“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Sınaq dövrü başa çatdı - Azərbaycanda da kriptovalyutalardan istifadə ediləcək?

Tarix 14.08.25, 14:27

Font ölçüsü : - / +
bitmap-img6


“Mərkəzi Bank xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrlərinin başa çatdığını bəyan edib. Sınaq müddətində 4 innovativ məhsulun qiymətləndirilməsi həyata keçirilib. 2 istiqamət üzrə qiymətləndirmə nəticələri uğurlu hesab olunub, digərləri üzrə məqsədəuyğun hesab edilməyib”.

AzFakt.com xəbər verir ki, bunu iqtisadçı, deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, dəstəklənən layihələr məhz kriptovalyuta əməliyyatları ilə bağlıdır: “Belə ki, kriptovalyuta əməliyyatlarını daha təhlükəsiz və şəffaf şəkildə icra etmək üçün “m10” tətbiqinin “Binance” platformasına inteqrasiyasını nəzərdə tutulur. İstifadəçilər bu inteqrasiya vasitəsilə “Binance” cüzdanlarına mədaxil və məxaric edə bilərlər. Digər layihə "kriptobroker platforması” virtual aktivlərinin asan və təhlükəsiz şəkildə alışı, satışı və saxlanılması imkanlarını yaradır. Xüsusi tənzimləmə rejimi çərçivəsində sınaqların keçirilməsində məqsəd həmçinin bu istiqamətdə normativ-hüquqi bazanı formalaşdırmaq və təkmilləşdirməkdir”.

Ekspert xatırladır ki, Mərkəzi Bank hələ 2019-cu ildən blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsinin icrasına başlayıb.

O, hesab edir ki, blokçeyn texnologiyasının tam tətbiqi imkanlarının araşdırılması virtual pul bazarının inkişafı baxımdan vacibdir.

“Mərkəzi Bankın test layihələri daha yaxın gələcəkdə Azərbaycanda kriptovalyutaların buraxılması və istifadəsinə imkan yarada bilər. Qlobal maliyyə əməliyyatları intensiv şəkildə virtuallaşdığı üçün Azərbaycanda da kriptovalyutalardan istifadə və sistem inteqrasiyası əsas çağrışlardan biridir”, - V.Bayramov qeyd edib.



Xəbərin oxunma sayı : 460




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap