Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Xətai rayonunda saxlanılan narkokuryerlərdə 10 kq marixuana aşkar edilib - VİDEO

Tarix 18.03.24, 16:40

Font ölçüsü : - / +
bitmap-img6


Xətai rayonunda saxlanılan narkokuryerlərdən 10 kiloqramdan artıq marixuana aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyatlar zamanı paytaxt sakinləri 1994-cü il təvəllüdlü Bayram İsgəndərov və 1980-ci il təvəllüdlü Vəli Əmirov saxlanılıblar. Onlardan 10 kiloqramdan artıq marixuana aşkarlanıb. Araşdırmalarla bu şəxslərin Bakı şəhərində narkokuryerlik etdikləri məlum olub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Həmçinin Xətai rayonunda bu ilin ilk rübündə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə ümumilikdə 120 cinayət faktı qeydə alınıb. Saxlanılanlardan 23 kiloqram heroin, marixuana və digər növdən olan narkotiklər, eləcə də psixotrop maddə metamfetamin aşkar olunub.

Qeyd edilən dövr ərzində Xətai RPİ-nin əməkdaşları əməliyyat yolu ilə üç “Kalaşnikov” avtomatı, bir “Makarov” tapançası və üç ədəd “F-1” əl qumbarası da aşkar ediblər.






Xəbərin oxunma sayı : 811




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap