![]() |
|














Vergi Məcəlləsinə dəyişikliklər təsdiqləndi: Bir sıra güzəştlər olacaq
Tarix 09.12.22, 11:53 |
|

Milli Məclisin iclasında Vergi Məcəlləsinə dəyişikliklər layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
AzFakt.com xəbər verir ki, layihə səsə qoyularaq qəbul edilib.
Layihədə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların vergidən azad olunması və dövlətin təşviq mexanizmləri ilə bağlı məsələlər öz əksini tapıb. Eyni zamanda, şəhid ailələrinin, əhalinin həssas təbəqəsinin gəlirlərinin vergidən azad olunması, aqrar sektorda emal sənayesinin dəstəklənməsi ilə bağlı vergi güzəştləri və təşviq mexanizmləri bu dəyişikliklərdə yer alıb.
Layihəyə investisiya mühitinin, o cümlədən yerli istehsalın təşviqi ilə bağlı vergi yükünün azaldılması, ləğv prosesində olan kredit təşkilatlarının sabit vergi xərclərinin azaldılması, bank hesablarının açılması, bir sıra inzibatçılıq tədbirlərinin təkmilləşdirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin qorunması ilə bağlı istiqamətlər üzrə dəyişiklikləri əhatə edən müddəalar daxil edilib.
Sənəddə işğaldan azad edilmiş ərazilər üzrə vergi təşviqlərinin verilməsi nəzərdə tutulub.
Məcəlləyə bununla bağlı yeni fəslin əlavə edilməsi təklif olunur. Əlavədə işğaldan azad edilmiş ərazinin rezidentlərinin 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilməsi, habelə bu azadolmanın işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilməsi nəzərdə tutulur.
Bununla yanaşı, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilməsi, hüquqi şəxslərin səhmdarlarının dividend gəlirlərinin 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilməsi və bir sıra digər güzəştlər təklif olunur.
Layihədə aqrar emal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə də vergi təşviqlərinin verilməsi ilə bağlı güzəştlər nəzərdə tutulur. Belə ki, siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal malları ilə əvəz edəcək qida məhsullarının istehsalını həyata keçirən fərdi sahibkarların və hüquqi şəxslərin əldə etdiyi gəlirin 50 faizinin gəlir vergisindən, habelə həmin fəaliyyət prosesində istifadə etdikləri əmlaka və torpağa görə əmlak və torpaq vergilərindən müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə azad edilməsi təklif olunur.
Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə, o cümlədən kənd təsərrüfatı sahəsində aparılan təşviq siyasətinin davam etdirilməsi, sosial məsuliyyət tədbirlərinin stimullaşdırılması məqsədilə dövlət müəssisələri tərəfindən çəkilən xərclərin vergitutma məqsədləri üçün nəzərə alınması, ölkə daxilində tütün məhsullarının istehsalı sahəsinə dəstək göstərilməsi, vergi ödəyicilərinin maliyyə yükünün azaldılması məqsədilə siyahısı təsdiq edilmiş əsas vəsaitlərin idxalının müddətsiz olaraq ƏDV-dən azad edilməsi və digər müddəalar da layihəyə daxil edilib.
Ləğv prosesində olan kredit təşkilatlarının sabit vergi xərclərinin azaldılması ilə əlaqədar Vergi Məcəlləsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müflis elan olunmuş kredit təşkilatlarının əmlak və torpaq vergilərindən azad edilməsi, vergi borclarına faizlərin hesablanmasının dayandırılması və vergi borcu ilə bağlı əmlakının siyahıya alınmaması, habelə ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək aktivlərin təqdim edilməsi, bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsinin ƏDV-dən azad edilməsi müddətinin 2026-cı il yanvarın 1-dək uzadılması üzrə dəyişikliklər nəzərdə tutulur.
Sənəddə vergi ödəyicilərinə hesabların açılması ilə bağlı bir sıra inzibatçılıq tədbirlərinin təkmilləşdirilməsinə dair, habelə vergi inzibatçılığı üzrə dəqiqləşdirici və tənzimləyici bir sıra müddəalar, o cümlədən sahibkarlıq subyektləri üçün iqtisadi cəhətdən əlverişsiz olan bəzi mexanizmlərin dəqiqləşdirilməsi və inzibatçılığın sadələşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.
Məcəllədə sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılmasına yönəlmiş dəyişikliklər də yer alıb. Belə ki, şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının əmək haqqı gəlirləri ilə bağlı 800 manat məbləğində vergi güzəştinin verilməsi, həmçinin 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri) ilə yanaşı, övladlarına da əmək haqqı gəliri ilə bağlı güzəştlərin verilməsi, beynəlxalq idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyərinin, habelə ölkədaxili idman yarışları ilə bağlı respublika idman federasiyaları və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50 000 manatadək hissəsinin gəlir vergisindən azad edilməsi və digər güzəştlərlə bağlı dəyişikliklər təklif olunur.
Xəbərin oxunma sayı : 571
Gündəm
Xəbərlər
-
Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR
-
Ançelotti Braziliya millisində - “O, futbol tarixinin ən böyük məşqçisidir...“
-
“50 min cərimə müəyyən edilib, icra etmirlər“ - Nərimanov RİH-lə bağlı şikayət
-
ABŞ PKK-nın ləğvini alqışlayıb - “Bu, sivilizasiya üçün qələbədir“
-
Bu məkanda qiymət 5 dəfə artdı – Şikayətlər dayanmır...
-
“Qazananlar şəhid ailələri və kürd qardaşlarımdır” - Ərdoğan
-
Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO
-
Sabah Bakının bu ərazilərində qaz olmayacaq - Xəbərdarlıq
-
Bakıda səs yazısı yayılan qalmaqallı direktor işdən çıxarıldı - RƏSMİ
-
“JEK“lər ləğv olunur: əvəzində bu qurum işləyəcək
-
Prezident yeni qanunu təsdiq etdi - Sosial xidmətlərə nələr əlavə olunub?
-
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib - Film kimi cinayət
-
Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək - Bu dəfə 5 gün
-
Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq - FOTO
-
“Qadını suya atıb dondurmuşdular” - Başlıbeldə yaşananlar
-
Bankların pul “qoparmaq” oyunu - komissiya xidmətləri niyə bahalaşıb?
-
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? - FAKTLAR
-
3 manata satılan kabablar - Hansı ətdən hazırlanır?
-
“Hindistan və Pakistan hərbi liderləri atəşkəs danışıqları aparırlar” - KİV
-
İlham Əliyev Ərdoğanı təbrik etdi - PKK-nın özünü ləğv etməsinə görə
-
Tərtərdə dəhşətli qətl: kişi arvadını və əlaqədə olduğu ustanı öldürdü - TƏFƏRRÜAT
-
“Kür çayında səviyyənin artması subasmaya səbəb ola bilər“ - Coğrafiya İnstitutu
-
İcra başçısı özünə həsr olunan sənədli film çəkdirib? - VİDEO
-
Şəmkirin qaranlıq kəndlərində dolaşan “kabuslar“ - MƏHKƏMƏ
-
Azərbaycan və Somali arasında Memorandum imzalandı - Fotolar
-
Bəzi ərazilərdə leysan olacaq, dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib - FOTOLAR
-
Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə öldü - Masallıda faciə
-
Almaniyadan Rusiyaya sərt xəbərdarlıq: Atəşkəs olmazsa, sanksiyalar başlayır
-
Şirvanda 13 hektar ərazinin zəbt edilməsi böyüyür - Başçı çətin durumda
-
Bu Komissiyanın tərkibi dəyişdi - SİYAHI
-
“Qarabağ” gəlirlərini açıqladı - 34 milyon
-
Prezident onu yenidən rektor təyin etdi - Sərəncam
-
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO
-
ABŞ vətəndaşlığı olan İsrailli girov nə vaxt azad ediləcək? - HƏMAS açıqladı
-
“Şərurlu İsfəndiyar” axtarışa verilə bilər - Sabah məhkəməsidir
-
Kurban Berdıyev Qurban Qurbanovun baş məşqçisi olacaq - FOTO
-
“Türkiyə terrordan uzaq bir mühitin təsisi üçün bütün potensialı ilə çalışacaq“ - Fəxrəddin Altun
-
Mahayət Nəbiyevin qardaşı ölkədən nə qədər valyuta çıxarıb? - Məhkəməsi olacaq
-
Bakıda xəncər və bita ilə silahlanan gənclər, havaya açılan atəş - Kütləvi davanın təfərrüatı
-
Pekin və Vaşinqtondan böyük razılaşma: Gömrük rüsumları 100%-dən çox endirilir
-
28 May münasibətilə əfv fərmanı gözlənilir - 700-dən çox müraciət
-
Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
-
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır - Hərracda nə baş verir?
-
Özündən 24 yaş böyük sevgilisini narahat etdi - Həbs olundu
-
Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər
-
Zaxarovadan şok iddia - Avropa liderləri narkotik istifadə edir? + VİDEO
-
“Yaşayış olan binamızda söküntü işləri gedir” - VİDEO
-
Nazir rəisi cəzalandırdı - Yerinə Əhmədovu təyin etdi
-
Rusyaya gedənlərə yeni maneə - 72 saat əvvəl bunu almalıdırar + VİDEO
-
Gecələr Bakını bir-birinə vuran motosikletçilərə - 15 sutka verildi
-
Fuad Nəcəfli Bəxtiyar Əsgərovu özünə müşavir təyin edir? - İDDİA
-
İcra başçısının 721 minlik planı... - Agentlik qarşısını aldı
-
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - TƏFƏRRÜAT
-
Ötən həftə 16 azyaşlı xilas olunub - VİDEO
-
PKK özünü ləğv etdi - Qondarma təşkilat bəyanat yaydı
-
Vətəndaşların bank kartlarından pul oğurlanıb - Xəbərdarlıq
-
Tanınmış bloqerlərin reklam etdikləri şirkətə etibar etdilər, aldandılar - VİDEO
-
DTX-dən xüsusi əməliyyat - Çox sayda terrorçu xaricdə ələ keçirilərək Azərbaycana gətirilib
-
Külək Ağcabədidə mağarı uçurdu, toy yarıda qaldı - VİDEO
-
Azərbaycanda illik ödənişi 9 min manat olan ixtisaslar var - VİDEO
-
Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
-
İstanbul danışıqları sülh razılaşmasının mümkün olub-olmadığını göstərəcək - Tramp
-
PKK terror təşkilatı ləğv olunur - Silahların təhvil verilməsi üçün komitə yaradılacaq
-
Ali məktəblərə keçid balları arta bilər - VİDEO
-
Əsli Lerikdəndir, amma ABŞ polisidir - Fotolar
-
“Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm” - Zelenski
-
“Bəzi məsələlərdə ABŞ ilə anlaşma əldə olunub“ - Abbas Əraqçi
-
“El-Klasiko“da fantastik oyun: 7 qol vuruldu
-
Prezidenti kövrəldən uşaqlar... - VİDEO
-
Nəfəs maşını insanların üzərinə sürdü, dava düşdü - VİDEO
-
Azərbaycanda toy etmək bəy və gəlin üçün 31- 64 min manata başa gəlir - Xərclərin siyahısı
-
“Tramp Avropanın Ukrayna ilə bağlı planını dəstəkləyir“ - Politico
-
FHN əhaliyə müraciət etdi - Hava ilə bağlı
-
“ABŞ-la danışıqlar çətin, lakin faydalı oldu“ - İran XİN
-
Otellərdə bir gecəlik qiymət - Şuşada 165, Laçında isə 63 manat olub
-
Türkiyə və Azərbaycan hərbçiləri Naxçıvanda təlimdə - Fotolar
-
İmtahan nəticələri nə vaxt elan olunacaq? - DİM-dən açıqlama
-
Dünya klublarının yeni reytinq cədvəli açıqlanıb - “Qarabağ” 10 pillə irəlilədi
-
Macarıstan Ukrayna ilə azlıqlar üzrə danışıqları təxirə saldı - Kiyev narahatdır
-
Britaniya kəşfiyyatında ilk - Rəhbər qadın olacaq
-
Ərdoğandan gözlənilən açıqlama gəldi - “Hazırıq”
-
Çay idxalı aşağı düşəcək: Qiymət qalxacaq? - VİDEO
-
Xudafərin körpüsündə qazıntı aparan İran vətəndaşları aşkarlandı - VİDEO
-
“Moskva sabahdan atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır“ - Zelenski
-
11 yaşlı uşağa qarşı əxlaqsızlıqda ittiham olunan Hacı Salman hadisədən əvvəl...- Sensasion fakt
-
Əlcəzair Fransanın casuslarını bir daha ölkədən qovdu - diplomatik qalmaqal böyüyür
-
Bakıda və rayonlarda yağış yağacaq - Sabahın havası
-
“Putinin danışıqlar təklifi ilk addımdır, lakin yetərli deyil“ - Makron
-
Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi - VİDEO
-
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
-
“Rusiya və Ukrayna üçün böyük həftə gəlir” - Tramp
-
Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu - Video
-
Bakıda köməkçi tikilidə yanğın - Ölən var
-
“Ərdoğandan bunu xahiş edirəm” - Vladimir Putin
-
“Düşmən əsassız müharibə aparmağa çalışdı, lakin biz layiqli cavab verdik“ - Şahbaz Şərif
-
Okean dibinin yalnız 0,001% -i öyrəniliib - Alimlər etiraf ediblər
-
Prezident onları ayaq üstə alqışladı - VİDEO
-
Bu gün imtahan var - 7 şəhər və rayonda
-
Nigar Camal 14 il sonra eyni libasda… - VİDEO
-
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşdı - VİDEO
-
“Qəzzada atəşkəsə nail olmağa çalışırıq“ - Mahmud Abbas
-
Biz bu qarşıdurmada qalib gəldik - Şahbaz Şərif
-
Prezidentin kövrəldiyi anlar - VİDEO
-
“Rusiya atəşkəs təklifini nəzərdən keçirəcək” - Peskov
-
Şuşadan Xankəndiyə kanat yolu olacaq - Prezident ilk dəfə açıqladı
-
“Taliban”dan daha bir qərar - Şahmat qadağan edildi
-
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
-
“Vətən müharibəsi həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir” - Prezident
-
Kür çayı məcrasından çıxdı: Sabirabad sakinləri çətin vəziyyətə düşdülər (VİDEO)
-
“Bizimlə bu gün hesablaşmayan sabah peşman olur” - Prezident İlham Əliyev
-
Ən bahalı 10 azərbaycanlı futbolçu - SİYAHI
-
“Hesab etdim ki, məhz bu gün burada olmalıyam” - İlham Əliyev
-
Evlərin qiyməti nə qədər bahalaşıb? - RƏSMİ
-
Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ
-
Prezident və birinci xanım Ağdam Muğam Mərkəzinin açılışında - Fotolar
-
“Rusiya atəşkəslə bağlı çağırışımıza məhəl etməsə...“ - Starmer
-
Heydər Əliyev siyasi irsinin təməl sütunları - Samir Nuriyev yazır
-
“İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək“ - Prezident
TOP 10
ARXİV