![]() |
|














Sənədsiz evlərə “yaşıl işıq” - Amnistiya yaxınlaşır
Tarix 15.08.25, 14:04 |
|

Azərbaycanda illərdir müzakirə olunan sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsində mühüm irəliləyiş gözlənilir. Milli Məclisin deputatı Vüqar Bayramovun verdiyi məlumata görə, hökumət bu istiqamətdə konsepsiya üzərində işləri tamamlayır və amnistiya qərarı artıq gündəmdədir.
AzFakt.com xəbər verir ki, deputat 1news.az-a bildirib ki, amnistiya 2 mərhələdə həyata keçiriləcək və nəticədə təxminən 100 min qeydiyyatsız ev sənədləşdiriləcək:
“Bu, yüz minlərlə ailəyə evlərini rəsmi şəkildə dövlət qeydiyyatına almaq imkanı verəcək”, – deyə Bayramov vurğulayıb. Lakin prosesin uzanmasının səbəbləri də var. Qeydiyyata düşəcək evlərin bir hissəsi təhlükəli zonalarda yerləşir – neft boru kəmərlərinin, iri dəmir yolu xətlərinin və yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında inşa edilən evlərin sənədləşdirilməsi xüsusi yanaşma tələb edir. Bəzi hallarda elektrik xətləri yeraltı kabel ilə əvəz edilə bilər. Ancaq neft kəmərlərinə yaxın tikililər üzrə daha sərt təhlükəsizlik tədbirləri görülməlidir.
Deputat hesab edir ki, hökumət daxilində aparılan müzakirələr və əldə olunan razılıqlar yaxın vaxtlarda sənədsiz evlərin rəsmiləşdirilməsi prosesinin başlanacağına işarədir.
Musavat.com olaraq mövzuya dair geniş şərhləri təqdim edir:
Musavat.com xatırladır ki, ötən ay isə digər deputat Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə sənədsiz evlər məsələsini qalıdırmışdı. Demişdi ki, Azərbaycanda sənədsiz evlərin sayı 500 mindən çoxdur. Deputat qeyd etmişdi ki, regionlarda bu say daha da çoxdur:
“Sənədsiz evlərin sığortalanması da mümkün olmur. Misal olaraq, payız-qış mövsümündə güclü yağışlar səbəbindən Sabunçuda çox sayda evlər subasmaya məruz qaldı. Yaşayış sahələrinə ciddi ziyan dəydi. Həmin ərazidə 30-dan artıq zərərçəkənlə görüşdük, amma heç bir dəstək göstərə bilmədik. Çünki evlərinin sənədləri yox idi”.
Deputat əlavə etmişdi ki, həmin ərazilərdə olan evlərə eyni zamanda neftli suların dolması vəziyyəti daha da acınacaqlı edib: “Həmin evlərin böyük əksəriyyəti Balaxanı neft buruqlarından çıxan qurunt sularının axdığı kanalların üzərində tikilib. Həmin kanalların təmizlənməsinə ehtiyac var. Sənədsiz evlərin problemi öz həllini tapmalıdır”.
Azərbaycan vətəndaşlarının illərdir üzləşdiyi əsas sosial-iqtisadi paradokslardan biri “kupça”sız evlər problemidir. Hazırda ölkədə yarım milyon Azərbaycan vətəndaşı evinə, torpağına “kupça” alacağı günü gözləyir. Bu absurd vəziyyət hələ də milyonlarla insanın hüquqi sabitliyini sual altına qoyur. Prezident İlham Əliyev “kupça” problemini dəfələrlə gündəmə gətirib. O, 2019-cu ilin dekabrında çıxışında açıq şəkildə demişdi: “Kupça”sız evlərə görə insanlar əziyyət çəkirlər. Biz bu məsələnin həllində çox çevik olmalıyıq... Hər bir vətəndaşın əmlakı rəsmiləşdirilməlidir!” Bu çıxışdan az sonra, 2020-ci il martın 4-də Prezident “Daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi və sürətləndirilməsi haqqında” fərman imzaladı. Fərmana əsasən, qeyri-rəsmi tikililərin və torpaq sahələrinin sənədləşməsi üçün yeni mexanizmlər tətbiq edilməli idi. Amma...
Bu gün, 2025-ci ilin avqustuna kimi həmin fərmanın icrasına dair real nəticələr hələ də cəmiyyətə hiss etdirilmir. Hələ də milyonlarla insan evində yaşayır, amma çıxarışı, yəni “kupça”sı yoxdur.
Rəsmi hesablamalara görə, hazırda ölkədə 1.2 milyondan çox yaşayış və qeyri-yaşayış sahəsi “kupça”sızdır. Bu, daşınmaz əmlakların 30 faizindən çoxudur. Əmlak vergisi “kupça”ya əsasən hesablandığı üçün bu o deməkdir ki, dövlət hər il 100 milyonlarla manat vergi gəlirindən məhrum olur. Azərbaycan Dövlət İqtisad Universitetinin ekspertlərinin hesablamasına görə, əgər bütün daşınmaz əmlak “kupça”lanarsa, dövlət illik minimum 250 milyon manat əlavə gəlir əldə edə bilər. Bu, təxminən 5 rayonda infrastruktur layihələrini maliyyələşdirmək üçün kifayət edər. “Kupça” problemi təkcə sənəd deyil, həm də hüquq və təhlükəsizlik məsələsidir. “Kupça”sız ev hüquqsuz və zəmanətsiz evdir. Heç bir bank “kupça”sız evə kredit vermir. Heç bir məhkəmə “kupça”sız evə hüquqi toxunulmazlıq tanımır. Və heç bir sığorta şirkəti belə evləri etibarlı sayıb sığortalamır. Hələ bu azmış kimi, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin və tikinti mafiyasının maraqları üst-üstə düşəndə “kupça”sız evin sökülməsi an məsələsi olur. Əmlak Məsələləri Dövlət Xidmətinin əsas funksiyası daşınmaz əmlakın qeydiyyatı, “kupça”ların verilməsi, torpaq islahatları və əmlak idarəçiliyidir. İllərdir “elektron xidmət”, “sadələşdirilmiş prosedur” adı altında yüzlərlə kampaniya keçirilsə də, milyonlarla vətəndaşın “kupça” problemi həllini tapmayıb. Əmlak Məsələləri Dövlət Xidməti 2020-ci ildən İqtisadiyyat Nazirliyinin tabeliyindədir. Xidmət İqtisadiyyat Nazirliyinin tabeliyinə veriləndən sonra gözləntilər vardı ki, ortaya sistemli yanaşma qoyulacaq. Çox təəssüf ki, hələ də bu gözləntilər doğrulmayıb. “Kupça” məsələsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də keçir. Bu dövlət orqanı tikinti sənədlərinin və planlarının təsdiqi məsələlərinə cavabdehdir. Yeni tikililərin çoxunun “kupça”sız qalmasında bu qurumun “bürokratiyası” və qeyri-şəffaf mexanizmləri də müstəsna rol oynayır. Əhalinin çoxu torpaq alqı-satqısını bələdiyyə aktı ilə həyata keçirir. Amma bu sənəd yalnız bələdiyyə səviyyəsində keçərlidir. Dövlət qeydiyyatı olmadığı üçün “kupça” verilmir. Bəzi hallarda bələdiyyə torpağı adlandırılan sahələr 10-15 il öncə özbaşına satılıb, bu gün bu ərazilərin sənədləşdirilməsi də bu səbəblə aparılmır. “Kupça” məsələsi təkcə bir sənədin yoxluğu deyil. Bu, vətəndaşın dövlətə inamının yoxluğu, hüquqlarının pozulması və iqtisadi ədalətsizliyin göstəricisidir. Prezidentin sərəncamları nəhayət ki, tətbiq olunmalı, xalqın “kupça” haqqı gerçəkləşməlidir. Əgər dövlət orqanları bir evin hüquqi statusunu 20 ilə həll edə bilmirsə, hansı inkişafdan danışmaq olar? Əmlak varsa, əmlaka dair sənədi də dövlət vətəndaşa təqdim etməlidir. Vətəndaş varsa, hüququ da tanınmalıdır.
Xəbərin oxunma sayı : 367
Sosial
Xəbərlər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyuldu - İş adamı məhkəməyə üz tutdu
-
Azərbaycan təbii qazı hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
-
Qurban Məmmədov, Tural Sadıqlı və... - Cinayət işi üzrə istintaq başa çatıb
-
Xaqan və xalqın birliyi - vətənin diriliyi - Adəm İsmayıl BAKUVİ yazır
-
Tramp ölkələr üçün hər şeyi həll edən fiqur rolunu oynamağı sevir - Politico
-
Lombard Dilarə Bağırova Ədliyyə naziri Fərid Əhmədovu şantaj edir? - İginc iddia
-
Azərbaycanda nikahlar artıb, boşanmalar azalıb - Statistika
-
Müəllimlik ixtisaslarında təhsil haqları nə qədər bahalaşıb? - QİYMƏTLƏR
-
İki qardaşdan 600 minlik dələduzluq - Pulları necə ələ keçiriblər?
-
Əhmədlidə torpaqları və kiçik parkları satan Kamal Quluzadə və dayısı...
-
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım - Fotolar
-
Sənədsiz evlərə “yaşıl işıq” - Amnistiya yaxınlaşır
-
“Hacıqabul Quşçuluq Şirkəti” ilə bağlı ilginc iddia: Köhnə yumurtalar yeni tarixlə satılır?
-
Ağdərənin Kolatağ kəndinə ilk köç yola düşdü – Fotolar
-
Qazaxıstanda ailə-klan hakimiyyətinə son qoyulub -Tokayev
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Alyaskaya üzərində “СССР” yazılı köynəklə getdi - VİDEO
-
Polis Yasamalda əməliyyat keçirdi - Qardaşlar tutuldu
-
37 yaşlı kişi 9-cu sinif şagirdini şantaj edib zorladı - Salyanda iyrənc olay
-
“Rusiya Ermənistanı “Tramp yolu”nun yaradılmasında dəstəkləyir” - Overçuk
-
Qonşusunun pişiyindən şikayət etdi - Həbs edildi
-
Xocalıya köçənlərə 5 hektar torpaq veriləcək - DETALLAR
-
Abşeron rayon Hökməli qəsəbəsində sənədsiz evləri kimlər inşa edi? - VİDEO/FOTO
-
“Şarm KO” MMC-nin külli miqdarda vergi borcu var - 330 min
-
Xətai rayonunda tullantı sularının axdığı küçədə antisanitar vəziyyət – ŞİKAYƏT
-
AMİP qurultaya hazırlaşır - Yeni sədr kim olacaq?
-
4 aydır ki, qarşıya çayın içindən keçib gedirlər - Video
-
“Günün erkən saatlarında yola çıxın” - DİN-dən sürücülərə müraciət
-
Paytaxtın üç rayonunun qaz təchizatında fasilə yaranacaq - Xəbərdarlıq
-
Astarada sitrus bağları susuzluqdan quruyur - Sahibkarlar çarəsiz vəziyyətdə
-
“Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür” - İlham Əliyev
-
“Torbalara yığılaraq divardan asılıb” - Mehdiabadda məişət tullantıları problemi
-
Şou-biznes nümayəndələri bu gün instaqramda nələr paylaşdı? - FOTOLAR
-
“Zəngəzur dəhlizi yeni bağlantı layihəsidir və...“ - İlham Əliyev
-
Arayik və dəstəsinin məhkəməsi davam etdirilib - Zərərçəkmiş şəxslər ifadə verdlər
-
Ramanada qəbiristanlıq evlərə yaxınlaşır - VİDEO
-
UEFA Konfrans Liqası:“Sabah“ ikinci oyunda da uduzdu
-
Sabirabad şəhərində yerləşən bazarda yanğın olub - VİDEO
-
Ərdoğan və Rutte telefonla danışdı - Alyaska görüşünü müzakirə ediblər
-
Bakı Dəmiryol Vağzalında parklanma xidməti müvəqqəti dayandırılır
-
Keyfiyyətsiz dolğu və botoks inyeksiya edənləri hansı cəza gözləyir? - Açıqlama
-
“Avtoş“luq edən daha bir motosiklet sürücüsü həbs edildi - VİDEO
-
Zelenski və Putinlə ikinci görüş Ukrayna üzrə razılaşma üçün şans ola bilər - Tramp
-
Qazaxda yanğın başlayıb - Helikopterlər cəlb olunub
-
Alyaska görüşündə hansı sənəd imzalanacaq? - Peskovdan açıqlama
-
Nazir İlqar Qocayevi idarə rəisi göndərdi - Naxçıvana
-
Ən çox bu bölgələrin müəllimləri sertifikasiyadan kəsilib - STATİSTİKA
-
Borclarını qaytarmaq üçün başqasının əmlakını satmaq istədi - Həbs edildi
-
Narkotik dövriyyəsinə görə həbs edildi - Zaqatalada əməliyyat
-
“24 ildir hakimiyyətdəyik, yenə illərlə iqtidarda olacağıq“ - Ərdoğan
-
Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi olub - Fotolar
-
Keçmiş baş həkimə bu əməllərinə görə - 8 il 9 ay həbs!
-
Aygün Kazımovanın Qəbələdə yay tətili - VİDEO
-
Narkotikin təsiri altında mikroavtobus sürən şəxs həbs edilib - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ərdoğan CHP sədrini məhkəməyə verdi - 1 milyon təzminat tələb edir
-
Tibb Universitetində təhsil haqqı 2 min manat artırıldı - Yeni məbləğ
-
Bu rayonda abadlıq işləri aparılacaq - 1,5 milyon manat ayırıldı
-
Keçmiş ərinin baltaladığı Dilbər ifadə verəndən sonra niyə öldü? - FOTO
-
Onkoloji Xəstəxanada şok olay: xadimə rüşvət yığırmış...
-
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər - VİDEO
-
Mədəniyyət Nazirliyinin şübhəli satınalması - 250 min manata hansı işlər görüləcək?
-
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər - VİDEO
-
Goranboyda 9-cu sinif şagirdinə təcavüz... - Məktəbin arxasında...
-
Nərimanov rayonunda “Zeyd” restoranı hansı məmurla “anlaşdı”? - FOTOLAR
-
Sınaq dövrü başa çatdı - Azərbaycanda da kriptovalyutalardan istifadə ediləcək?
-
Dövlət Agentliyinə 1,5 milyon manat ayrılıb - Sərəncam
-
Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzərdə döyüş atışlı taktiki təlim keçirib - VİDEO
-
“İrşad Electronics” satdığı zay məhsulu başqasının adına rəsmiləşdirib - Vətəndaş şikayəti...
-
“Qoca” ilə qaçan Əli Ağami qaydaları pozub - Qobustana köçürüldü
-
Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif olundu - Sərəncam
-
Bakıda yağış yağacaq, rayonlarda leysan olacaq - Sabahın havası
-
Ən ucuz və ən baha elektromobillər Azərbaycana hansı ölkələrdən gətirilir? - QİYMƏTLƏR
-
Tramp Kiyevə təhlükəsizlik zəmanəti verməyə hazırdır - Ancaq bir şərtlə
-
Avropa İttifaqı Şurasının prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
2024-cü ildə Azərbaycanda 19 nəfər həbsxanadan qaçıb - RƏSMİ
-
Səmra Hüseynova nazirlərə və xalqa müraciət etdi - Pul istədi
-
İyun ayında Azərbaycan qarpızı hansı ölkələrə və neçəyə satıb? - Siyahı
-
Eyni obyektlər bir ildən sonra yenə bağlandı - VİDEO
-
Bu halda xidmət haqqına görə lift bağlana bilməz - Ali Məhkəmə
-
Əliyev -Tramp dialoqunun tam versiyası yayıldı - VİDEO
-
Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı - FOTO
-
Suriyada silahlı toqquşma başlayıb - Hökumət qüvvələri ilə kürdlər arasında
-
“Vaşinqton sazişi İran və Rusiya üçün də faydalı olacaq“ - Paşinyan
-
Gəncədə sakinlər susuzluqdan əziyyət çəkirlər - “Su, vallah gəlmir, su üzünə həsrətik“
-
Zakir Həsənovun müşaviri Türkiyədə ordu komandanı təyin olundu
-
Tramp NATO-nun Ukraynanın təhlükəsizlik zəmanətlərinə daxil edilməsinə qarşıdır - Makron
-
Binəqədidə transformatorların ətrafını tullantı suları basıb - TƏHLÜKƏ
-
“Geyimim kişiləri niyə narahat edir, anlamıram“ - Nura Suri
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Fəzail Ağamalı postunu deputat qızına ötürür? - Açıqlama
-
Xırdalanda 11 evin yandığı hadisənin TƏFƏRRÜATLARI - VİDEO
-
“Alyaskada razılaşma olmasa, Rusiya üçün ciddi nəticələr olacaq” - Tramp
-
“Sürücü telefonla danışır, üstəlik avtobus yararsız haldadır” - 55 saylı marşrutdan
-
Pezeşkian Netanyahunun cavabını verdi - “Bu, sadəcə illüziyadır”
-
Azərbaycanda narkomanların sayı artıb - Rəsmi statistika
-
Bələdiyyəsinin sədri borcu ödəyə bilmədi - Məhkəmə qərarı
-
Putinin sanksiyalara əhəmiyyət verməməsi blefdir - ZELENSKİ
-
Suriya və Türkiyə razılaşma imzalayıblar - Hərbi əməkdaşlıq haqqında
-
Azərbaycanda abortların sayı açıqlandı - Yeniyetmələr də var
-
Ukrayna ərazi məsələlərini müzakirə etməyə hazırdır - Almaniya kansleri
-
Etalon Hospitalda daha bir qalmaqal: Tanınmış aktrisa əməliyyatdan sonra ağır fəsadlarla üzləşdi
-
Günlərdir Biləsuvar gömrüyündə qalan sürücülərin taleyi necə olacaq? - AÇIQLAMA
-
Azərbaycanlı turistlər hansı ölkələrdə nə qədər pul xərcləyiblər? - Siyahı
-
“Prezidentlik müddətimi uzatmaq üçün Konstitusiyanı dəyişməyəcəyəm” - Vuçiç
-
DİN BNMİ-dən əməliyyatlar - 15 kq narkotik vasitə aşkarlandı
-
Müştərilər yenə ən çox Mehdiyevlərin bankından şikayət ediblər - RƏSMİ
-
Rusiyadan Azərbaycanın Ukraynaya silah tədarükü iddialarına reaksiya - VİDEO
-
“Avropa liderləri Ukraynada nizamlanma üzrə sövdələşmə bağlamağa hazırdır“ - Tramp
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Botoks və dolğu etdirənlərə - Rəsmi xəbərdarlıq
-
Nəcməddin Sadıkov dindirilmək üçün Türkiyəyə aparılıb -Sensasiyalı İDDİA
-
Emin Ağalarovun şirkəti Qarabağda kəndlər salacaq - 112 milyonluq tender udub
-
Azərbaycanda son 5 ilin ən populyar adları məlum oldu - Siyahı
-
Zakir İbrahimov və müavinləri “AzerGold“dan nə qədər qazanır? - RƏQƏMLƏR
-
Yağış, duman və dolu gözlənilir - Sabahın havası
-
“Azərişıq” ASC yenidən formalaşdırılacaq - Sədr və və müavinlərin təyinatı necə olacaq?
-
Biləcəridə ağaclar kəsilir? - DİN araşdırmaya başladı
TOP 10
ARXİV