“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyuldu - İş adamı məhkəməyə üz tutdu

Tarix 15.08.25, 16:56

Font ölçüsü : - / +
bitmap-img6


"Şərur" Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyulub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş adamına məxsus 9 avtomobilə Bakı şəhəri, Nərimanov rayon İcra Şöbəsinin icra məmuru tərəfindən həbs qoyulub. 

İsfəndiyar Axundovun avtomobillərinə həbs qoyulmasına səbəb isə 482.000 ABŞ dollar borcun olmasıdır. 

"Şərur" Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyulduğu üçün Nərimanov Rayon Məhkəməsində üz tutmalı olub. 

Məhkəmədə İ.Axundovun nümayəndəsi iddia qaldırıb ki, icra sənədi üzrə borcun məbləği 482.000 ABŞ dolları olduğu halda, həmin avtomobillərin ümumi dəyəri həmin borcun məbləğindən dəfələrlə artıqdır.

Üzərinə həbs qoyulmuş avtomobillərdən birinin təxmini satış qiyməti 142.000 ABŞ dolları, təkcə "Lamborghini Plug-İn Hibrid” hibrid minik markalı 10-P0-200 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qiyməti 550.000 ABŞ dolları təşkil edib. 

Aşağıdakı avtomobillərə də həbs qoyulub:
 
- "Lx 600” MİNİK markalı, "AA” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;
- "Lamborghini” markalı "YA” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi; 
- "Toyota Hilux minik” markalı, "PZ” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;
- "Jiusheng Js-Hqcd25t056 Xüsusi.Təy” markalı, "JN” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,
- "Kia Rio minik” markalı, "PF” və "PZ” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, 
- "Kia Carnival” markalı, "AT” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi.
 

Məhkəmədə İ.Axundovun nümayəndədi bildirib ki, üzərinə həbs qoyulmuş yalnız iki avtomobilin qiyməti belə borcun məbləğindən yüksəkdir: 

"Faktiki olaraq aktiv istifadəsində olan 9 avtomobilin üzərinə icra məmuru tərəfindən əsassız olaraq həbs qoyulması "Şərur" MTK-nın iş fəaliyyətinə mane olur". 

İ.Axundovun nümayəndəsi onu da deyib ki, avtomobillərə məhkəmə tərəfindən deyil, icra məmuru tərəfindən həbs qoyulması qanunsuz hesab edilməlidir. 

Məhkəmə "Şərur" MTK-nın balansında olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmas barədə qərarı qanunsuz hesab edərək ləğv edib. Nərimanov Rayon İcra Şöbəsi tərəfindən yenidən məhkəməyə üz tutulacağı istisna edilməyib. 

"Şərur" Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundov Qaynarinfo-ya açıqlamasında avtomobillərinə həbs qoyulması ilə bağlı məlumata belə şərh verib: "Yalandır, əlimdə məhkəmə qərarı var".



Xəbərin oxunma sayı : 292




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap