“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Qadın QHT sədri məsuliyyətə cəlb edildi - Nədə ittiham olunur? + FOTO

Tarix 21.08.25, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


Neftçala rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib.

AzFakt.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayonun hazırda həbsdə olan eks-icra başçısı İsmayıl Vəliyevin dövründə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsini icra edən Gülqədəm Mirzəzadə mənimsəmədə ittiham olunur.

Prokurorluq tərəfindən aparılan araşdırma zamanı onun qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda vəsaiti mənimsədiyi müəyyən edilib. Təqsirləndirilən şəxs həbsdə deyil, məhkəməyə qədər barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib.

G.Mirzəzadə 2015-ci ildən indiyədək “Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” ictimai birliyinin sədridir.

İş üzrə ilkin istintaq tamamlanıb.Təqsiri sübuta yetiriləcəyi halda xanım müttəhimi 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bakupost.az

Bakupost.az Gülqədəm Mirzəzadənin fəaliyyəti əsasən İsmayıl Vəliyevin dövrü ilə bağlıdır. Onu elə İ.Vəliyev Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsinə təyin edib. Fəaliyyəti dövründə müxtəlif qalmaqallarda adı hallanıb. Mediada onun borcunu istəyən vətəndaşı döyməsi, diplomunun saxta olması barədə iddialar yayılıb. İ.Vəliyev həbs edildikdən sonra G.Mirzəzadə 2 il kənd icra nümayəndəsi kimi fəaliyyətini davam etdirib. Xatırladaq ki, korrupsiya cinayətlərində təqsirli bilinən İsmayıl Vəliyevə 6 il 2 ay həbs cəzası verilib.



Xəbərin oxunma sayı : 418




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap