![]() |
|














29 min nəfər ali məktəbdən kənarda qalacaq - Ən dramatik qrup açıqlandı
Tarix 21.08.25, 16:09 |
|

Ali məktəblərə ixtisas seçimi başa çatıb. Ayrılmış plan yerləri ilə ərizəsi təsdiqlənənlərin sayı arasında kifayət qədər böyük fərq var. İxtisas seçiminin nəticələri nə vəd edir? Ümumi mənzərə necə olacaq?
Ən dramatik qrup
Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Teleqraf-a açıqlamasında bildirib ki, bu il ixtisas seçimi prosesinin yekun nəticələri ali təhsil sistemində struktur problemlərinin davam etdiyini və plan yerlərinin abituriyentlərin sayına adekvat cavab verməməsinin artıq kütləvi xarakter daşıdığını göstərir.
"Statistikaya nəzər saldıqda, I ixtisas qrupu üzrə ümumilikdə 20 385 plan yerinə qarşı 23 918 nəfər elektron ixtisas seçimini təsdiqləyib. Bu, 3533 nəfərin kənarda qalması deməkdir.
II qrupda 14 935 plan yerinə qarşı 19 039 ərizəçi var və nəticədə 4104 nəfər müsabiqədən kənarda qalacaq.
III qrupda vəziyyət daha dramatikdir: 15 583 yerə qarşı 24 414 ərizəçi qeydə alınıb və 8831 nəfərin ali təhsil almaq şansı itəcək.
IV qrupda 4732 yerə 6966 ərizəçi təsdiq verib, 2234 nəfər kəsiləcək.
Ən ağır mənzərə isə V qrupda müşahidə olunur: 4704 plan yerinə qarşı 16 517 ərizəçi olub və bu, 11 813 nəfərin qəbul ola bilməməsi deməkdir. Beləliklə, ümumilikdə təxminən 29 min nəfər ali məktəbdən kənarda qalacaq".
Bir tərəfdə sıxlıq, bir tərəfdə kadr çatışmazlığı
Kamran Əsədov qeyd edir ki, plan yerləri çoxaldılmadığı kimi ixtisaslara tələbat da balanslaşdırılmır: "Nəticədə, müəyyən ixtisaslarda yerlər boş qalır, digərlərində isə abituriyent sıxlığı süni şəkildə artır. Bu, ali təhsil siyasətinin proqnozlaşdırılmadığını və strateji yanaşmanın olmadığını bir daha sübut edir. "Təhsil haqqında” Qanunun 14.1-ci maddəsində açıq şəkildə qeyd olunur ki, dövlət təhsil sistemi əmək bazarının tələblərinə uyğun formalaşdırılır. Halbuki, reallıqda əmək bazarının sorğuları ilə ali təhsil planlaşdırılması arasında heç bir əlaqə yoxdur. Əmək bazarı hüquqşünas, beynəlxalq münasibətlər üzrə mütəxəssis, pedaqoq bolluğu ilə dolub, amma mühəndislik, texnologiya və innovasiya ixtisaslarında kəskin kadr çatışmazlığı davam edir. Bu, qanunun tələblərinin icra olunmadığını göstərir".
Abituriyentlər daha çox "populyar” sahələrə yönəlir, dövlət isə bu marağı idarə edə bilmir
Təhsil eksperti prosesdə diqqət çəkən müsbət məqamların olduğunu da vurğulayıb: "Bununla yanaşı, müsbət məqam kimi yalnız o deyilə bilər ki, bəzi ixtisas qruplarında (məsələn, I qrup) plan yerlərinin ərizəçi sayına nisbətən yaxın olması qəbul imkanlarını artırır və kəsilmə nisbəti azdır. Bu, ən azından texniki sahələr üzrə dövlətin müəyyən qədər planlaşdırma apardığını göstərir. Lakin burada belə mühəndislik ixtisaslarının bir qisminə marağın az olması səbəbindən yerlərin boş qalma ehtimalı da mövcuddur. Yəni bu "müsbət tərəf” əslində gizli bir çatışmazlığı da özündə daşıyır: abituriyentlər daha çox "populyar” sahələrə yönəlir, dövlət isə bu marağı idarə edə bilmir".
Dünya təcrübəsi ilə müqayisədə bizim model necə görünür?
Kamran Əsədovun sözlərinə görə, dünya təcrübəsinə baxanda Azərbaycan modelinin qeyri-sabitliyi daha da aydın görünür: "Məsələn, Almaniyada "dual system” adlanan təhsil modeli əsasında abituriyentlərin bir qismi peşə və texniki təhsilə yönləndirilir və bu, ali təhsil üzərində yüklənməni azaldır. Finlandiyada isə ali təhsil planlaşdırılması hökumətin əmək bazarı ilə birlikdə hazırladığı illik proqnozlara əsaslanır, hansı sahədə nə qədər mütəxəssisə ehtiyac olduğu əvvəlcədən müəyyənləşdirilir. Türkiyədə Türkiyənin Yüksək Öyrətim Kurulu (YÖK) hər il ixtisas plan yerlərini əmək bazarının təhlilinə əsasən dəyişir. Azərbaycanda isə belə proqnozlaşdırma və elastik mexanizm yoxdur, nəticədə ixtisas seçimi bir növ "təxmin və şans oyunu”na çevrilib".
Gənc və valideyn bu məsələləri bilmədən seçim edir
Ekspertin sözlərinə görə, Elm və Təhsil Nazirliyi bu sahədə heç bir maarifləndirmə işi aparmır. İxtisas seçiminə girən on minlərlə gənc və valideyn təhlil, tədris bazarı, əmək bazarının proqnozu barədə məlumat almadan seçim edir: "Nazirliyin özünün rəsmi saytında belə ixtisaslar üzrə gələcək karyera imkanları ilə bağlı sadə məlumatlandırma bölməsi yoxdur. Nə planlar var, nə də proqnozlar. Bu, gənclərin həyat yolunun tamamilə təsadüfi seçimlər üzərində qurulmasına səbəb olur. Halbuki, bu proses dövlətin üzərinə məsuliyyət qoyur".
Yekun olaraq bu il ixtisas seçimi nəticələri hansı mənzərəni vəd edir?
O qeyd edib ki, minlərlə abituriyent ali məktəbdən kənarda qalacaq və işsizlik ordusuna əlavə olunacaq: "Dəyişməli olan isə dövlətin yanaşmasıdır. Əmək bazarı ilə ali təhsil planlaşdırılması birləşdirilməli, illik proqnozlar hazırlanmalı, ixtisasların seçimi ilə bağlı geniş maarifləndirmə proqramları tətbiq olunmalıdır. Əks halda, ali təhsilin miqyası artsa da, keyfiyyəti və nəticəsi heç vaxt gözlənilən səviyyəyə çatmayacaq".
Xəbərin oxunma sayı : 208
Sosial
Xəbərlər
-
25 il yaşadığı qadının başına pult çırpıb Türkiyəyə getdi - Qayıdanda həbs edildi
-
Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür - 314 min manata
-
Ağdərədəki yanğın zamanı mina partladı - Xəsarət alan var
-
Qadın QHT sədri məsuliyyətə cəlb edildi - Nədə ittiham olunur? + FOTO
-
İnternetlə bağlı problemin səbəbi kiberhücum olub - Rəsmi
-
Podolyakdan sensasion etiraf: “Ukrayna müharibəni dondura bilər”
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir ETX-nin rəisini işdən çıxardı - Yerinə Zeynalovu təyin etdi + FOTOLAR
-
“Həyat yoldaşımın başını kəsdilər“ - Ermənilərin girov götürdüyü azərbaycanlı
-
Rəqsanə İsmayılovanın şikayəti təmin olunmadı - Azı 4 ay həbsdəq alacaq
-
29 min nəfər ali məktəbdən kənarda qalacaq - Ən dramatik qrup açıqlandı
-
Ərdoğan və Makron arasında telefon danışığı olub - Nə müzakirə edilib?
-
Azərbaycanda internet problemi: Nə baş verir?
-
Universitetlərə yerləşdirmənin nəticələri nə vaxt elan olunacaq? - DİM
-
Bu yolda 6 aydır təmir gedir: “Keçilməz sədd“ə çevirilib (VİDEO)
-
Türkiyədən İsrailə qadağa - Gəmilərin giriş-çıxışına icazə verilməyəcək
-
Hökməli qəsəbəsində sənədsiz evləri tikən Xamis adlı şəxs kimdir? - FOTO/VİDEO
-
“Mənfur Minsk qrupu artıq son günlərini yaşayır“ - Prezident
-
Beyləqanda əmək yarmarkası keçirildi - FOTOLAR
-
“Ermənistan-ABŞ birgə şirkəti yola nəzarət etməyəcək, onu idarə edəcək“ - Paşinyan
-
“Azərsun Holdinq“in mağazalar şəbəkəsində yoxlama və... - Nə qədər borc var?
-
“Ulduz”u sönən məşhurlar - Qətl, şantaj, dələduzluq...
-
Ermənistana niyə pulsuz silah verilirdi? - Prezident səbəbini açıqladı
-
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir - Sərəncam
-
“Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək“ - Prezident
-
Azərbaycanın hansı rayonunda nə qədər kartof yığılıb? - Tam siyahı
-
Nazirlik cimərliyə gedənlərə xəbərdarlıq etdi - TƏHLÜKƏLİDİR
-
Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat (FOTO)
-
Tikinti materiallarının ölçüsündə vətəndaşları aldadanları nə gözləyir? - Açıqlama
-
Narkotik qəbul edib qəza törətdi - Həbs olundu
-
Güclü külək, leysan yağış olacaq - XƏBƏRDARLIQ
-
Satdığı dönərdən 20 nəfər zəhərləndi - Həmin kafe bağlandı
-
Prezident Kəlbəcər şəhərində - Yaşayış komplekslərinin təməlləri qoyuldu
-
Azərbaycanda hansı sahələrdə nə qədər maaş verilir? - Tam siyahı
-
Sumqayıtda silahlı insident: Saxlanılan var
-
Viləşçay su anbarında batan var - Axtarışlar gedir
-
Azərbaycanın ət idxalını azaltması qiymətlərə təsir edəcək? - VİDEO
-
Müğənni Aygün Bayramova Kənan Mahmudovdan ayrılıb? - İDDİA
-
Paytaxtın bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Novxanıda dənizin satılması ilə bağlı elan paylaşıldı - Rəsmi açıqlama
-
“NATO Ukrayna üçün təhlükəsizlik planlarının hazırlanmasında iştirak etməyəcək“ - KİV
-
Azərbaycana iki milyondan çox Rusiya vətəndaşı gəlib - Dövlət Komitəsi
-
Hövsanda 31 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var
-
“İsrailin Qəzzadakı əməliyyatı fəlakətlə nəticələnəcək“ - Makron
-
Növbəti iki gündə külək güclənəcək - XƏBƏRDARLIQ
-
Sumqayıt şəhərinin bir hissəsində su olmayacaq - Xəbərdarlıq
-
Hansı bölgələrdə insanlar içkiyə daha çox pul xərcləyiblər? - Rəsmi məlumat
-
5 aydır itkin düşmüşdü - Polis qətlə yetirildiyini müəyyən etdi
-
“Mən şəxsən Rəqsanə və əri ilə görüşüb pulları vermişəm” - Şikayətçi danışdı + VİDEO
-
Zəngəzur dəhlizi ilə bağlı tarixi addım - Dəmir yolunun təməli atılır
-
Britaniya 5 təşkilata sanksiya tətbiq edib - Rusiyaya sanksiyalardan yayınmağa kömək ediblər
-
Azərbaycanda 3 medal satışa çıxarıldı - FOTOLAR
-
Liftin şaxtasından mənzilə girdi - 13 823 manatlıq oğurluq etdi
-
Bakı metrosunun Müşahidə Şurasının tərkibi dəyişdi - Yeni təyinatlar
-
Prezident və birinci xanım Gəncəyə səfər etdi - FOTOLAR
-
Xəzərdəki bu ada Abşerona birləşəcək - AÇIQLAMA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Paytaxtın iki ünvanında avtobus zolağından minib-düşmə yeri yaradıldı - Fotolar
-
İki rayona prokuror təyin edildi - Baş prokuror Əmr imzalayıb
-
FHN filtr istehsalı sexinin fəaliyyətini dayandırdı - VİDEO
-
Putin Ərdoğana zəng etdi - Ukrayna ətrafındakı vəziyyət müzakirə olunub
-
Binəqədi İcra Hakimiyyətinin baş məsləhətçisi milyonluq obyektə sahibdir - SƏNƏD
-
Aqil Ələsgər İstanbulda mükafata layiq görüldü - FOTO/VİDEO
-
Çin-Hindistan gərginliyinə son: Tarixi normallaşma başlayır
-
Bir vəkilin fəaliyyətinə xitam verildi - Altısına xəbərdarlıq edildi
-
ABŞ 6000-dən çox tələbə vizasını ləğv edib - Dövlət Departamenti
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Bu qəzet fəaliyyətini dayandırdı - Əksər işçilər “Xalq“a keçdi
-
60 yaşlı kişi qətlə yetirildi - Bacısı oğlu saxlanıldı
-
İran dörd həftə ərzində nüvə silahı hazırlaya bilərdi - Tramp
-
Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir - Statistika
-
“Putin Zelenski ilə görüşə hazır deyil - “CNN“
-
35 min manat dəyərində günəş panelləri oğurlandı - 3 nəfər saxlanıldı
-
Bakıda ŞOK OLAY: Sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi DÖYDÜ
-
“10-a yaxın ölkə Ukraynaya qoşun göndərməyə hazırdır” - “Bloomberg”
-
Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı azaldı - SƏBƏB....
-
Hərbi Prokurorluqda yenilik - Etimad xətti yaradıldı
-
Ötən il 38 qızqaçırma olub - Bir ilin cinayətləri
-
Bakıda yeni tibb müəssisəsi inşa edilir - 26 milyona başa gələcək
-
Müğənni Rəqsanənin həbsinə dair iddialar: Aysun son nöqtəni qoydu - VİDEO
-
Vəzifəlilərlə əlbir olan iş adamına bu cəza verildi - 35 şirkəti var
-
“Qarabağ“ın möhtəşəm qələbəsi - VİDEO
-
İxtisas seçimi başa çatdı - Ən çox rəqabət bu qruplardadır
-
Bakıda ən bahalı torpaq sahələri bu ərazilərdə satılır - VİDEO
-
Azərbaycan ət idxalını 18 faiz azaldıb - Komitə
-
Çempionlar Liqası: “Qarabağ“ “Ferentsvaroş“ səfərində inamlı qələbə qazanıb
-
Zelenski və Putin danışıqlar masasına oturmağa hazırdır - Ağ Ev
-
Aygün Kazımovadan yeni klip - Özü çəkilməyib
-
“Qəzza ilə bağlı danışıqlarda irəliləyiş var“ - Misir XİN
-
İki rayonda qaz fasilələrlə veriləcək - XƏBƏRDARLIQ
-
“Dalga Beach“də işləmiş bir qrup işçi maaşlarını ala bilmirlər - VİDEO
-
Avtobus dayanacağında antisanitar vəziyyət hökm sürür - VİDEO
-
Suqovuşan kilsəsinin sirri: Alban irsi üzərində erməni saxtakarlığı
-
Gəncədə 15 yaşlı oğlan qətlə yetirildi - Həmyaşıdı saxlanıldı
-
Nazirlik o görüntülərlə bağlı açıqlama yaydı - Həkim deyilmiş
-
Dünyada ən çox qızıl bu ölkələrdədir - Bəs Azərbaycan neçəncidir?
-
İşə düzəltmək adı ilə 100 minlik dələduzluq - Qazi həbs edildi
-
Vardanyanın məhkəməsində zərərçəkmişlər danışdı - Fotolar
-
“Özündən 10 dəfə böyük ölkə ilə münaqişəyə girməməlisən“ - Tramp
-
18 kq 500 qram narkotik vasitə aşkarlandı - DİN-dən əməliyyat
-
Prokurorluq estetik əməliyyat proseduru ilə bağlı yayılan görüntünü araşdırır - VİDEO
-
“Rusiya heç vaxt Krım, Donbas və ya Novorossiyanı ələ keçirmək istəməyib“ - Lavrov
-
Şagirdlərin elektron yerdəyişməsi: müddət uzadılıb
-
Azərbaycanın dövlət borcu ilə bağlı proqnoz AÇIQLANDI
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Ölkəyə mal gətirən sahibkarlardan nazirlik rəsmiləri pulu belə alıb - MƏHKƏMƏ İŞİ
-
Azərbaycana ən çox hansı ölkələrdən səfər edirlər? - Siyahı
-
“TamStore”də müştəriləri aldadırlar - İşə məhkəmə baxacaq
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Magistraturaya boş qalan yerlərə 617 nəfər qəbul olunub - DİM açıqlama yaydı
-
Bakıda cütlük nişan günü ayrıldı - Film kimi məhkəmə
-
Qazla əlaqədar yeni sabit aylıq tarif olacaq - Nə vaxtdan tətbiq ediləcək?
-
Tramp Avropa liderlərini bu cür qəbul etdi - Fotolar böyük rezonans doğurdu
-
AFFA buna görə klublara pul ödəyəcək - MƏBLƏĞ
-
Əməliyyat zamanı daha bir biabırçılıq: Xəstənin çılpaq görüntüləri yayıldı – VİDEO
-
46 yaşlı kişi qətlə yetirilib - Qadın şübhəli qismində saxlanılıb
-
Zəngəzur dəhlizinin təhlükəsizliyini Ermənistan təmin edəcək - Paşinyan açıqladı
-
Bu şirkətin anbardarı həbs edilib - 50 minlik yeyinti
-
Tərtərdəki əməliyyatda həbs edilən məmur azadlığa buraxıldı - FOTO
-
“Avropa, NATO və Ukrayna ilə olan birlik qalib gəldi“ - Poroşenko
TOP 10
ARXİV