandan gözlənilən açıqlama gəldi - “Hazırıq”
-
Çay idxalı aşağı düşəcək: Qiymət qalxacaq? - VİDEO
-
Xudafərin körpüsündə qazıntı aparan İran vətəndaşları aşkarlandı - VİDEO
-
“Moskva sabahdan atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır“ - Zelenski
-
11 yaşlı uşağa qarşı əxlaqsızlıqda ittiham olunan Hacı Salman hadisədən əvvəl...- Sensasion fakt
-
Əlcəzair Fransanın casuslarını bir daha ölkədən qovdu - diplomatik qalmaqal böyüyür
-
Bakıda və rayonlarda yağış yağacaq - Sabahın havası
-
“Putinin danışıqlar təklifi ilk addımdır, lakin yetərli deyil“ - Makron
-
Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi - VİDEO
-
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
-
“Rusiya və Ukrayna üçün böyük həftə gəlir” - Tramp
-
Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu - Video
-
Bakıda köməkçi tikilidə yanğın - Ölən var
-
“Ərdoğandan bunu xahiş edirəm” - Vladimir Putin
-
“Düşmən əsassız müharibə aparmağa çalışdı, lakin biz layiqli cavab verdik“ - Şahbaz Şərif
-
Okean dibinin yalnız 0,001% -i öyrəniliib - Alimlər etiraf ediblər
-
Prezident onları ayaq üstə alqışladı - VİDEO
-
Bu gün imtahan var - 7 şəhər və rayonda
-
Nigar Camal 14 il sonra eyni libasda… - VİDEO
-
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşdı - VİDEO
-
“Qəzzada atəşkəsə nail olmağa çalışırıq“ - Mahmud Abbas
-
Biz bu qarşıdurmada qalib gəldik - Şahbaz Şərif
-
Prezidentin kövrəldiyi anlar - VİDEO
-
“Rusiya atəşkəs təklifini nəzərdən keçirəcək” - Peskov
-
Şuşadan Xankəndiyə kanat yolu olacaq - Prezident ilk dəfə açıqladı
-
“Taliban”dan daha bir qərar - Şahmat qadağan edildi
-
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
-
“Vətən müharibəsi həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir” - Prezident
-
Kür çayı məcrasından çıxdı: Sabirabad sakinləri çətin vəziyyətə düşdülər (VİDEO)
-
“Bizimlə bu gün hesablaşmayan sabah peşman olur” - Prezident İlham Əliyev
-
Ən bahalı 10 azərbaycanlı futbolçu - SİYAHI
-
“Hesab etdim ki, məhz bu gün burada olmalıyam” - İlham Əliyev
-
Evlərin qiyməti nə qədər bahalaşıb? - RƏSMİ
-
Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ
-
Prezident və birinci xanım Ağdam Muğam Mərkəzinin açılışında - Fotolar
-
“Rusiya atəşkəslə bağlı çağırışımıza məhəl etməsə...“ - Starmer
-
Heydər Əliyev siyasi irsinin təməl sütunları - Samir Nuriyev yazır
-
“İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək“ - Prezident
TOP 10
ARXİV