“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycanın hansı rayonunda nə qədər kartof yığılıb? - Tam siyahı

Tarix 21.08.25, 12:06

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar–iyul aylarında Azərbaycanda 611,1 min ton kartof yığılıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 min ton və ya 2,1% çoxdur. 
Ən çox məhsul Şəmkir (161,3 min ton), Tovuz (124,6 min ton) və Cəlilabad rayonlarında (93 min ton) əldə edilib. Ən az kartof yığımı isə Sumqayıt şəhərində (4 ton), Xızı (7 ton) və Qaradağ (4,5 ton) rayonlarında qeydə alınıb.
Ötən illə müqayisədə ən böyük artım Ağdərə rayonunda qeydə alınıb. Bu rayonda yığılan kartof 126 dəfə artaraq 11,9 tondan 1500 tona çatıb. Qazax rayonunda da böyük artım müşahidə olunub. Bu rayonda məhsul yığımı 6,7 dəfə artaraq 4,4 min tondan 29,6 min tona yüksəlib. 
Ən çox azalma isə Tovuz rayonunda baş verib – 147,9 min tondan 124,6 min tona enməklə 23,3 min ton və ya 15,8 faiz azalıb. Xaçmaz rayonunda isə məhsul yığımı 4 320,7 tondan 3 517,7 tona düşüb. Kürdəmir rayonunda isə 6 426 tondan 4 005 tona enib.
Bu ilin ilk 7 ayı ərzində Azərbaycanın şəhər və rayonlarında kartof yığımı üzrə göstəricilər belə olub:
Şəmkir rayonu – 161298,5 ton
Tovuz rayonu – 124562,0 ton
Cəlilabad rayonu – 93044,0 ton
Sabirabad rayonu – 20664,0 ton
Zaqatala rayonu – 19940,8 ton
Masallı rayonu – 16319,0 ton
Qazax rayonu – 29650,0 ton
Şəki rayonu – 8872,3 ton
Şərur rayonu – 9420,0 ton
Saatlı rayonu – 8490,6 ton
Ağstafa rayonu – 8611,8 ton
Astara rayonu – 7004,0 ton
Lerik rayonu – 6525,0 ton
Salyan rayonu – 6575,0 ton
Zərdab rayonu – 3971,6 ton
Ucar rayonu – 3941,5 ton
Beyləqan rayonu – 3890,0 ton
Qəbələ rayonu – 3671,9 ton
Xaçmaz rayonu – 3517,7 ton
Yardımlı rayonu – 3357,0 ton
İsmayıllı rayonu – 3317,0 ton
Balakən rayonu – 3011,0 ton
Oğuz rayonu – 2837,1 ton
Qax rayonu – 2835,8 ton
Göyçay rayonu – 2745,0 ton
Ağdam rayonu – 4351,0 ton
Tərtər rayonu – 4534,8 ton
Füzuli rayonu – 2099,7 ton
Şamaxı rayonu – 2104,0 ton
Bərdə rayonu – 2006,0 ton
Biləsuvar rayonu – 2240,4 ton
Ağdaş rayonu – 2290,8 ton
Yevlax rayonu – 1766,4 ton
Gədəbəy rayonu – 1586,0 ton
Neftçala rayonu – 1538,8 ton
Ağdərə rayonu – 1500,0 ton
Samux rayonu – 1495,4 ton
Ağsu rayonu – 1622,4 ton
Goranboy rayonu – 1176,0 ton
İmişli rayonu – 1001,4 ton
Quba rayonu – 1062,0 ton
Göygöl rayonu – 791,9 ton
Xocalı rayonu – 735,0 ton
Şabran rayonu – 905,4 ton
Cəbrayıl rayonu – 605,5 ton
Qobustan rayonu – 352,0 ton
Babək rayonu – 374,0 ton
Kəngərli rayonu – 297,0 ton
Sədərək rayonu – 294,0 ton
Ordubad rayonu – 240,0 ton
Culfa rayonu – 147,0 ton
Abşeron rayonu – 92,1 ton
Siyəzən rayonu – 99,0 ton
Hacıqabul rayonu – 111,8 ton
Şahbuz rayonu – 46,8 ton
Xəzər rayonu – 45,0 ton
Mingəçevir şəhəri – 32,0 ton
Naftalan şəhəri – 29,7 ton
Zəngilan rayonu – 23,2 ton
Naxçıvan şəhəri – 17,0 ton
Pirallahı rayonu – 13,5 ton
Şirvan şəhəri – 9,4 ton
Xızı rayonu – 7,0 ton
Qaradağ rayonu – 4,5 ton
Sumqayıt şəhəri – 4,0 ton



Xəbərin oxunma sayı : 232




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap