“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Bakı limanında “mafiya filmi” ssenarisi - 3 milyonu aradan çıxardılar

Tarix 17.12.25, 16:15

Font ölçüsü : - / +
bitmap-img6


Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov, general Cəbrayıl Usubovun oğlu Fərid Usubov və digər şəxslərin qəfil həbsi ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib.

AzFakt.com “Qafqazinfo”ya istinadla xəbər verir ki,  cinayət hadisəsinin ictimaiyyətdə maraq doğuran səbəblərini öyrənə bilib.

Əldə etdiyimiz məlumata görə, cinayət işlərinin başlanmasına əsas Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən ərazidə şübhəli hərəkətlər barədə Dövlət Gömrük Komitəsinə daxil olmuş əməliyyat məlumatları olub.

Məlumatla əlaqədar keçirilən əməliyyat zamanı deyilən ünvanda bir neçə yük avtomobilində 1 milyon 700 min manatdan artıq qiyməti olan 962 min 98 qutu aksiz markası olmayan tütün məmulatları aşkar edilib.

Bundan xəbər tutan qaçaqmalçı dəstə üzvləri aşkar olunmayan digər iki konteynerdəki 3 milyon manatdan çox dəyərində siqareti ölkədən təcili çıxarmağa cəhd ediblər. Onların bu planı isə Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının bir neçə əməkdaşının köməkliyi ilə reallaşıb. “Tütün mafiyası” dəniz yolu ilə gətirdikləri qaçaqmalı eyni qaydada geri qaytara bilib.

Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının bir sıra əməkdaşının qanunsuzluğu nəticəsində 5 milyonluq qaçaqmalçılıq gömrük sistemində geniş rezonans doğurub. Elə bir neçə gün əvvəl limanın tabe olduğu Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi general-mayor Həsən Eyyubov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

DGK-nin İstintaq İdarəsində başlanmış cinayət işi materialları sonradan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

İstintaqla müəyyən edilib ki, mütəşəkkil dəstə halında birləşən şəxslər tütün məmulatlarını Birləşmiş Ərəb Əmirliklərindəki şirkətlərin birindən alıblar. Yüklər əvvəlcə İrana, oradan isə gəmi ilə Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanına gətirilib.
Qaçaqmal Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanına çatana qədər artıq buradakı plan hazır olub. Razılaşmaya əsasən, həmin vaxt limanda növbədə olan vəzifəli gömrükçülər öz qulluq mövqelərindən istifadə edərək siqaretlərin bəyan edilmədən ölkəyə keçirilməsinə şərait yaradıblar. Yük dolu konteynerlər heç bir yoxlama olmadan liman ərazisindən çıxarılıb, sərbəst şəkildə Türkan qəsəbəsində mütəşəkkil dəstənin icarəyə götürdüyü sahəyə aparılıb.

Sözügedən cinayət hadisəsi ilə bağlı Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov və Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubovdan əlavə, cinayətin törədilməsinə şərait yaratmaqda şübhəli bilinən gömrük əməkdaşları və başqaları həbs edilib. İki nəfər isə axtarışa verilib.

Hazırda cinayət işində iştirakları şübhə doğuran digərlərinin şəxsiyyətinin müəyyən edilməsi üçün prokurorluqda araşdırma gedir. İlkin istintaq müddəti fevral ayının sonuna qədər təyin edilib.



Xəbərin oxunma sayı : 172




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap