“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Araz Musayevin Xırdalanda təhlükə yaradan tamahı - VİDEO

Tarix 24.10.25, 11:49

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət qurumları ya Araz Musayevin tamahını cilovlamalıdırlar, ya da həmin binanın sakinlərini köçürməlidirlər…

Sabah Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsi 38 ünvanında 8 mərtəbəli binada ağaır nəticələr doğuran bir hadisə baş verərsə, dövlət məmurları bunun cavabını verə biləcəkmi?

Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsi 38 ünvanında 8 mərtəbəli binanın sakinləri Kinboksinq və Muay-Tay üzrə dünya üçüncüsü.Uşusanda üzrə Azərbaycan çempionu, Beynəlxalq dərəcəli və Əməkdar idman ustası Araz Musayevin tamahının qurbanı olublar. Belə ki, ARB telekanalının məlumatına görə, sakinlər öz mülklərinə “Çıxarış” ala bilmirlər. Çünki bu bina istismara qəbul olunmayıb və bu binada yaşayış sadəcə olmamalıdır. Yəni sakinlərə satılan mənzillər faktiki olaraq onlara aid olsa da, hüquqi cəhətdən onlara aid deyil. 

Bu azmış kimi, binanın tikintisini həyata keçirən “Furkanoğlu” MMC-nin rəhbəri, məşhur idmançı Araz Musayev indi də binanın zirzəmisində mənzil tikərək satışa çıxarıb və bu da təbii olaraq bina sakinlərinin etirazına səbəb olub. Ona görə ki, təhlükəsizlik qaydaları binanın zirzəmisində mənzil yaradılmasına yol vermir. Amma bu qaydalar heç əvvələr də Araz Musayevin vecinə olmayıb, indi də vecinə deyil.

Xatırladaq ki, Araz Musayev sözü keçən binanı hələ FHN-də çalışdığı zaman tikməyə başlayıb. 2021-ci ildə çoxmənzilli apartman binasının tikintisinin aparılması ciddi narazılığa səbəb olmuşdu. 30-dan çox sakin şikayətçi olduğunu dilə gətirmişdi. Həmin vaxt Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən rəisi Cəbrayıl Xanlarov komissiya yaradaraq sözügedən ünvanda tikintinin dayandırlması ilə bağlı qərar verib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də bir sıra qurumların birgə rəyi əsasında  qanunsuz tikinti dayandırılıb. 

Amma sonra nə olubsa, Araz Musayev hansı sehrli çubuğa sahib olubsa, FHN-nin və Şəhərsalma və Arxitektura Komitəsinin daşdan keçən qadağasının olmasına baxmayaraq bina tikilib və mənzillər satılıb. Tikintinin dayandırılmasına baxmayaraq binanın inşa olunması ilə bağlı, həm Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, həm də Şəhərsalma və Arxitektura Komitəsi məlumatlı olub. Çünki Araz Musayevin qadağanı vecinə almaması ilə bağlı hər iki dövlət qurumuna şikayətlər ünvanlanıb. 

Yəqin ki, Araz Musayevin qadağanı dəlmək üçün çiynini dayadığı “qaya” o qədər sərt olub ki, hər iki dövlət qurumu durumu görməməzlikdən gəlməyi daha uyğun görüblər. Ya da, “cənab pul” hər şeyi yerbə yer edib…

Abşeronun ən ucqar yerində belə bir daş daşın üstünə qoyulurkən xəbərdar olan İcra Hakimiyyəti də durumla bağlı susmağa üstünlük verib.

Maraqlıdır sabah söz keçən binada ağır nəticələr doğuran hər hansı bir hadisə baş versə, bunun cavabını kim verəcək: Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov, yoxsa Şəhərsalma və Arxitektura Komitəsinin Anar Quliyev? Yoxsa Abşeron İcra Hakimiyyətinin məsul şəxsləri? Yəqin ki, binada bədbəxt hadisə olarsa, bu dövlət qurumlarının bir çox məsul şəxslərinin və rəhbərlərinin məsuliyyətə cəlb olunması qaçınılmaz olacaq. Çünki qanuna görə həmin binada yaşayış ola bilməz. 

Biz bədbəxt hadisələrdən ona görə bəhs edirik ki, Araz Musayev tamahını idarə edə bilməyərək binanın zirzəmisini mənzilə çevirərək onları istismara verməyə çalışır. Zirzəmidəki mənzillərdə isə qazdan istifadə hər zaman ağır nəticəli qəza yarada bilər və bu mənada etiraz edən sakinlər çox haqlıdırlar.

Ona görə də sadaladığımız dövlət qurumları ya Araz Musayevin tamahını cilovlamalıdırlar, ya da həmin binanın sakinlərini köçürməlidirlər…





Xəbərin oxunma sayı : 1975




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap