“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Xarici dövlətlərin ərazisində döyüşən azərbaycanlılara - Rəsmi xəbərdarlıq

Tarix 09.06.26, 10:57

Font ölçüsü : - / +
bitmap-img6


Məlumdur ki, mövcud beynəlxalq təhlükəsizlik mühitində daha da artan gərginlik, müxtəlif regionlarda, o cümlədən Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələr beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqdadır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, belə ərazilərdə olan Azərbaycan vətəndaşlarının silahlı toqquşmalar və hərbi əməliyyatlar nəticəsində həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları qeydə alınır.
“Bu cür hadisələr münaqişə zonalarında və onların yaxınlığında yerləşən ərazilərdə təhlükəsizlik risklərinin son dərəcə yüksək olduğunu bir daha nümayiş etdirir və həmin bölgələrə səfər edən və ya fəaliyyət göstərən vətəndaşlarımızın həyat və sağlamlığı üçün ciddi təhlükələr yaradır.
Bu kontekstdə, vətəndaşlarımıza xarici ölkələrə səfər etməzdən əvvəl təhlükəsizlik vəziyyətini diqqətlə qiymətləndirmələrinə, rəsmi dövlət qurumlarının xəbərdarlıq və tövsiyələrini nəzərə almalarına, münaqişə və hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərdən yayınmalarına bir daha çağırış edirik.
Bununla yanaşı, vətəndaşların muzdlu və ya könüllü əsasda xarici dövlətlərin ərazisində silahlı münaqişələrdə və hərbi əməliyyatlarda hər hansı bir formada iştirakının Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti ehtiva etdiyini bir daha diqqətə çatdırırıq.
Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları xaricdə olan vətəndaşlarımızın hüquq və maraqlarının müdafiəsi istiqamətində fəaliyyətlərini davam etdirir.
Bununla yanaşı, hər bir vətəndaşın öz təhlükəsizliyinə məsuliyyətlə yanaşması və yüksək riskli fəaliyyətlərdən uzaq durması xüsusi əhəmiyyət kəsb edir.
Xarici İşlər Nazirliyi beynəlxalq vəziyyətlə bağlı inkişafları diqqətlə izləməyə davam edir”, - bəyanatda qeyd olunub.



Xəbərin oxunma sayı : 928




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap