“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycanda abortların sayı açıqlandı - Yeniyetmələr də var

Tarix 13.08.25, 19:52

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda erkən yaşda qadınlar arasında abort sayı artıb. 

Bu barədə məlumat “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində öz əksini tapıb.

Statistik məcmuədə bildirilir ki, 2024-cü ildə Azərbaycanda 78 245 abort qeydə alınıb. Onlardan 72 abort 15-17 yaş qrupuna aiddir. 

Statistik rəqəmlərdən də görünür ki, 2023-cü illə müqayisədə 2024-cü ildə 15-17 yaş qrupunda abort sayında artım baş verib.  Belə ki, 2023-cü ildə bu yaş qrupu üzrə abort sayı 68 olub. 

15-19 yaşlılar arasında isə aborta müraciət sayı  2751 nəfərdir. 2024-cü ildə bu yaş qrupu üzrə də abortların sayında artım müşahidə olunur. Belə ki, 2023-cü illə müqayisədə 15-19 yaş qrupu üzrə aborta müraciət edənlərin sayı 155 nəfər çox olub. 

Abort üçün müraciət edənlərdən 2 679 nəfər 18-19 yaş qrupuna aiddir. Bu yaş qrupu üzrə də 2023-cü ildə 2024-cü illə müqayisədə abort üçün müraciət edənlərin sayı 151 nəfər çox olub.

Statistik mənzərə ümumilikdə Azərbaycanda erkən yaşlarda abort hallarının artdığını göstərir. (qafqazinfo)



Xəbərin oxunma sayı : 295




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap