“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Beyləqanda əmək yarmarkası keçirildi - FOTOLAR

Tarix 21.08.25, 14:02

Font ölçüsü : - / +
bitmap-img6


Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün əmək yarmarkası keçirilib.

AzFakt.com xəbər verir ki, Beyləqan rayon Olimpiya İdman Kompleksində keçirlən əmək yarmarkasında RİH başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Mil-Muğan Regional Məşğulluq filialının müdiri vəzifəsini müvəqqəti icra edən Ruslan Məmmədli, rayonda fəaliyyət göstərən müəssisə və təşkilatların əməkdaşları, rayon sakinləri iştirak ediblər.

Əziz Əzizov yarmarkanın açılış mərasimində çıxış edərək ölkədə sosial-iqtisadi inkişafın və regionlarda həyata keçirilən dövlət proqramlarının yeni məşğulluq imkanları yaratdığını bildirib. O, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işsiz və işaxtaran şəxslərin işlə təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

Daha sonra tədbir iştirakçıları yarmarka ilə tanış olub.

Qeyd edək ki, yarmarkada 15 müəssisə üzrə müxtəlif sahələr istiqamətində 115 vakansiya təqdim olunub. Yarmarkada iştirak edən şəxslərə vakansiyalar üzrə iş öhdəlikləri barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.

Tədbirdə həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə də məlumat verilib, müraciət etmək istəyən vətəndaşlarla ilkin sorğular aparılıb.







Xəbərin oxunma sayı : 229




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap