Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Vəliyevlərin milyonluq mülkünə həbs qoyuldu - Məhkəmə qərarı

Tarix 10.06.23, 17:53

Font ölçüsü : - / +
bitmap-img6


Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin oğluna məxsus şirkət məhkəməlik olub.

Belə ki, Nərimanov Rayon Məhkəməsində 2009-cu ildə “Delfin” MMC-nin mülkiyyətinə verilmiş və Yevlax şəhərində yerləşən 2 ha torpaq sahəsi ilə bağlı müvəqqəti təminat tədbiri barədə ərizəyə baxılıb.

Zərifə Səfərova ərizə təqdim edərək əri ilə birgə nikah dövründə əldə edilmiş mülkiyyət üzərində hüquqlarının bərpa edilməsini tələb edib.

O bildirib ki, əri 2009-cu ildə ondan xəbərsiz və rəsmi icazəsi olmadan milyonlarla manat dəyəri olan mülkiyyəti qanunsuz olaraq Elmir Vəliyevin təsisçisi olduğu “Delfin” MMC-nin adına keçirib: “Ərim Mətləb Səfərovla birgə nikah dövründə əldə edilmiş əmlak həmin vaxt Yevlaxın icra başçısı olan Elmar Vəliyevin təzyiqi ilə ondan alqı-satqı müqaviləsi əsasında qanunsuz şəkildə “Delfin” MMC-nin adına keçirilib. Həmin alqı-satqıdan bu ilədək məlumatım və əmlakın satılması ilə bağlı hər hansı razılığım olmayıb. Sonradan alqı-satqı müqaviləsi ilə tanış olduqda 2 ha torpaq sahəsinin 2500 manata satılmasını öyrəndim.

Əslində, Yevlax şəhəri ərazisində 2 hektar torpaq sahəsinin real bazar və satış dəyərinin 2500 manat olması ağlabatan deyil. Həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi və ya girova qoyulması ehtimalı olduğundan, gələcəkdə iddianın təmini baxımından çətinliklər yarana biləcəyindən mülkiyyət üzərinə həbsin qoyulması zəruridir”.

Hakim Aytən Novruzovanın sədrliyi ilə keçirilən iclasda Z.Səfərovanın müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilib. “Delfin” MMC-yə torpaq sahəsinin özgəninkiləşdirilməsi qadağan edilib.

Z.Səfərovanın qeyd edilən torpaq sahəsi üzrə mülkiyyət hüququnun bərpa edilməsi ilə bağlı mülki iddiasına isə iyunun 20-də baxılacaq.(Qafqazinfo)

“Delfin” MMC-nin rəhbəri Elmir Vəliyev Yevlax RİH-in sabiq başçısı, sonradan Gəncə ŞİH-in başçısı olmuş Elmar Vəliyevin oğludur.



Xəbərin oxunma sayı : 1753




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap